adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Noyabr 2018 14:47
7290
MƏMLƏKƏT

BİZİM “XƏSTƏLİYİMİZ” - Faiq QİSMƏTOĞLU yazır

Bizim millətin çox qəribəbir xarakteri var. Elə ki, bir işi görür, onu axıra çatdırmamış başqa bir işinqulpundan yapışır. Təzə başladığı işin qulpundan da əl çəkib, indi də başqa biriş görmək istəyir. O qədər əlləşir ki, axırda heç bir iş başa çatmır. Tər tökməkvə əziyyət çəkmək bir nəticə vermir. Bax, bu bizim dədə-babadan olan "xəstəliyimizdir”.

Belə yarımçıq işlərə ölkəmizinhər yerində rast gəlmək olar. Düzdür, böyük quruculuq, abadlıq işlərinə məmləkətimizdəuzun illərdir start verilib. Bunlar hamısı müsbət dəyərlərdir. Ancaq bu gözəlişlərin arasında böyük işlərə xələl gətirən və sonradan sakinlərə problemyaradan məqamlar da vardır.

Heç uzağa getməyək, Abşeronrayon, Xırdalan şəhər Quşçuluq yaşayış massivi, Məmməd Araz küçəsinə yolunuzdüşsə, gördüyünüz mənzərəyə təəccüblənəcəksiniz. O qədər təəccüblənəcəksinizki, insanları çıxılmaz vəziyyətə salan vəzifə sahiblərini qınamalı olacaqsınız.Həmin küçənin sakinlərindən bizim redaksiyamıza su-kanalizasiya xəttinin çəkilişindənsonra yolun bərbad vəziyyətə salınması ilə bağlı şikayət məktubu daxil olub. Həttasakinlər yazılanların inandırıcı olması üçün yağışdan sonra gedib-gəldikləriyolun görüntülərini, yəni şəklini bizə göndəriblər. Göndəriblər ki, baxaq görəkonların yazdıqları nə dərəcədə həqiqətə uyğundur.

Doğrudan da göndərilən şəkillərəbaxanda, həmin ünvanda yaşayan insanlara bizim yazığımız gəldi. Dedik ki, yazıqQuşçuluq massivinin sakinlərinin gününə. Siz ki, bu palçıqlı yolla hər güngedib gəlirsiniz, vallah, qoçaq adamlarsınız. Yaxşı, deyək ki, cavanlar vəgümrah adamlar qazıntıdan sonra bu bərbad yolu gedib gələ bilirlər. Bəs onda məktəbəgedən uşaqlar, xəstə və ahıl adamlar bu palçıqlı yolla necə hərəkət eləsinlər?!

Elə biz bu sualı da həminyolda su-kanalizasiya xətti çəkib qazıntının üsütünü torpaqlayıb işi yarımçıqqoymuş vəzifə sahiblərinə ünvanlamaq istəyirik. Onlar görəsən özlərinin küçələrindəbu cür bərbad yol olsaydı nə edərdilər? Yəqin ki, dünyanı dağıtmasalar da, tezbir vaxtda səlahiyyətlərindən istifadə edərək o torpaq yerlərini, tikintini həyatakeçirən quruma asfalt örtüyü döşətdirərdilər.

Bu ilin yaz ayından Quşçuluqmassivindəki küçə qazıntı işlərindən sonra bərbad vəziyyətə salınıb. Yazda vəyayda havalar quraqlıq keçirdi. Ancaq eləki, sentyab ayı başladı, yağışlar yağdı, bu yol keçilməz oldu. Oktyabr-noyabraylarında isə fasiləsiz yağışlar yolları bir az da yaman günə salıb. Yəni buyolla hər gün işə gedib gəlmək üçün ən azından uzunboğaz çəkmə geyinməlisən. Hələ görün qış aylarında qar,çovğun olanda Quşçuluq massivinin sakinləri hansı müsibətli anlar yaşamağa məcburolacaqlar.

Son vaxtlar Xırdalan şəhərisözün həqiqi mənasında əsaslı surətdə yenidən tikilib və gözəlləşib. Ancaq bugözəlliyə xələl gətirən çox böyük birnöqsan var: əksər küçələrdə qazıntı işləri aparılıb və yollar keçilməz olub.Sözün açığı, bir çox avtomobil idarə edən insanlar da Xırdalan yollarında yerlərinqazılıb yarımçıq qalmasından böyük təşviş hissi keçirir. Xüsusən də şəhəriyaxşı tanımayan sürücülər gecə saatlarında küçələrdən gedərkən bu qazıntılarlaüzləşir və bəzən avtomobilin altını maneələrə vururlar. Bu isə hər birsürücünün böyük narahatlığına gətirib çıxarır.


Bu yaxınlarda axşamsaatlarında Xırdalana getməli oldum. Neçə taksi sürücüsünə müraciət etdim,yollarda qazıntı işləri ilə əlaqədar sərnişin apararkən problem yaşadıqlarınagörə aparmadılar. Axırda bir sürücü mənimlə razılaşdı və taksiyə əyləşib bazaristiqamətinə yola düşdük. Sürücü bir neçə dəfə yeni qazılıb təmir edilməmişyolda maşının altını maneəyə vurdu. Çöhrəsindən görürdüm ki, məni gətirməyinəpeşmandı. Yeni Günəşlidən Xırdalana 20manat pul verdim, o da axırda heç razı qalmadı. Dedi ki, bu pulu aparıb ustayaverəcəm, o da maşının altını düzəldəcək. Görürsünüzmü, əksər taksi sürücülərigecə saatlarında Xırdalana getmək istəmirlər ki, qazılıb yarımçıq qalmış yerlərdəmaşının altını əzəcəklər.

Biz Xırdalan şəhər,Quşçuluq yaşayış massivinin haqlı şikayətlərini Abşeron Rayon İcra Hakimiyyətinə,eləcə də digər əlaqədar qurumlara çatdırırıq. Hələ ki, camaat çətinliklə dəolsa bu palçıqlı yolla hərəkət eləyə bilir. Əgər həmin yerdə iş yarımıqqalıbsa, onda zəhmət çəkib bu işi icra edən qurum tapşırığın öhdəsindənvaxtında gəlməlidir.

Vaxtında gələ bilmirsə,qazıntı aparan yerə torpaq yox, ən azından qum-cınqıl tökülməlidir. Bundan da ənyaxşısı qazıntının üstünə asfalt örtüyün döşənməsidir. Axı hər işi yarımçıqqoymaq bizim millətin "xəstəliyi”dir. Görəsən, bu "xəstəliyimiz” nə vaxt sağalacaq!Yəqin "xəstəliyimiz” sağalanda, Quşçuluq massivində yaşayan sakinlərin də palçıq yolları düzələcək!..