Britaniya səfiri: Azərbaycanla əməkdaşlığımızla fəxr edirik

Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq.
Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld öz sosial şəbəkə hesabında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti və Prezident İlham Əliyevin görüşü barədə məlumat verərkən deyib.
“Nazir Stiven Dauti və Zati-aliləri Prezident İlham Əliyev arasında möhtəşəm bir görüş. Ticarət və investisiya, təhlükəsizlik, iqlim dəyişikliyi, enerji və təhsil daxil olmaqla, geniş Britaniya- Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik. Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq”, - səfir qeyd edib.
Səfir dövlət nazirinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü haqqında da məlumat verib.
“İkitərəfli görüş zamanı Stiven Dauti və Ceyhun Bayramova Azərbaycan və Ermənistan arasında tarixi sülh görüşü ilə bağlı təbriklərini çatdırdı və Britaniyanın sülh quruculuğunda və qarşılıqlı əlaqələrin inkişafında dəstək göstərməyə hazır olduğunu bir daha bəyan etdi”, - səfirin paylaşımında qeyd edilib.
Digər Xəbərlər

Əli Əsədov: Qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Laçın möhtəşəm tarixi anlarını yaşayır

Azərbaycanın Türkiyədəki səfiri Mehriban Əliyevanı təbrik etdi

"Hürriyyet": Türkiyə Zəngəzur dəhlizini Azərbaycan və digər Türk dövlətləri ilə birbaşa quru əlaqəsi kimi görür

“Laçın inkişaf edən beynəlxalq mərkəzə çevrilməkdədir”

XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir

Səfir Allahşükür Paşazadəni İranda keçiriləcək beynəlxalq konfransa dəvət edib
