Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib – FAKTİKİ HAVA
İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.
Digər Xəbərlər
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

