adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 May 2018 14:16
27923
ƏDƏBİYYAT

Bizim cəmiyyət dəyişiklikdən qorxan cəmiyyətdi...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı yazıçı,şairə Sevinc Elsəvərdir.

-Öncəədəbiyyata gəlişinizdən və bu tarixin zərurətindən oxuculara məlumat verərdiniz...

-Uşaqlıqdan yazmağahəvəsim olub. Bir dəfə əlimə Səməd Vurğunun şeir kitabı düşmüşdü. Hardasa əlifbanıyeni öyrəndiyim vaxtlar idi. Həmin kitabın girişində Səməd Vurğun haqqındayazılmışdı. Şeirlərdən qabaq onu oxudum. Uşaqlıqdan əlimə keçən bütün kitablarınöqtəbənöqtə oxumaq adətim vardı. Giriş, mündəricat, nəşriyyatın qeydlərinə qədərhamısını acgözlüklə oxuyurdum. Həminoçerkdə məni təsirləndirən iki şey oldu. Birincisi, Səməd Vurğunun uşaq yaşlarında anasınıitirdiyini öyrəndim.Özümü o saat onun yerinə qoydum, elə ürəyim yandı ki ona. Uşaqlıq şeirlərini xüsusi maraqla oxudum, oşeirlərdə ana həsrətini ifadə edən uşaq vardı. İkincisi, lap uşaq yaşlarındanyazmağa başlaması diqqətimi çəkdi. "Uşaqlar da şeir yazmaq hüququna malikdir. Səndə yaza bilərsən” kimi mesaj verdi bu mənə. Həmin vaxtlardan mən də həvəsləndim, şeirlər,nağıllar yazmağa başladım. Yazdıqlarımı nənəmə oxuyurdum, sevincindənqanadlanırdı. Təhsilsiz biri idi, amma təhsilin vacibliyini çox gözəl başadüşürdü. Məni oxumağa da, yazmağa da nənəm ruhlandırırdı. Özü oxuya bilmirdi,amma əzbərdən çoxlu şeirlər, bayatılar, nağıllar deyirdi. Mən də yazdıqlarımıona oxuyaraq, sanki nənəmin borcunu ödəyirdim. Bununla qalmırdım, əlimə keçənkitabları nənəmə oxuyurdum. 6-cı sinfibaşa vurana qədər, yəni nənəm dünyadan köçənə qədər nənəmlə bir otaqdayatmışam. Hər gecə onun üçün müxtəlif kitabladan, hətta dərsliklərimdən hekayələr,şeirlər oxuyurdum. Dəhşət həvəsi vardı. Özü də bədahətən bayatılar çağırırdı. Bu müddətdə ona yüzlərlə kitab oxudum. "Başsızatlı”dan tutmuş "Damda yaşayan Karlson” a qədər. O vaxtdan yazmaq, oxumaq istəyimbitmədi. Biz "Yemlik” jurnalını çap eləyəndə, ona görə uşaqlara müraciət elədimki, yazsınlar. Həmişə uşaqlara belə fikir aşılayırlar ki, şeir yazmaq, hekayə uydurmaq, film çəkmək böyüklərinişidir. Və bu işləri uşaqlara əlçatmaz kimi təqdim edirlər. Necə ki, uşaqlarınqarşısına bir vərəq, rəngli qələmlər qoyub şəkil çək deyirik, eynilə yaz, filmçək də deyə bilərik. Lars fon Trier ilk filmini 10-11 yaşlarında çəkib montajeləmişdi. Böyüyüb gənc qız olanda mən şeirə sadəcə şeir kimi yanaşmadımartıq. Qadın problemlərini dilə gətirmək,özümü və ətrafımdakı qadınları anlatmaq üçün ən yaxşı bildiyim yol oldu.

-Ədəbitale və onun nəzmə yaxud da nəsrə keçidi. Bu haqda nə deyə bilərsiniz?

