“Biz müharibə istəmirik!” - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə birgə mətbuat konfransı keçirib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian mətbuat konfransında İranın İsrailə raket hücumu ilə bağlı verdiyi açıqlamada “biz əsla müharibə istəmirik. Mən əvvəldən demişəm ki, biz sülh və əmin-amanlıq axtarırıq, amma İsrail Tehranda qonağımızı qətlə yetirdi. Bizə dedilər ki, gözləsəniz Qəzzada atəşkəsi təmin edəcəklər. Müharibə olarsa, sülh əldə edilə bilməz. Biz sülh naminə gözlədik, lakin İsrail daha da qəddarlaşdı və biz cavab verməli olduq. İsrail fərqli addım atarsa, biz daha güclü cavab verəcəyik”.
M.Pezeşkian bildirib ki, böhranın qarşısı alınmalıdır.
“ABŞ və Avropa İsrailin bölgədə qırğınlar törətməsinin qarşısını almalıdır. Bölgədəki təhlükəsizlik heç kimə xeyir gətirmir. Heç bir bölgə müharibə yolu ilə inkişaf etməyib. Biz müharibə axtarmırıq, lakin İsrail bizi reaksiya verməyə məcbur edir”.
İran prezidenti bildirib ki, regionun təhlükəsizliyi bölgədəki bütün müsəlman ölkələrinin əlindədir.
“İsrail regionda təhlükəsizlik və böhran yaymağa çalışır və biz böhranın yayılmasının qarşısını almalıyıq. “Bölgədəki təhlükəsizlik nə regionun, nə də ABŞ və Avropanın maraqlarına uyğun deyil”.
Digər Xəbərlər
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11
Amsterdamda Yeni il gecəsi 150 illik kilsə binası yanaraq məhv oldu
01 Yanvar 2026 08:35
Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir
31 Dekabr 2025 16:11
Gürcüstanda 50 milyonluq heroin müsadirə edildi
31 Dekabr 2025 16:00
"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts
31 Dekabr 2025 15:41
Türkiyədə 3 çoban qar uçqununa düşdü - Axtarış aparılır
31 Dekabr 2025 15:16
Ərdoğan: 600 min suriyalı Türkiyədən vətəninə qayıdıb
31 Dekabr 2025 15:08


Bakı -°C

