adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Dekabr 2017 15:22
22404
SİYASƏT

BİZİM QÜDSÜMÜZ ÇOXDAN İŞĞAL ALTINDADI

ABŞ və onun Avropadakıqulbeçə dövlətləri çoxdan müsəlmanların yumurtasınıdişlərinə vurublar və görüblər ki, laxdı. Ona görə də istədiklərini eləyirlər. İndiTramp Qüdsü İsrailin paytaxtıelan elədi və dedi ki, səfirliyimizi ora köçürəcəyik. Və heç kimi də vecinə almadı.

Bilir ki, 54 müsəlmandövləti bir az bayraqlarını və şəkilləriniyandıracaqlar, bəyanatlar verəcəklər (necəki, Qüds İsrail tərəfindən50 il bundan qabaq işğal ediləndə olduğu kimi)sonra da yorulub-yorulub oturacaqlar yerlərində.

Bizim Qüdsümüz 25 ildən də artıqdır ki, ermənilər tərəfindən işğal edilib. Türkiyə vəPakistanı çıxmaqla yerdə qalan müsəlman dövlətləri Ərdəbildən «Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq"lafından uzağa getmədilər və getmirlər də.Ermənistanla cici-bacı şəraitində yaşayırlar.

Eləcə də Qüds məsələsi müsəlman dövlətləri üçün bizimQüds kimi bir-iki ildən sonra yaddan çıxacaq.

Heç Tramp da ABŞ-ınsəfirliyini Qüdsə köçürən deyil.Bu gün itə də əppək borcu olan ABŞ çətinki, Qüdsdə milyardlarladəyəri olan bir səfirlik binası tiksin. Sadəcə olaraq, məzələnib bizləri çilədənçıxarır.

ABŞ-dan da xahişeləyirəm məni bağışlasın, qaçqın adamam. Hərdən sarsaqlayıb əleyhinə nəsə yazıram.Neyniyim? Mənim də əslim bizim Qüdsdən,Şuşadandı.

Bir şeyi dəqiqləşdirəbildi müsəlmanlar? Tualetə gedəndə aftafanı sağ əldə tutmaq lazımdı, yoxsa sol əldə?

Nicat Novruzoğlu