Britaniya parlamenti “Brexit”i təsdiqləməyəcək
Əgər "Brexit” sazişi üzrə səsvermə indi keçirilsə, Böyük Britaniya parlamenti sənədi rədd edəcək.
Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın hökumət naziri Devid Lidinqton "Sky News”a müsahibəsində deyib.
"Əgər səsvermə bu gün keçirilsəydi, onda qalib gəlmək çətin olardı. Amma düşünürəm ki, bizim işi başa çatdırmağımız üçün hələ zamanımız var” – Lidinqton vurğulayıb.
Qeyd edək ki, 25 noyabrda keçirilən Avropa İttifaqının fövqəladə sammitində üzv dövlətlər Britaniyanın İttifaqdan ayrılmasına dair Londonla əldə olunmuş "Brexit” sazişini və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi bəyannaməni qəbul ediblər. Dekabrın 11-də isə Britaniya parlamenti tarixindəki ən önəmli səsverməyə gedərək "Brexit” sazişi barədə qərar qəbul edəcək.
Digər Xəbərlər
06 May 2024 10:06
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
06 May 2024 09:59İsrail ordusu Rəfahda əməliyyata başladı
06 May 2024 09:52"Makron mağara rusofobudur"
06 May 2024 09:18Moskva Zelenskini axtarışa verdi...?
06 May 2024 09:15