Britaniya İranla tankerlərin dəyişdirilməsini rədd etdi
Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab İranla qarşılıqlı olaraq neft tankerlərinin dəyişdirilməsi ideyasını rədd edib.
BBC verdiyi xəbərə görə, o bildirib ki, qarşılıqlı şəkildə tankerlərin dəyişdirilməsindən söhbət gedə bilməz.
Nazirin sözlərinə görə, burada söhbət beynəlxalq hüququn qaydalarına riayət edilməsindən gedir və onlar bu məsələdə israrlıdırlar.
Qeyd edək ki, iyulun 4-də İran bayrağı altında üzən "Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin köməyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib.
İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.
Digər Xəbərlər
02 May 2024 16:00
Gürcüstan parlamenti iclası təxirə saldı
02 May 2024 15:32Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18