-Özümü hər iki sahədəsınamışam. Şeirlə deyə bilmədiklərimi hekayə vasitəsilə deyirəm. Yaxud eləmövzu var ki, hekayəyə də sığmır, sən böyük bir roman yazırsan. Səni düşündürənvə yazmaq istədiyin mövzulardan asılıdı. Yazmaq bütün hallarda tale məsələsidi.İstər nəsr yaz, istər nəzm. "İncəsənət qurban tələb eləyir” deyə həttazarafatla belə tez-tez işlənən deyim var el arasında. Çox vaxt incəsənət doğrudan da səni qurban seçir, sən onu seçmirsən. Heç bilmirsən necə oldu, nədən oldu, sən niyəburdasan, niyə getmək istəsən də gedə bilmirsən? Yaxud niyə qəfildən səni yarıyolda qoydu İncəsənət. Sənət çox qəddardı deyirlər. Bəzən də qəfil səni özündənuzaqlaşdırır. Yenə sən bilmirsən ki, niyə oldu, necə oldu?!

-Ədəbi proseslərdə yaranan yeni "izm” lərin formalaşması üçün hansıamillərin olması vacibdi?

-"İzm”lər həmişə müəyyəntarixi şəraitdə, keçid dövrlərində formalaşır. Götürək ötən əsrdəki "izm”ləri. İndi onların hər biri haqqında danışmaq istəmirəm,amma hamısı inqilablardan əvvəl, yasonra, müharibələrdən, hər hansı texniki inqilabdan sonra ortaya çıxıblar. Şəraitistedadlı adamları yetişdirir. Məsələn, XX əsrin əvvəllərində ortaya çıxandadazim, ekspressionizm, sürrelizm kimi cərəyanlar I Dünya müharibəsindən sonra insanların əhval-ruhiyyəsini,qorxularını, gizli və aşkar arzularını ifadə edirdi. Yaxud, neorealizm cərəyanı II dünya müharibəsindənsonrakı iqtisadi, ictimai, sosial problemlərin təsiri ilə yaranmışdı.

-Ədəbimühit və bu mühitdə qruplaşmaların yaradıcı insan üçün müsbət və mənfi cəhətlərininələrdə görürsünüz?

-Müsbət cəhəti odurki, qrup halında qələm adamları müəyyən müzakirələr aparır, bir –birlərinin mətnlərinitəhlil eləyir, ən azı sosial şəbəkələrdəbir-birinə dəstək olurlar.Adətən eyni dünyagörüşə, baxışa malik adamlar birqrupda toplaşır. Nadir halda, fikirləri, düşüncələri üst-üstə düşməyən adamlarbir çatı altına toplaşır. Ədəbiyyat tarixində meydana çıxan "izm”lər, cərəyanlarda çox vaxt belə dar çevrələrdə, müəyyən qrupların təşəbbüsü ilə yaradılıb. Bizimmilli ədəbiyyatda da bir neçə il əvvəl xeyli sayda qruplar vardı. Həmin qruplarbir –biri ilə rəqabət aparır, hər biri yeni söz, yeni fikir demək uğrundayarışırdılar. Bu mənada qrupların faydasıvar, rəqabət inkişafa, dəyişikliyə aparır. Digər yandan, qruplaşmalar yaradıcı insanınvaxtını da alır, bəzən zamanını mənasız didişmələrə, çəkişmələrə sərf edirsən.Qrup təəssübünü çəkməyə məcbursan. "Bizdən deyilsənsə, düşmənsən” kimiyanaşmalar olur bir-birinə qarşı, haqsızlıqlar olur.

-Birmüddət əvvələ qayıtdıqda cəmiyyətdə yer alanadətlərə, ənənələrə nihilist münasibətin olduğunu görürük. Bu münasibətlər yazmaq üçün qarşınıza hərhansı bir maneə çıxartmır?

