adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2019 16:06
23511
ƏDƏBİYYAT

BOŞ PARTA

(Hekayə)

Bir gün müəllim dərsdediyi dördüncü sinif şagirdlərinə evtapşırığı verdi:

-Uşaqlar,evdə hər birkəs atasının hansı bölgədədöyüşdüyü haqda öz təəssüratlarınıyazsın...Sabah yoxlayacağam...

Məktəbdən evə qayıdanNazilə atasından soruşdu:

-Ata,sən hansı bölgədədöyüşmüsən?

Ata bir anlıq tərəddüd keçirdi.Sonra qızının bununəyə görə soruşduğunu öyrənib acı bir təbəssümlədilləndi:

-Qızım,mən Rusetdə...

Nazilə hövsələsinibasa bilmədiyindən atasının sözünütamamlamağa imkan vermədi:

-Ora da döyüş bölgəsidirki?..

-Yox,qızım,həminvaxtlar sizə çörək qazanmağagetmişdim...

Nazilə daha heç bir sözdemədi...

Səhəri gün şagirdlərinhər biri atasının hansı bölgədədöyüşdüyü və göstərdiyi igidliklərləbağlı təəssüratlarını yazıb gətirmişdi...Müəllim şagirdləri bir-bir lövhəqarşısına çağırıb həmin təəssüratları oxudurdu.Təəssüf ki, bu gün partalardanbiri boş qalmışdı...

ZƏHƏRLİ DİŞ

(Hekayə)

Hələmilli münaqişələr baş qaldırmamışdı.Torpaq iddiası açılıb-ağardılmamışdı. Nə"qaçqın", nə də "köçkün" sözləri dildə-ağızda elə də işlək deyildi...

İrəvanın beş addımlığındakı kəndlərdən birində yaşayan Nurəddin kişigiləAzərbaycandan tez-tez qonaq-qara təşrif buyururdu.Üç-dörd gün olardı ki,Gəncədə yaşayan nəvəsi Sədaqət də onlaragəzməyə gəlmişdi.Bir səhər Hurəddin kişi dişi bərk ağrıyanSədaqəti də götürüb İrəvandakı mərkəzi diş poliklinikasına gətirdi.HəkimKarapet qızın dişini nəzərdən keçiribçəkilməli olduğunu bildirdi.Tibb bacısı Silva qızın damağına iynə vurdu.Beş-ondəqiqə keçəndən sonra Karapet maqqaşı əlinə götürdü...Dişi yavaş-yavaşsağa-sola oynatdı...Bu zaman Silva öz dillərində yavaşca : "Hələ bir azeş,çıxarmağa tələsmə"-dedi...Karapet dodaqaltı mızıldandı:-"Özümyaxşı bilirəm..." Tibb bacısının dediyisözləri və həkimin him-cimini elə ilk baxışdan anlayan Nurəddin kişi bir təhər səbrini basıb gözlədi.

O,ermənilərin əhatəsində yaşadığından onların dilini az-çox başa düşürdü... Karapet isə elə bir ucdanazərbaycanca deyinirdi:"Ara,bu dişin kökü qarmaq kimi əyilb...Qoy görümneyləyirəm..."

Karapetəlindəki maqqaşı sağa-sola oynatdıqca Sədaqət ah-uf eləyir,gözlərinin yaşınıaxıdırdı.Nurəddin kişi isə beynində nəyisə ölçüb-biçir,çətinliklə də olsasəbrini cilovlayırdı.

Karapetdaha işin ağaracağından ehtiyat edərək çox da uzatmadı. Dişi çəkib çıxartdı vəyerinə pambıq qoydu...Ancaq pambığı heç yodlamadı da...

Nurəddinkişi stomatoloji kreslonun önündə dayanıb həkimin yaxasından yapışdı:

-İndi sənəyləş kresloda!..

-Ara,mənnəyə?..

-Mən dəsənin dişini çəkəcəyəm!Özü də zəhərli dişini...Siz ilan kimi birməxluqsunuz...Zəhərli dişiniz çəkilməsə,sizə öhdə olmaz!

