adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Dekabr 2019 09:35
43802
MARAQLI

Böyük yəhudi bayramı: Hanukka...

Sevilən və müqəddəs hesab olunan Hanukka bayramı yəhudilərinqədim inanclarıni ifadə edir. Bu bayramda yəhudilər doqquz yuvalı menoranı vəya doqquz budaqlı qəndili yandırırlar. Bu qəndilə yəhudilər "hanukiyakandelabrum" deyirlər.

Adalet.azoxucularına Hanukka bayramı ilə bağlı məlumatları təqdim edir. Müqəddəs bayramİvrit təqviminin doqquzuncu ayı olan Kislevin 25-də başlanır. Bu il qərbtəqviminə görə Hanukka dekabrın 22-də başlanıb və dekabrın 30-dək davam edəcək.

Hanukkanıntarixi

Hanukka sözünün ilkin mənası "təkrar həsretmə","təkrar ithafdır". Hannuka günlərində yəhudilərin öz din azadlıqlarıuğrunda mübarizəsinin tarixi qeyd edilir.

Rəvayətə görə, yəhudi qiyamçı Makkabi ordusu Yunan-Suriyazülmkarlarına qarşı üsyan edib. Eramızdan əvvəl 167-ci ildə baş verdiyi söylənənbu hadisəyə Makkabilər Üsyanı deyilir.

Bu üsyandan əvvəl kral Antiox Yerusəlimdəki İkinci Məbədi zəbtetmiş və burada Zevsə mehrab ucaldılmasına göstəriş vermişdi. İudaizmyasaqlanmış, sünnət qadağan olunmuş və məbədin mehrabında qurbanlıq donuzlarınkəsilməsi əmr edilmişdi.

Məhz buna görə də İuda Makkabinin və ya Çəkic İudanınbaşçılığı altında xalq üsyanı qalxmışdı.

Bu qiyam makkabilər Yerusəlimi tutanadək üç il davametmişdi.

İudaizmin əsas kitabı olan Təlmuda görə Hanukka üçün yalnızqapağı baş rahib tərəfindən möhürlənmiş təmiz zeytun yağından istifadə olunabilərdi.

Üsyançılar Məbədi yenidən qüsl etmək istəsələr də möhürüolan cəmi bir qab zeytun yağı tapmışdılar.



Qaydalara görə qəndil gecə-gündüz yanmalı olsa da, yəhudilərincəmi bir gecəlik yağı qalmışdı. Amma həmin vaxt möcüzə baş verdi və qəndil səkkizgün, səkkiz gecə sönmədi.

Bu hadisə yəhudilərin tarixinə "yağın möcüzəsi"kimi yazılıb.

Buna görə də yəhudilər Hanukkada qızardılmış qidaları yeyirlər.

Niyə Hanukkada məhz bol süd vəsüd məhsulları yeyilir?

Hanukka günlərində süd və süd ərzaqları populyardır. Bununda öz "tarixi" var.

Babil zəmanəsində yəhudilərin İudadakı Bethulia şəhərimühasirədə idi. Adamlar aclıq və susuzluqdan əzab çəkirdilər. Buna görə qalanınmüdafiəçiləri arasında artıq təslimçilik barədə söhbətlər yayılırdı.

Elə bu zaman gənc yəhudi qadın Yudif kral Nəbukadnəzarın başsərkərdəsi assuriyalı Holoferneslə görüş istəyir.

Qalanı məhz o mühasirədə saxlayırdı. Qadın düşərgəyə daxilolur və işvələri ilə sərkərdəni yoldan çıxarır. Yudif sərkədəyə çoxlu duzlu yeməkyedizdirmişdi və buna görə də o gecə bərk susayır. Bu zaman Yudif ona bol şərabiçirdir və sərxoş yatan sərkərdənin başını kəsir.

Yudif mühasirədə olan şəhərə Holofernesin başı ilə qayıdır vəbundan sonra heç vaxt ərə getmir.

Yəhudilər məhz onun xatirəsinə Hanukkada bol süd məhsullarıyeyirlər.

Azərbaycan-İsrailmünasibətləri 1991-ci ildə qurulub. Belə ki, həmin il dekabrın 25-də İsrail Azərbaycanınmüstəqilliyini tanıyıb və 1992-ci ilin aprelində iki ölkə arasında diplomatik əlaqələryaradılıb. 1993-cü ilin avqustunda isə İsrail Azərbaycanda öz səfirliyini açıb.Azərbaycan İsraillə diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindənhesab olunur. Hər zaman dövlətimizə vəxalqımıza dəstək olan İsrail dövlətini də, dünyada yaşayan , eləcə də Azərbaycanvətəndaşı olan bütün yəhudiləri bayram münasibəti ilə təbrikedirik!

Əntiqə Rəşid