Bolton: Tramp Yaponiyadan 8 milyard tələb edib
ABŞ Prezidenti Donald Tramp Yaponiyadan Amerika bazalarının maliyyələşdirilməsini 4 dəfədən çox – 8 milyard dollara qədər artırmağı tələb edib.
Axar.azxəbər verir ki, bu məlumatı "Kyodo” agentliyi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun yeni kitabına istinadən yayıb.
Trampın belə tələbi 2019-cu ilin iyulunda irəli sürdüyü bildirililib.
Bolton Trampın təklifi qəbul etməyəcəyi halda ABŞ qoşunlarını ölkədən çıxarmaqla Yaponiyanı təhdid etdiyini də yazıb.