-Bəzi adətlər varki, doğrudan da onlara qarşı amansız olmalıyıq. Məhz insanlarımızın xoşbəxtliyi,inkişafı üçün. Adət-ənənələrə nihilist yanaşma hər zaman olub. Bəşər tarixiyarandığı gündən adətlər köhnəlib, yenilənib, insanların xoşbəxtliyinə maneolan köhnə fikirlər qurban bahasına olsabelə, dəyişdirilib. Bu dəyişikliklər olmasaydı, biz hələ də İbtidai İcmaquruluşunda yaşayırdıq. Yaxud gənc qızları Allahlara qurban kəsirdik. Və ya19-cu əsrdəki kimi ölən qardaşımızın həyat yoldaşını məcbur arvad edir, 9 yaşlıqızları ərə verirdik. Adət-ənənələrə nihilist yanaşma vacibdir. Hətta bəşəriyyətinxeyrinədi. Eləcə də bizim xalqın. Həmişə yenilik köhnəliyin təpkisi iləqarşılaşır. Köhnə Yeni ilə mübarizə aparır, öz yerini vermək istəmir. Bütünyeniliklər xeyrimizədi. İnsan elə məxluqdu ki, vəziyyətinin yaxşılığa doğru dəyişməsiniarzulayır. O, daim xoşbəxtliyə can atır. Yenilik rahatlıq duyğusu verəcəksə,ağrı-acılardan, təhqirlərdən, buxovlardan azad edəcəksə, niyə də olmasın? Bizimcəmiyyət dəyişiklikdən qorxan cəmiyyətdi.Yeni hər şeyə şübhəli yanaşırıq. Novruzəlinin poçt qutusuna şübhəlibaxdığı kimi.

-Şeirlərinizdəpafosdan uzaq, səmimi və fərqli qadın obrazını görmək olur. Şeirin təməlini və onurğa sütununu təsvir etsəniz,bunu hansı formada oxuculara nümayiş edərdiniz?

-Şeir səmimiolmalıdı. Həm də ağıllı olmalıdı. Şeir yazandayalandan səmimi olmaq olmur. Özünü buna zorlamaq olmur. Səmimisənsə,alınacaq, deyilsənsə, alınmayacaq. Yazılan şeirlərdə səmimiliklə yanaşı,rasionallıq da axtarıram. Əgər rasionallıq yoxdursa, o şeir mənim xoşuma gəlmir,təsir eləmir. Boş söz yığını kimi görünür. Səmimiliklərasionallıq qardaşdı şeirdə. Rasionallıq çatışmayanda, qarşındakı adamın gopa basdığı təəssüratında olursan. Gop olan yerdə isəhansı səmimiyyətdən danışmaq olar? Bizim bir çox şairlər rasionallığı artıqhesab edirlər. Niyə Əli Kərimi sevirəm,niyə Rasim Qaracanı, Murad Köhnəqalanı, Nərmin Kamalı sevirəm? Bu xüsusiyyətlərinəgörə. Rafiq Tağının şeirlərini oxuyanda aldığım zövqü eyni dərəcədəRamiz Rövşənin şeirlərindən ala bilmirəm. Eləcə də Rasimin, Nərminin, NazimHikmətin şeirlərindən aldığım zövqü. Şeir elə zövq məsələsidir. Kim hansı şeirdənzövq almaq istəyirsə, qoy alsın. Bumövzuda dartışma vaxt itkisidir.

-Uşaq ədəbiyyatı sonzamanlar ədəbi proseslərdən bir qədəruzaq qalıb. Daha çox detektiv, psixoloji romanlar və s. Məsələn ən çox daoxunan bu səpkidə yazılan nümunələrdə. Buna münasibətiniz necədi?

