adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Fevral 2023 12:16
277
DÜNYA

Blinken Lavrovun xətrinə dəyib

ABŞ -ın milli arxivinin saytında, ötən əsrin 90-cı illərinin sonunda SSRİ-nin dağılmasından sonra ABŞ -ın, açılan və məxvilikdən çıxarılan sənədlərindən məlum olur ki, Vaşinqton heç vaxt Rusiyanı özünün tam tərəfdaşı və yaxını saymayıb.

"Burada, heç yerdə yazılmayıb ki, biz artıq rəqib deyilik və tərəfdaş olmağa doğru irəliləyirik"- deyə Rusiyanın ilk prezidenti Boris Yeltsin, 1992-ci ildə Corc Buşla keçirilən sammitin yekunlarını müzakirə edərkən bəyan edib.

ABŞ -ın o vaxt ki dövlət katibi Ceyms Beyker, Yeltsinin "dostluqla" bağlı sözlərinə etiraz edib və onu "qarşıdurmadan əməkdaşlığa doğru hərəkət" sözləri ilə əvəz olunmasına təkid etmişdir. Nəticədə sənəd amerikan tərəfinin redaksiyasında qəbul edilmişdi.

Beyker haqlı imiş, hazırda nəinki münasibətlər dostluq səviyyəsinə, heç qarşıdurmanın yumşalmasına doğru belə irəliləmir. Əksinə, münasubətlər Rusiyanın Ukrayna ərazilərini işğal etmək məqsədilə bu ölkəyə hərbi qüvvələrini yeritməsindən sonra daha da pisləşləşib, hətta ABŞ-Rusiya münasibətləri açıq düşmənçklik stadiyasına çatıb.

Münasibətlər o həddə çatıb ki, ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Lavrovla birbaşa telefonla danışmaq belə istəmir və ona sözlərini, Misirin xarici işlər naziri Semeh Şükrü vasutəsi ilə çatdırır. Deyilənə görə, bu da Lavrovun bərk xətirinə dəyib, Blinkendən çox inciyib.

 

Rüstəm Hacıyev