adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyul 2019 11:57
23553
ƏDƏBİYYAT

BİZANS DÖVRÜNÜN YADİGARI - MÖHTƏŞƏM AYASOFYA

(SƏFƏR QEYDLƏRİ)


Ötən əsrin 60-cı illərinin sonlarındaAzərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)geologiya-coğrafiya fakültəsində təhsil alarkən o zaman əksər gənclərin həvəsləoxuduğu "Ulduz” jurnalında tanınmış yazıçılarımızdan birininTürkiyə səfəri iləbağlı qeydlərini oxumuş və əməlli-başlı duyğulanmışdım. Yazıdakı Bizansdövrünün çox dəyərli abidələrindənsayılan möhtəşəm Ayasofya məbədi barədə qeydlər məni daha çox təsirləndirmişdi.Yazıçınıngözəl təsvirini oxuyanda məndə əsrarəngiz təbiətli Türkiyədə olmaq və gözəl Ayasofyanı görməyə elə həvəs yarandıki...Bir müddətdən sonra özümə gələrək kədərlə düşündüm ki, bu reallıqdançox-çox uzaq olan arzudur. Həm də o zaman ucsuz-bucaqsız ölkəmiz olan SSRİ iləqalan aləm arasında "dəmir pərdə” var idi və bu pərdə 1968-ci ildə"xilaskarSovet qoşunları” Çexoslavakiyaya girib qırğın törədəndən sonra biraz da bərkidilmişdi.Özlüyümdə qərara gəldim ki, mümkün olmayan şey barədə bir daha düşünməyim...Lakin,sonralar heç birimizin ağlına belə gəlməyən hadisələr baş verdi...Hay-küylə qurulmuşSovet İttifaqı eləcə də dağıldı. Bir zamanlar "əbədi qardaşlar” adlandırılankeçmiş Sovet respublikalarının hər biri müstəqil dövlət elan olundu...

1997-ci ildə Türkiyə Energetika və TəbiiQaynaqlar Nazirliyinin Mədən Tədqiq və Arama Gənəl Müdirliyi və Yapon BeynəlxalqƏməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Türkiyədə "türk dilli ölkələrin yeraltısərvətlətinin axtarışı və dəyərləndirilməsi” adlı 1 aylıq seminara bizim ölkədəndə içərisində bu sətirlərin müəllifi də olmaqla 4 geoloqdəvət olunmuşdu. 8 ölkənintəmsilçiləri olan biz geoloqlar əsasən Ankara şəhərində təcrübə mübadiləsikeçirdik. Amma arada Türkiyənin iri faydalı qazıntı yataqlarına və mədənlərinəaparılır, nadir geoloji təbiət abidələrinə baş çəkir, maraqlı geoloji kəsilişlərivə qədim vulkanları seyr edir, həm də Anadolunun qədim mədəniyyət abidələri ilətanış olurduq. Nəhayət elə bir gün gəldi ki, bizi avtobusla 2 günlüyə şəhərlərşəhəri İstanbula aparmalı oldular. Bu mənim böyük sevincimə səbəb oldu...Birneçə səbəbi var idi bu sevinmənin. Əvvəla, ona görə ki, İstanbul uzun illər boyuəzəmətli Osmanlı dövlətinin paytaxtı olmuş və dünyanın qədim sivilizasiya mərkəzlərindənbiri idi. Burada qədim Roma və Şərq mədəniyyətlərisintez olunurdu.

...Bir haşiyə də çıxımki, 1918-ci ildə bolşeviklərin himayəsindən yararlanan erməni quldur birləşmələri-daşnaqlarınAzərbaycanda yaşayan müsəlmanlara qarşı törətdikləri soyqırımı zamanı on minlərlədinc əhali xüsusi qəddarlıqla öldürülmüş və görünməmiş işgəncələrə məruzqoyulmuşdu. O dövrki hadisələrin şahidi olan insanların xatirələri və arxiv sənədləriəsasında artıq tam dəqiqliklə bilirik ki, əgər o zaman Osmanlı türklərininqardaşlıq yardımı olmasaydı Azərbaycanda yaşayan insanların gələcək taleyiböyük sual altında olardı. Şamaxı qəzasının, o cümlədən şəhər sakinlərinin ozaman erməni vəhşilikləri ilə daha çox üzləşdiyi də bəllidir. Bu səbəbdən bizşamaxılılarda, eləcə də bütün Şirvan əhlində türk əsgərinə, Türkiyəyə,İstanbula hər zaman böyük sevgi və hörmət olub və olacaq.

