Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) mühüm bir məqamdır ki, Yeni Şəhərsalma Proqramının nəzərdən keçirilməsindən bir neçə ay əvvəl təşkil olunur. Buna görə də bu, Nyu-Yorka aparılacaq bütün məsələlərin müzakirəsi üçün çox vacib bir an sayılır. Həmçinin bu tədbir dağıntılardan bərpaya qədər yenidənqurma təcrübələrinin nümayişidir.
Adalet.az xəbər verir ki, bunu Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Azərbaycanı dinləyəcək, onun təcrübələrini öyrənəcəyik. Braziliya olaraq, öz təcrübələrimizi də təqdim edəcəyik. Lakin layiqli mənzil təminatının ləyaqət, bərabərlik və ədalət əsasında qurulduğu barədə eyni anlayışı bölüşürük. Burada ekoloji ölçü də var. Çünki iqlim böhranı daha çox imkansızlara, həssas təbəqəyə təsir göstərir. Düşünürəm ki, bunlar burada aparılacaq müzakirələrin əsas mövzuları olacaq", - deyə o vurğulayıb.
Digər Xəbərlər
17 May 2026 17:46
Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO
17 May 2026 17:21
İlham Əliyev Vuçiçlə görüşdü - FOTOLAR
17 May 2026 17:05
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
17 May 2026 17:00
D-8-in Baş katibi Azərbaycanda
17 May 2026 16:42
Məhəmməd Yunis Əl-Mənfi Bakıya gəldi - FOTO
17 May 2026 16:23
“Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən inşa edir” - Fərhad Hacıyev
17 May 2026 16:11
Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
17 May 2026 14:39


Bakı -°C

