Böyük Britaniyadan vətəndaşlarına xəbərdarlıq: Azərbaycan sərhəddinə getməyin!
Böyük Britaniya öz vətəndaşlarına Ermənistan-Azərbaycan şərq sərhədinə getməməyi tövsiyə edir.
Adalet.az xəbər verir ki, Böyük Britaniya öz vətəndaşlarına xəbərdarlıq edərək , onlara Ermənistan və Azərbaycanın şərq sərhədindən 5 km məsafədə bütün səyahətlərdən çəkinməyi tövsiyə edib .
Səbəb Ermənistanla Azərbaycan arasında gərgin sərhəd vəziyyətidir.
Məlumatı Armenia travel advice - GOV.UK saytı paylaşıb.
Qeyd edək ki, yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib. Xankəndi şəhərində keçirilən müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.
Yəqin ki, bu tədbir erməniləri bərk həyəcanlandırıb, yaxud da həyəcanlanmasalar belə, həyəcanın, təşvişin obrazını mükəmməl oynayaraq nəinki öz vətəndaşların,a eləcə də, ölkə ərazisinə qonaq, turist gələn xarici vətəndaşlara da bu yalançı, saxta həyəcan və təlaşı gerçək şəkildə aşılaya biliblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18
Rəşad Həsənova yüksək vəzifə verildi
14 Sentyabr 2026 12:59


Bakı -°C

