BMT-nin baş katibi Qarabağ çağırışı etdi
BMT-nin baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb.
Bu barədə Quterriş Avropada münaqişələrin həll olunmasına həsr edilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar göstərir ki, Avropa yeni münaqişə ocaqlarından sığortalanmayıb.
Baş katib qeyd edib ki, Avropadakı münaqişələrə aid tez-tez işlənən "dondurulmuş münaqişə" termini yalnışdır: "Sülh sazişləri imzalanıb reallaşdırılmayana qədər zorakılığın bərpa olunması riski qalacaq. Biz keçən ilin aprelində Cənubi Qafqazda, Dağlıq Qarabağda bunun şahidi olduq”.
BMT baş katibi, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə uyğun olaraq sülhün qorunub saxlanması üzrə kollektiv yanaşmanı gücləndirməlidir.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39