adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Noyabr 2017 14:24
17973
DÜNYA

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Braziliya çox sülhsevər ölkədir.

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik".

Qeyd edək ki, Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra bu gün Bakıya rəsmi səfərə gəlib.