...İndi isə uşaqlıqdanhəzin bir duyğu ilə sevdiyim bir şəhəri – İstanbulu görəcəyəm...İstanbulu, mənəsevdirən insanlardan biri də universitettələbəliyi zamanından yaxın dostluq etdiyim indi tanınmış şair, uşaq yazıçısı vəpublisist, beynəlxalq Andersen Şərəf Diplomuna layiq görülmüş Qəşəm İsabəyliolmuşdu. Qəşəm Türkiyə ədəbiyyatının, xüsusən Nazim Hikmətin, Orxan Kamalın,Tofiq Fikrətin, Əziz Nesinin böyükvurğunu idi. Stolunun üstündən türk yazarlarının kitabları əksik olmazdı. NazimHikmətin şeirlərini gözəl səslə dilləndirərdi...Yol boyu fikirləşirəm. Birdənyadıma Nazim Hikmət düşür:

"Başımköpük köpük bulut, içim dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda,
Budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.”

Budur, İstanbulun içərilərinədoğru irəliləyirik;seminarın təşkilat rəhbərindənsoruşuram:

- Tüncay bəy, lütfəndeyə bilərsinizmi Gülhanə parkı hansı tərəfdədir?

-Lap yaxında. İndilərdəbiz onun yanından keçəcəyik-deyir və az sonra parkı mənə göstərir. Həsrətləparkı kənardan seyr edir, diqqətlə baxıram ki, bəlkə Nazim Hikmətin məşhur"ceviz ağacı”nı da gördüm. Ani olaraq çoxdankı arzum - Ayasofyanı görmək gəlirxəyalıma ...heç olmasa uzaqdan...

Məşhur Topqapı Muzeyini və bir neçəmaraqlı yerləri heyranlıqla seyr etdik. Axşam bizi körfəzlərə apardılar. Ertəsigün səhər yeməyindən sonra qrafikə əsasən biz İstanbulu gəzib, muzeylərdə olduq.Günorta biz İstanbuldan çıxan zaman birdənsürücülər avtobusu saxlayaraq bildirdilər ki, "Otobüs bozuldu” (avtobus xaraboldu). 1 saata qayıdıb sizi buradan götürəcəyik”.Möcüzəyə bax,illər boyu görməkhəsrətində olduğum Ayasofya Muzeyinin lap yaxınlığında – 100-120m-də yerəenmişdik.Vaxt itirmədən Ulu Yaradanınverdiyi imkandan yararlanmaqqərarı verdim və qrup yoldaşlarıma daAyasofyaya baxmağı təklif etdim. Fəqət gedən tapılmadı. Üçüç, beşbeş, hərə birtərəfə dağılışdı. Tələsik bilet alaraq Ayasofyaya yollandım. Və bu ziyarətömrüm boyu unutmayacağım parlaq bir xatirəyə çevrildi.

Maraqlıdır, görəsən insanlardaAyasofyaya maraq nədən yaranıb? 1935-ciildə Mustafa Kamal Atatürkün əmri ilə yaradılmış indiyə qədərmuzeykimifəaliyyət göstərənAyasofyaBizansdövrünün şahididir.Osmanlıdövrününmöhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələnturistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan bu nəhəng ölçülübinanın tikintisinə 532-ci ildəbaşlanılmışdır. Onun tikintisi üçünEfesdəkiDiana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadəolunmuş, dünyanın məşhurmərmərmədənlərindəndə bura materiallar daşınmışdır. Xüsusən dəƏyriboğaz adasındanaçıqyaşıl,Əlcəzairdənsarı rəngli,cənub-qərbiAnadoludanağ,qırmızı mərmərlər gətirilərək tikintidə istifadə edilmişdir. Gündə min usta vəon min işçinin çalşması ilə inşaat 5 il 11 ay 10 günə başa çatmışdır. Ayasofyamüxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55,60 metr, eni31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi diametri 1,1 metr olan 40 dirəyə söykənmişdir.Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır,açılan 40 pəncərə onun bol işıq almasına şərait yaradır.

Ayasofyahaqqında tarixi həqiqət

Türkiyəli tarixçi Dursun Gürlek,Ayasofyanın işğal altında olduğu illərdə belə İslami dəyərlərini mühafizə etdiyini,minarələrində azan oxunduğunu, lakin daha sonra yerli idarəçilər tərəfindən məscidolmaqdan çıxarılaraq Bizans kilsəsi edildiyini söyləyib. Gürlek, "əvvəlcəazanlar susduruldu, sonra gözəl minarələri dağıtmaq üçün təşəbbüsə keçdilər”, –deyə qeyd edib.

Ayasofya, İstanbulun işğal olunduğu oillərdə, o qara günlərdə belə islami dəyərlərini qorudu. Hərçənd, o zamanlar buİslam məbədini məscid olmaqdan çıxarıb Bizans kilsəsi etmək istəyənlər də varidi. Bunlar türk və İslamın düşməni olan bir qrup xarici yazarlar idi. Məsələn,məşhur şərqşünas G.Sehlumberger rusların İstanbula gəlməsini, Ayasofyanın minarələrinindağıdılmasını, qübbəsinə xaç yerləşdirilməsini çox arzu edirdi. Ayasofyanınminarələri yerli bizanspərəstlər kimi, qərəzli şərq alimlərini də çox narahatedirdi. Allaha şükürlər olsun ki, bu riyakar planların heç biri gerçəkləşmədi.Və hərəsi ayrı bir Osmalı padşahının əsəri olan bu zərif minarələrdağıdılmaqdan qurtuldu.

