adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2024 18:30
449
GÜNDƏM

BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırıldı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işçilərin say həddi 20-dən 32-yə yüksəldilib. Əməkhaqqı fondunun məbləği isə 38 547 manatdan 53 365 manata qaldırılıb.

Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.