adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 18:41
181
İDMAN
A- A+

"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ

"Hoffenhaym" digər Bundesliqa klubu "Borussiya"nın (Dortmund) hücumçusu Koul Kempbelli icarəyə götürüb.

Adalet.az xəbər verir ki, məlumatı "ağ-mavilər"in mətbuat xidməti məlumat yayıb.

19 yaşlı amerikalı cari mövsümün sonunadək "Hoffenhaym"in uğurları üçün çalışacaq.

"Transfermarkt" portalı bu keçidin eyniadlı şəhərin təmsilçisinə 1,5 milyon avroya başa gəldiyini bildirib.

Qeyd edək ki, Kempbell "Borussiya"nın gənclərdən ibarət komandasında 35 matça çıxaraq 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, əsas komandada 7 görüşdə iş başında olub