adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Dekabr 2019 11:17
30892
GÜNDƏM

Bizim Babək, bizim Cavanşir, bizim Cavadxan... Bizim Etimad!

Hələ balaca vaxtımdan ədəbiyyat vurğunu idim. Nənəmin-babamın,lap elə qrup müəllimələrimin söylədiyi nağılları xüsusi bir aludəçiliklə dinləyərdim.O nağıllardakı ağ atlı, ağ çalmalı, ağ geyimli igidlər gözlərim qarşısındacanlanar, bir neçə gün xəyalımdan çəkilməzdi. Bütün nağılların sonunda birelin-obanın suyunu kəsən, onlardan badi-xərac istəyən, istəkləri yerinəyetirilməyəndə isə obalara basqın edib, günahsız insanlara işgəncələr verən bədheybətdivləri məğlubiyyətə uğradan bu igidlər, necə deyərlər, "şad-xürrəm” ömür sürməyəbaşlayardılar.

Böyüdük. Biz böyüdükcə nağıl "təfəkkürümüz ”də böyüdü,ciddiləşdi. Cünki tarix kitabları bizə real qəhrəmanları, onların azadlıqamallarını, yadelli basqınçılara qarşı mübarizəsini diktə etməyə başladı. Ağatlı, ağ çalmalı, ağ geyimli igidlər bu dəfə də Babək oldu, Cavanşir oldu,Cavadxan oldu...

Və illər keçdi .... o sınaq zamanı gəldi -1988 - 1994-cü il...Artıq nə dinləməyə, nə oxumağa hacət qalmışdı. O ağ atlı, ağ çalmalı, ağgeyimli igidlər elə bizim gözümüzün qarşısındaymış sən demə... Ağ atları , ağçalmaları, ağ geyimləri olmasa da, ağı da, ağını da boylarına biçib, "div”lərin– dünyanın qarşısında tir-tir əsdiyi düşmənin üzərinə yeridilər, doğmatorpağını müdafiəyə qalxdılar. Şanslılar şəhid oldu, şansı olmayanlar isə "divlərin”əlində oyuncağa çevrilmiş səhli-sumbatların qarşısında bilərəkdən çökdürüldü,fiziki- mənəvi zərbələrlə vuruldu: Gözləri önündə torpağı talandı, qız-gəlini əsirdüşdü, körpələri parçalanıb itlərə atıldı, gənclərin başı kəsildi, tonqallardayandırıldı, ağsaqqalı-ağbirçəyi qanına qəltan edildi. Şanssız, qolları bağlıigidlərə -döyüşdən yaralı dönmüş yaralılara yara üstündən yara vuruldu,yarımcan edildilər. Bu azmış kimi bir də zamanın gərdişi vardı, Bir də düşmənbir yana, "sapı özümüzdən olan baltalar”la əlbəyaxa olmaq, haqqı tapdananYaralı İgidlər uğrunda döyüşmək vardı.

Haqqı tapdananların isə bircə pənah yeri vardı, Boylarınaçoxdan ağı-ağını biçmiş, ölümə çoxdan susamış 3 igidin qarşısında oturub dərdlərinidinlətmək, dərdinə çarə aramaq...

Etimad, Rey, Firudin... Yüzlərlə Yaralı İgidin dərdini qəlblərinədoldurub, bu dəfə də haqzıslığın üzərinə yeridilər. Haqsızlıqla çarpışdılar, bəzən"YURD”, bəzən XALQ, sözünün anlamını anlamaqdan çox uzaq olan manqurtlarlavuruşdular, bəzən qaranlıq dünyanın qaraüzlü, qaranlıqdan burnundan o yanı görməyənqaniçənlərlə pəncələşdilər, yaralı canlarına bir də belə yaralar vurdular. Nəhayətki, köməksiz, taleyin ümidinə buraxılmış, əli hər yerdən üzülmüş yaralı igidləringözlərində ümid işığı yandırdılar. Bu 3 Yaralı İgid Yüzlərlə Yaralı İgidə ümidqapısı, çözüm ünvanı oldu. Yüzlərlə Yaralı İgid dərdlərinə şərik tapmışdılar,sevinirdilər...

Elə bu kiçik sevincin arasında göy guruldadı, şimşək caxdı,dünya qaranlığa büründü. Düşmənin öldürə bilmədiyi 3 igiddən biri - EtimadHaqsızlıqla müharibədə şəhid oldu. Ruhu göylərə çəkildi.

Yüzlərlə Yaralı İgid yaşarmış gözlərini onun nəşinə zilləmişdi. Sankiyalvarırdılar, sanki səssizcə hayqırırdılar: Nə olar, ölmə, qardaş, tərk etməbizi...

Həmin an içimdən bir hiss keçdi, az qaldı səsimi başıma atımucadan, səsim gəldiyincə bağıram: Rey, Firudin və Yüzlərlə Yaralı İgid... nəolar, çalışın sizdə ölməyin, nə olar ölməyin! Sizin ölümünüz dərd yükünüzüyüngülləşdirmir! Yalvarıram ölməyin!...


Əntiqə Rəşid