adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2024 15:28
1824
ƏDƏBİYYAT

"Biz özümüzü kimlərin varisi bilirik? Farslarınmı? Ruslarınmı?"

Sosial şəbəkədə kirayə pulunu verə bilmədiyinə görə evdən çıxarılan professor Fazil Qaraoğlu ətrafında müzakirələr başqa məcra alıb. Professorun Səfəviləri türk dövləti hesab etmədiyi barədə müxtəlif fikirlər dolaşır.

Adalet.az xəbər verir ki, şair Səddam Laçın da bu mövzuya biganə qalmayıb. O, türk tarixçiləri misal gətirərək Səfəvilərdən imtina etməyin doğru olmadığını vurğulayıb.

"Osmanlı haqqında ciddi məntlər yazmış tarixçilərin ortaq fikirlərindən biri də Osmanlının türklərə qarşı gizli, bəzən də aşkar düşmənliyinin olmasıdır. İmperiyanın hökm sürdüyü 7 əsrlik geniş zaman mövhumunda dövlət idarələrində və hərbi aristokratiyada birmənalı şəkildə qeyri-türklərdən istifadə edilib. Düzdür, bunu yerli türk tayfalarının güclənməməsi və gələcəkdə səltənətə təhdid yaratmaması ilə də əlaqələndirirlər, amma bütün hallarda həqiqət ortadadır. Bunları bilən türklər yenə də Osmanlını türk imperiyası kimi qiymətləndirdiyi halda, biz niyə Səfəvilərdən imtina edirik? Nəyə əsasən? Hansı tarixi həqiqətlərə söykənərək?

Cəvahirəl Nehru həbsxanadan qızı İndira Qandiyə yazdığı məktublarda deyir ki, qızım, bu gün bütün avropa dövlətləri özünü romanın varisi hesab edir. Ona görə addım atırlar. Bəs biz nə edirik? Biz özümüzü kimlərin varisi bilirik? Farslarınmı? Ruslarınmı?".

Ruslar, Farslar, Ərəblər - bütün böyük imperiyalar ələ keçirdikləri ərazilərdə möhkəmlənmək üçün öz millətindən olanları həmin ərazilərə köçürür, bu yolla yerli əhalinin etnik tərkibini dəyişməyə çalışırdı. Gəlin baxaq görək, Səfəvilər möhkəmləndiyi ərazilərə kimləri köçürüb?".

 

Emin