adalet.az header logo
  • Bakı -°C
15 Noyabr 2025 08:28
56
SAĞLAMLIQ
A- A+

Damarları tıxananlar bu qidalardan imtina etsin!

Aterosklerozun müalicəsi pəhrizə ciddi yanaşma tələb edir. Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar.

Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq İrina Polyayeva gündəlik ən azı 30 dəqiqəlik kardio məşqləri etməyi, siqaretdən tamamilə imtina etməyi və spirtli içki qəbulunu azaltmağı tövsiyə edib. Ürək-damar hadisələri riski yüksək olduqda, statinlər təyin olunur.

Pəhriz tərəvəz, meyvə, tam taxıl, yağsız protein mənbələri, eləcə də omeqa-3 yağ turşuları ilə zəngin qoz-fındıq və toxumlarla zənginləşdirilməlidir.