adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 12:55
43
İQTİSADİYYAT
A- A+

"Bu, az maaş alan vətəndaşlarımızın gəlirlərini artıra bilər" - Deputat

"Əksər dövlətlərdə minimum əməkhaqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımından da məqsədəuyğundur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə  bilər:

"Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. Həm dövlət,  həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu  halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər.

Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu, dövlət sektorunda da əməkhaqqı artımına gətirib çıxarar".