Yuxarıda qeyd edildiyi kimi, İstanbulişğal altında idi. İzmirin yunanlar tərəfindən işğal edilməsi də Osmanlınınpaytaxtı olan bu tarixi şəhərdə yaşayan bir qrup qeyri-müsəlmanları da yaman dəyişdirmişdi.Müsəlmanların əhvalı son dərəcə qaralmış, başları önə əyilmişdi. Azlıqlargetdikcə azğınlaşırdı. Hərbi hissələr də işğal edildiyi üçün əsgərlər havada qalmışdı.Bu zaman İstanbul II Keşikçilər alayından bir batalyonun Ayasofya məscidinəyerləşdirilməsi zərurət olaraq meydana çıxdı. Mayor Tevfik Bəyin komandanlığıilə bir tabor beləcə Ayasofyaya yerləşmiş oldu.

İşğalçı qüvvələrin gəldiyi qərara görə, Mayor Tevfik Bəy vətaboru dərhal bu tarixi məbəddən çıxarılmalı və məscidə fransız birliyi yerləşdirilməliydi.İstanbulun yağışlı günlərindən biri idi. Hər tərəfdə darıxdırıcı bir hava hakimidi. Belə bir vaxtda Fransız taboru Ayasofyanın qapısında dayandı. Ancaq,mehmehçiklər fransız əsgərlərini içəri girməyə qoymadı. Süngülərlə taborunqarşısını kəsdi. Məscidin böyük və geniş qapısına iki ağır zirehli maşın çarpazşəkildə yerləşdirilmişdi.

TevfikBey, son dərəcə ciddi hərəkət edərək və duyduğu böyük həyəcanı gizlədərək hərəkətəkeçdi. Çox sərt şəkildə, fransız komandirindən nə etmək istədiyini soruşdu.Onların məscidə girib burada yerləşmək istədiklərini öyrənincə, "Bura mənim məbədimdir,əsla içəri girə bilməyəcəksiniz!” cavabını verdi. Fransız komandir yenidənsoruşdu: "Siz əsgər deyilmisiniz? Təxliyyə əmri almadınızmı?” Tevfik Bəy, cəsarətiilə belə cavab verdi: Bəli, mən bir əsgərəm. Dolayısıyla, sağ olduğum müddət ərzindəsizin bu qapıdan içəri keçmənizə izin verməyəcəyəm! Mən bir Müsəlman Türkəm.Bura mənim məbədimdir. Əsil rəhbərim olan vicdanımdan aldığım əmirlə sizi bura buraxmayacam. Əgər zorla girməyə cəhd etsəniz,ilk cavabı verəcək ağır zirehli silahlar sizi burada gözləyir. Bunlar da sizinüçün kafi olmasa, məscidin dörd tərəfinə kifayət qədər məhvedici qurğular yerləşdirmişəm.İçəri girmək üçün israr etsəniz, bilmiş olun ki, bu məbəd başınıza çökəcəkdir.Və siz bu məbədə əsla girə bilməyəcəksiniz. İstəyirsiniz sınayın!

MayorTevfik Bəy bu sərt danışığından sonra heç gözləmədən və fransız əsgərlərininqarşısından keçərək məscidə girdi. Fasiləsiz yağan yağışın altında əhvallarıçox pis pozulan fransız əsgərləri beləcə pərt edilmiş oldular. O zamanlarAyasofyanın yanında yerləşən və sonradan yanan Ədliyyə binasına özlərini gücləyerləşdirdilər. Günlərlə orada qaldılar. Sonda Tevfik Bəyin qərarlı olduğuna,israr edildiyi halda Ayasofyanı yerlə bir edəcəyini bildirdikdə Milli TəhlükəsizlikNazirliyi "Biz lazımi əmri verdik, lakin tabor komandiri tabe olmadı. İsraredildiyi təqdirdə məscidi havaya uçuracağını, bunun üçün lazım olan bütün tədbirlərigördüyünü söylədi. Böyük bir faciə ilə nəticələnəcək belə bir əmrin qarşısındagörüləcək başqa bir şey yoxdur!” deyərək fransız nümayəndələrinə vəziyyətibildirdi. Bundan sonra fransız taboru geriyə çəkilib getdi.

Beləliklə, bir daha bildiririk ki,Ayasofya işğal altında olduğu illərdə belə İslami dəyərlərini qoruduğunu, minarələrindənazan oxunduğu halda daha sonrakı illərdə yerli idarəçilər tərəfindən məscidolmaqdan çıxarılıb Bizans kilsəsi halına gətirilməsi istənildi. Əvvəlcə azanlarsusduruldu, sonra gözəl minarələrin dağıdılması üçün təşəbbüsə keçildi. Ancaqonların bu çirkin planları gerçəkləşmədi.

Bu gün Ayasofyada namaz qılınmasa da,minarələr bu tarixi məbədin məscid olduğunu aydın şəkildə göstərir.