adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2023 11:16
1392
ŞOU-BİZNES
A- A+

Bloger Həmayıl Cəfərli (Hllyblog) od püskürdü…

Bloger Həmayıl Cəfərli (Hllyblog) övladının adından istifadə edib gündəmdə olmaq istəyənlərə ismarıc göndərib.

Adalet.az xəbər verir ki, Cəfərli bu barədə instagram hesabında izləyiciləriylə fikirlərini bölüşüb. O, qeyd edib ki, yazılan rəylər onu məyus edib və instaqramda uzaqlaşmaq istəyir: 

“Bəzi şeyləri görüb instaqramdan uzaqlaşmaq istəyirəm. Nə çox qəlb qırmağa meyilli olublar. Övladına valideynlik edə bilməyənləri gözünüzdə böyüdüb müqəddəsləşdirmisiz. Çox şeyi burada bildirmirəmsə, o demək deyil ki, hər şey, göstərilən saxta münasibətdən ibarətdir. İllərdir susuram, amma danışsam, bəziləri bu sahədən yox olub gedər.

Mənim və övladımın adını şəxsiyyətinə hörmət etmədiyim fərdlərin postuna yazmayın. Çox xahiş edirəm! Həmin şəxslərədə də buradan son xəbərdarlığımı edirəm. Mən və övladımla reytinq yığmaq üçünaddım atmayın, bəsdirin”.

Əntiqə