-Uşaq ədəbiyyatıdaha vacibdir. Sabahın insanının yetişdirilməsində ədəbiyyatın rolu misilsizdir.Ədəbiyyat bəşər tarixini formalaşdırmış,insanı bu günkü sivilizasiyaya qədər gətirib çıxartmışdır. "Sapiens. Bəşəriyyətin qısa tarixi”bestsellerinin müəllifi Harari yazır ki, homo sapiens mif uydura bilməkqabiliyyəti ilə digər canlılardan fərqləndi. Müxtəlif əhvalatlar uydurdu vəonlara inandı. Məsələn, Gilqameş əfsanəsini uyduran insan bu gün artıq həmin əfsanəninqəhrəmanı kimi ölümsüzlük axtarışındadır. Gələcəyimiz olan uşaqlar üçün yazılan ədəbiyyatın inkişafını dövlət də, insanımız da vacib bilməlidi.Yerli uşaq ədəbiyyatına dəstək olmalıdı. Çünki uşaq yazarlarının çap problemlərivar. Uşaqlar üçün nəşr olunan kitablar daha baha qiymətə çıxır. Bəzi kitablar şəkilli,bəziləri rəngli olmalıdı ki, uşaqların diqqətini cəlb eləsin. Xaricdən gətiriləningilisdilli, rusdilli uşaq kitabları ilə müqayisədə, bizim kitablarımız bombozgörünür. Uşaqların diqqətini belə cəlb eləmir. Halbuki o kitabların çoxunu vərəqləmişəm, baxmışam ki, çoxu rəngbərəng şəkildən ibarətdir. İçindəkimətnlərdən bizim yerli uşaq yazarlarının mətnləri nəinki geri qalmır, həttabizim mətnlər daha düşündürücü, daha zövqlüdü. Çünki bizdə Sovet dövründən uşaqədəbiyyatının ciddi bir ənənəsi var. O dövrdə uşaq ədəbiyyatına xüsusi diqqətyetirilirdi. Heç Qərbdə o qədər diqqət yox idi. Xüsusən uşaq şeirlərimiz çoxgözəldi. Amma o kitabları balacalara elə vəziyyətdə təqdim eləməyə məcburoluruq ki, uşaqların diqqətini də çəkmir. Bir yandan da, valideynlərinuşaqlarına yad dil öyrətmək çabası var. Anadilli kitabdansa, ingilis, rusdillikitabları alırlar uşaqlara. Bir güllə ilə iki quş vurmaq istəyilə. Uşaqlar həmyad dili mənimsəsinlər, həm də ədəbiyyat oxusunlar deyə. Bir sözlə, yerli uşaq ədəbiyyatına böyük dəstəklazımdı, yaxşı təbliğata və maliyyəyə ehtiyac var.

-"Donuqırmızı” adlı uşaqlar üçün yazdığınızkitab işıq üzü gördü. Uşaqlar üçün yazmaq çətindir. Ələxsus da indiki uşaqlarüçün. Bu işdə sizə hansı vasitə və ya metodlar kömək edir?

-Kitabda ikipovest, bir pyes işıq üzü görüb. Mətnləriyazarkən, öz uşaqlarımla və ətrafımdakı digər uşaqlarla məsləhətləşirdim. Məsələn,süjeti, hətta ideyanı əvvəlcədən uşaqlarıma danışırdım, onların fikirlərini öyrənibyazırdım. Elmi məlumatlardan istifadə eləmək üçün uşaq ensiklopediyalarından,internetdən bəhrələnirdim. Uşaqlar üçünyazmaq əksinə, böyük həvəsi olan adam üçün çox asandı. Mənimçün çətin olmadı.Sadəcə yazdıqlarımı çap eləmək üçün çox vaxt maliyyə tapmıram, ona görə ruhdandüşürəm, stimul olmur. Ötən yaydan yenibir əsər yazıram uşaqlar üçün. Bir ayıniçində yarıya qədər yazdım, qəfil həvəsdəndüşdüm. Qayıda bilmirəm. Mən başladım, gərək dayanmayım. Dayandımsa, mətnəqayıtmaq çətin olur mənə. "Kitabsevərlər” qrupu söz verib ki, əsəri yazıb bitirəbilsəm, nəşr edəcəklər. Məhz o qrup üçün yazmaq istəyirəm. Hazırda vaxt məhdudluğumvar, ona görə yay tətilini gözləyirəm. Amma kaş ki davam eləyə bilsəm. Çünkiarada bir neçə dəfə cəhd eləmişəm, yaza bilməmişəm. Bir neçə ay əvvəl, ümumiyyətlə,depressiyaya düşmüşdüm. Psixoloqsuz-zadsız, özüm özümə kömək elədim. Dəhşətlihal idi, bir də o hala düşməyi arzulamıram özümə. Həmin vaxtdan sonra qəribəbir süstlük , laqeydlik yaranıb məndə. Yazmaq sevincli deyil əvvəlki kimi.Bilmirəm keçəcək bu hiss, ya yox. Çox oxumaq , filmlərə baxmaq istəyirəm. Bəzəndüşünürəm ki, elə filmlər, elə kitablar olacaq , mən onlara baxmadan, onlarıoxumadan ölüb gedəcəyəm. Nə qədər çalışsam da, əksəriyyətini çatdırmayacam.İndi bu hiss daha güclüdü.

