BMT sülhməramlılarına hücum edilib - Ölən və yaralılar var
Mərkəzi Afrika Respublikasında asayişi qoruyan BMT sülhməramlı missiyasının patruluna silahlı hücum olub. Nəticədə 1 sülhməramlı ölüb, 7-si yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Dyujarrika bəyanat yayıb.
"Baş katib 3 iyunda silahlı adamların BMT sülhməramlı missiyasının patruluna qarşı hücumunu qəti şəkildə qınayır. Hücum nəticəsində Tanzaniyadan olan sülhməramlı ölüb, 7 nəfər isə yaralanıb.” – deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, bununla da 2018-ci il başlayandan Mərkəzi Afrika Respublikasında həlak olan BMT sülhməramlılarının sayı artaraq 4-ə çatıb.
"BMT baş katibi Mərkəzi Afrika Respublikası hakimiyyətini hücum edənləri məsuliyyətə cəlb etmək üçün istintaq aparmağa çağırır” – deyə məlumatda bildirilib.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37