adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2024 09:03
339
DÜNYA

BMT:"Qəzzanı aclıq gözləyir"

BMT-nin ərzaq və kənd təssərrüfatı təşkilatı xəbərdarlıq edib ki, hərbi hərəkətlər dayandırılmazsa və yerli əhaliyə lazımi ərzaq məhsullarının çatdırılmasına şərait yaradılmazsa, mart ayından başlayaraq may ayına kimi Qəzza bölgəsinin şimalında aclıq  başlayacaq. 

Xəbərdarlıqda qeyd olunur ki, aclığın qarşlsının alınması üçün müvafiq şərait yaradılmayıb və son məlumatlar da göstərir ki, Qızzanın şimal bölgələrində aclıqdan qaçmaq mümkün olmayacaq, nəticədə anklavın 210 min əhalisi aclıqdan əziyyət çəkəcəklər.

BMT hesab edir ki, Qəzza əhalisinin hamısını aclıq təhlükəsi gözləyir, vətəndaşlar çirklənmiş sulardan istifadə etmək məcburiyyətindədirlər. İsrail tərəfi isə aclığı,  yerli əhaliyə qarşı silah kimi istifadə edir.

BMT bununla bağlı dəfələrlə İsrailə xəbərdarlıq edib, İsrail isə onların xəbərdarlıqlarına məhəl qoymur. Heç nəyə yaramayan, adı özündən böyük Birləşmiş Millətlər Təşkilatı isə bir daha gücsüzlüyünü ortaya qoyur.

  Rüstəm Hacıyev