Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub.
Adalet.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı keçirilən müsabiqənin nəticələri DİM-in saytında yerləşdirilib.
Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1457 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 508 nəfər (o cümlədən 82 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olunub.
Qəbul olunan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə abiturient.az saytından əldə edə biləcəklər.
Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Digər Xəbərlər
31 Avqust 2026 14:06
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
31 Avqust 2026 11:00
BANM “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazandı
31 Avqust 2026 09:47
Müəllimlərin təkrar sertifikasiyasına başlanılır - Tarix açıqlandı
29 Avqust 2026 01:00
Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
28 Avqust 2026 09:56
Boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başladı
28 Avqust 2026 09:36
Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VİDEO
27 Avqust 2026 13:10
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
27 Avqust 2026 13:09


Bakı -°C

