adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2017 10:17
80646
AVTOMABİL

BMW Х5 və Х6 modellərini geri çağırır

Almaniyanin məşhur avtomobil istehsalçısı olan BMW ötürücü mildəki nöqsanlara görə 86 mindən çox X5 və X6 modellərini Çin bazarından geri çağırır.

Adalet.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2010-cu ilin aprelindən 2013-cü ilin aprelinədək istehsal olunan nəqliyyat vasitələridir. Onların 57371-i BMW X5, 29407-i isə X6 modelidir.

Cari il noyabrın 1-dən başlayacaq prosesdə nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək.