adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2020 14:35
14362
DÜNYA

Bolqarıstanda silah zavodu partlayıb

Bolqarıstanın Kazanlık şəhərində silah zavodunda partlayış baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində iki əməkdaş xəsarət alıb. Hadisə tüstü qumbaralarının istehsalı sexində qeydə alınıb.

Partlayış zavodun binasına ciddi ziyan vurub. Hadisə yerində xilasedicilər işləyir.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.