adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2018 10:17
22995
ƏDƏBİYYAT

Biz o kitablara görə yaşayırıq

Hər şeyin sürətlə dəyişdiyi, depressiya dövrünün dəbdə olduğu, internetininsanı duyğularından yoxsullaşdırdığı bir dünyada yaşayırıq.

Bu, yeni dünyanın özüdür. Hisslərimizi dupduru, təmiz saxlamağa daha çoxehtiyacımızın olduğu dünya...

Dünya günü-gündən çirklənir. Terrorlar, kütləvi qırğınlar insan həyatınıparçalayır. Belə olan halda intiharlar, depressiyalar da birə-beş artır. Bunagörə də özümüzü tək bir kitabla tapmaq istəyir, həyatımızı tək bir kitablatezliklə dəyişdirmək istəyirik.

Fərdi inkişaf kitabları da böyük bir "fəsd fuud” menyusu kimi, aclığımızıört-basdır etməklə çıxır qarşımıza. Kapitalist sistem, özümüzü bədbin hissetməyimizə, özgüvənizimi itirməyə, özümüzə yadlaşmağımıza səbəb olur. 

Bu "fəsd fuud” kitabları sürətlə dünyaya yayılır. Bu keçici toxluq hissiverir, ancaq sağlıqsızdır. Aclıq hissini sürətlə təkrar-təkrar gündəməgətirməklə məşğuldur. Hətta təklif edilən arqumentlər fərdi inkişafdan çoxfərdin gərginliyinə yol açmaqdadı. Ancaq kütlə nə yazıq ki, bu kitabları sevməkdə davam edir...

Halbuki insan ilk öncə öz həyatını, öz düşüncələrini, seçimlərini,həqiqətlərini dərk etməli, ona görə addım atmalıdır. Təbii, çətin məsələdi,lakin insan böyük xəzinədi. Öz içindəkiləri axtarıb taparsa müdrikliyə də yoluaçılar. Bizim gənc oxucu kütləsində də "n” qədər fərdi inkişaf kitablarıylahəyatlarını dəyişdirən adamlar var. Dırnaq arası, kimliksiz həyatlar.

Hərdən öz-özümə deyinirəm ki, yaxşı bir rejissor olmadı da bizim ölkədə.Ki, cəmiyyətdən silsilə filmlər çəksin. O qədər maraqlı, təzadlı detallarlazəngin bir cəmiyyətik ki... Heyf! Dünya kinosu bundan xəbərsizdi.

Nəysə, qayıdaq söhbətimizə. Kitablardan danışırdıq. Mən razıyam ki, oxumağayeni başlayan insanlar fərdi kitablardan, uğurun min bir sirri kitablarındanbaşlasın. Qoy oxusun, ancaq bu kitabları həyatının bir parçası etməsin. Bukitablar uzaq başı insanda oxuma vərdişi yarada bilər. Kitab oxumağın da insanamin bir xeyri olur.

Kitablar yüzillər boyunca insanın həyatında dərman rolunu oynayıb. Yunan tarixçi Diodorusunxatirələrinə görə, Antik Yunan şəhəri Tebdəki bir kitabxananın giriş qapısınınüzərində "İnsanın Ruhunun Yaxşılaşdığı Yer” yazılmışdı. Dünyanın bilinən ilkxəstəxanaları qəbul edilən Asklepionlarda da kitabxanalar vardı. Dünyanın ilkpsixi xəstəxanası olaraq tarixə keçən Berqama Asklepionu bir kitabxanayasahibdi. Lakin ABŞ-da psixiatr Benjamin Rush biblioterapiya təklif edərkənkitab oxuma müalicəsi kimi qəbul edildi. 1853-cü ildə ABŞ-lı həkim Con MinsonGalt, "ağıl və ruh xəstələri” üçün oxumağın faydaları səbəblərini beş başlıqdayazdı. Fəqət biblioterapiya çalışmalarının ilk dəfə 1930-cu illərdəkitabxanaçıların, insanların üzərində sağaldıcı təsirləri olan kitabları tapmaqvə siyahıya salmaq mübarizələriylə başladığı bilinir. Bu çalışmalar daxilində,əgər bir ədəbi mətn insanların düşüncələrini, duyğularını, davranışlarınıdəyişdirməkdə təsirliysə, bu mətn, potensial bir sağaldıcı gücə sahib qəbuledilərək siyahıya alınırdı. İkinci addım isə, terapevtlərin bu kitablarla,problemlər yaşayan fərdləri görüşdürməsidir. Bir çox tərifdə, biblioterapiyaədəbiyyatla oxucunun arasında dinamik bir əlaqə qurma prosesi olaraq təyinolunur. Bu münasibət, bir terapevtin müşahidəsində oxucu duyğusalproblemləriylə üzləşə bilir və müsbət yöndə dəyişir.

Tarixdə kitabların insan həyatına güclü təsirindən qısa da olsa danışdıq.İndinin özündə də kitablar insanların həyatlarını dəyişir. Elə götürüm özümdən.

Yeniyetməliyimdəavara, sərgərdan həyat yaşayan varlıq idim. İnsan belə demirəm özümə. Sonra nəoldusa əlimə Daniel Defonun "Robinzon Kruzo” əsəri keçdi. O əsər həyatımıbaşdan ayağa dəyişdi. Əslində daxili dünyamı dəyişdi, düşüncələrimi alt-üstelədi. Elə bil əsər yaxamdan yapışıb silkələdi məni. O gündən kitablar, əsərlərhəyatımın dəyişməyən parçaları oldu. Yazının əvvəlində "fəsd fuud” kitablarınıtənqid etdim, ancaq istənilən halda kitab oxumaq bir kult, mədəniyyətdir.


Təki, insan öldürməsin, kitaboxusun!

Təki, intihar etməsin, kitaboxusun!