-Ədəbimükafatlaramünasibətiniz...

-Nisbi məsələdi,amma nisbi də olsa, stimullaşdırırsa, niyə olmasın? Çox vaxt bizim yerli müsabiqələrdəmükafatlar müxtəlif qruplar daxilində bölüşdürülür. Münsiflər çalışır ki, şəxsimünasibətdə olduğu, yaxud eyni ictimai-siyasi dünyagörüşdə olduğu yazarlaramükafat versin. Hətta ortaq dostluqlara görə mükafat verənlər var. Özü yazarlatanış deyil, amma işi keçdiyi adamın, yaxud dostunun dostudur. Amma bütünbunların fonunda hərdən obyektiv qiymətləndirmələr də olur. Yaxşı olardı,dünyaca məşhur mükafatlar ölkəmizin də bəxtinə düşəydi. Amma bu barədə bəxtimizgətirmir hələ ki. Bunun da bir çox səbəbi var. Yəqin ki, o manelər aşılacaq,bir gün nüfuzlu mükafatlar bizim də yazıçıların qismətinə düşəcək.

-Ədəbitərcümələrin vəziyyəti sizi qane edirdmi?

-Qane edən də var,etməyən də. Şeir tərcüməsi azdı. Olandada pərakəndə olur, orda-burda görürsən ki, kimsə əcnəbi bir şairin iki, ya üçşeirini həvəsə düşüb tərcümə eləyib. Qismətin yaxşı tərcümələri olur belə. Ammamən biləni hər hansı müasir, yad şairinbütün yaradıcılığını əhatə edən şeir kitabları yoxdu. Nə tərcüməçilər, nə dənaşirlər bunu eləməkdə maraqlı deyillər. Başa düşürəm, şeir oxucusu azdı, nəsrkitabları qədər gəlir gətirmir. Amma şeirlərində tərcüməsi vacibdir.

-Sonolaraq "söz” haqqında sözünüz...

-Belə deyirlər ki,Allah "Ol” dedi, sonra hər şey oldu, kainat, dünya, içindəki canlılar, dağlar,göllər, dənizlər və s. Məncə, sözün qüdrətinin bu hekayə qədər gözəlifadəsi yoxdur. Söz yarandı deyə,biz öyrənməyi bildik. Söz insanın ruhudur. Orta məktəbdə keçdiyimiz "Qədim dünya tarixi”dərsliyində də nə deyirdi alimlər? Tonqal ətrafında oturub çiy ət yeyən insanın əlindəntəsadüfən ət ocağa düşdü, insan onugötürüb yedi, dadlı gəldi. Çiy ətdən bişmiş ət yeməyə keçən insan dilaçdı, nitqi inkişaf elədi, beyni də inkişaf elədi. Mən tarix müəllimimizin lorudildə anlatdığı bu əhvalatı 25 ildi gedib –gəlib xəyalımda canlandırıram. İnsanıinsan edən Sözdür.


Söhbətləşdi: Tural Cəfərli