adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
16 Yanvar 2021 10:00
18509
SAĞLAMLIQ

BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq

BMT-nin baş katibi Antoniu Quterreş gələn həftə Nyu-York Ştatında növbə çərçivəsində koronavirusa qarşı vaksinasiya olunacaq.

Bunu brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Gələn həftə baş katib vaksinasiya olunacaq. Baş katib bunu ictimaiyyət qarşısında edəcəyinə dair sözünə sadiq qalır, ona görə də onun vaksinasiyasının foto və videoları təqdim ediləcək".

Baş katibin vaksinasiyasında hansı şirkətin istehsal etdiyi peyvənddən istefadə ediləcəyi barədə məlumat verilmir.