Nurəddinkişinin vitrindən əlinə götürmş olduğu yekə maqqaşı görən Karapet daha davahimələndi... Çabalayıb onun əlindən çıxmaq istədi. Bir anlıq yerində donubqaldı...Birdən balıq kimi`çabalaya-çabalaya Nurəddin kişinin əlindən sürüşübçixdi və özünü qaranəfəs bayira atdi.Dəhliz boyu:-Ara,bu türk məni öldürdü,köməyə gəlin!- deyə çığırmağa başladı...

Nurəddin kişi onun arxasınca nifrətt dolu baxışlarla nəzər yetirdi... Diqqətlə baxıb gördü ki,artq dəhlizin başına çatmaqda olanKarapetin şalvarı islanmışdır...

YARALANMIŞ ŞİKƏSTƏ

(Hekayə)

Şəhər dəryada qəzayauğramış nəhəngbir gəmini xatırladırdı.Hamı da həyəcan içərisində idi.Hamıda necə olursa-olsun ölümün caynağındancanını qurtarmaq istəyirdi...Kimi özünü qobu-qolpuna atır,kimi dərəyə üztutur,kimi də meşəyə baş vururdu...Ömrün səksənini artıq arxada qoymuş xanəndəŞuşadan ayrılmaq istəmirdi.Düşünürdüki, doğma yurd-yuvasından ayrılan kimi səsinixatirələrində dəfn edəcək,yaddaşını itirəcək,dönüb olacaq quru bir müqəvva...Bu səs həyatı boyu ona çörək vermişdi...Naxələf çıxmaq olmazdı bu səsə...Çörəkkimi gözlərini tutardı bu səs onun...

Ürəyindənkeçirdi ki, bu vida anlarında son kərəbir şikəstə çəksin.Özü də Qarabağ şikəstəsi!Düşünürdü ki,düşmənin cavabını eləbununla vermiş olar...Ancaq hələlik səsini içində boğurdu. Cınqırınıçıxarmırdı.Gözləyirdi...Gözləyirdi ki,yuvasından quş kimi perik düşən əhaliheç olmasa yolunun qibləsini tapsın...Şəhəri tərk edənlər onu dəstələrinəqoşmaq istəsələr də,razı olmurdu.Deyirdi ki,siz gedin,nigaran qalmayın,gələcəyəm,birbalaca işim var...

Qoca xanəndəhiss etdi ki,daha şəhər tamam boşalıb...Ətrafda heç bir hənirti yoxdur...Təkcəermənilərin top-tüfənginin səsi eşidilir...

Əlini qulağınındibinə qoyub ucadan oxumağa başladı.Bu anlarda Şuşada ömür sürdüyü ötən xoşbəxtaylar,illər Qarabağ şikəstəsinin sədaları altda gəlib gözləri önündən keçdi...Qoca xanəndə bu ixtiyar çağında sankitorpaqla halallaşırdı...

Bir də Cıdırdüzündə gəzəcəkmi,bir də İsa bulağının suyundan dada biləcəkmi,bir də Topxana meşəsində bülbüllərincəh-cəhini dinşəyəcəkmi!?Bu cavabsız sualların qarşısında aciz qalan qoca xanəndəəlac yolunu oxumaqda görürdü... Ona elə gəlirdi ki,ömründə hələ bu günəkimi belə yanıqlı oxumayıb,ürəkdən beləzilə çəkməyib...

Şikəstənin ən şirin yerində qulağının dibindən bir gülləvıyıltı ilə ötüb keçdi...Qoca xanəndə fərqinə varmadı.Oxumağa davam etdi...Yenicə "Qürbət cənnətə dönsə... " demişdi ki,ona elə gəldi ki,kürəyi od tutubyandı...Kürəyini dəlib keçən güllə onun şikəstəsini sinəsindəyaralamışdı...O,son nəfəsini toplayıb zil səslə "Yaddan çıxmaz Qarabağ!"-deməyə özündə təpər tapdı vəüzüqoylu torpağa sərildi...

Goranboy rayonu,Xanqərvəndkəndi