Böhtan və təhqirə görə cərimələr artırılır
Azərbaycanda şəxsi həyata müdaxilə ilə bağlı cəza sərtləşdirilir.
Bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, 100 manatdan 500 manata qədər cərimə 1000 manatdan 2000 manata qədər cərimə ilə əvəzlənir.
Həmçinin Azərbaycanda böhtana və təhqirə görə cərimə artırılır. Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.
Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında 100 manatdan 500 manata qədər cərimələr 1000 manatdan 1500 manata qədər cərimələri ilə əvəzləndirilir.
148-ci maddənin sanksiyasında isə 300 manatdan 1000 manata qədər cərimələrin isə 1000 manatdan 1500 manata qədər cərimələr ilə əvəzlənməsi təklif olunur.
Hər iki layihə Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19