adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2020 10:02
18923
GÜNDƏM

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Bu gün dünyanın"olum-ölüm” probleminə çevrilmiş COVİD-19-un qarşısının alınması üçün bütün ölkələrdəmüəyyən tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlər hər bir ölkənin həm iqtisadi, həm də elmidaxilində gerçəkləşdirilir. Yəni ölkələrin səhiyyə imkanlarının səviyyəsidaxilində addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və bunun da nəticəsiBeynəlxalq Səhiyyə Təşkilatlarının informasiyalarında öz əksini tapır. Bu mənadaAzərbaycanın bir dövlət olaraq atdığı addımlar və Azərbaycan iqtidarının qəbuletdiyi qərarlar beynəlxalq aləmdə müsbət qarşılanmaqla yanaşı, həm də təqdiredilir. Bu da səbəbsiz deyil.

Günümüzünreallığına nəzər salanda görürük ki, ölkəmizdə koronavirusla bağlı həyatakeçirilən bütün tədbirlər ilk öncə Azərbaycan insanının sağlamlığına xidmətedir. Məhz bu sağlamlığın qorunması üçün həmin addımlar atılır, tədbirlər gerçəkləşdirilir.Özü də bu tədbirlərin birmənalı olaraq reallaşması üçün ölkə Prezidenti cənabİlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaxüsusi diqqət yetirir. Hətta onlar iştirak etdikləri tədbirlərdə, açılışlardaictimaiyyətə, Azərbaycan xalqına həm gerçək nümunələr göstərməklə, həm də özlərininşəxsi timsalında əsas mahiyyəti sadə adamlara çatdırmağa çalışırlar. Bizteleviziya vasitəsilə həmin görüşləri izləyərkən birbaşa görür və şahidi oluruqki, ölkə rəhbərliyi pandemiyadan qorunmaq üçün atılan zəruri addımlardan biriolan maskalardan istifadə edirlər.

Zənnimcə, bununözü hər bir insana təhlükənin nə qədər gerçək olduğunu diqtə edir. Digər tərəfdənəgər bu virus təhlükəsinin bəzilərimizin iddia etdiyi kimi, ötəri olması fikrinəistinad etsək, onda dünyanın, ümumiyyətlə, bəşəriyyətin yaşadığı təlaşın mahiyyətinidərk etməmiş olarıq. Axı, indiki informasiya imkanlarının arenasında biz anbaanbaş verənləri izləmək iqtidarındayıq. Deməli, hər birimizin hər an qarşılaşabiləcəyimiz təhlükə gerçəkdir. Və biz özümüzü qorumaqla, həm də ətrafımızdakılarıqorumağa bir insan olaraq məcburuq. Bax, bu mənada ölkədə tətbiq edilənkarantin rejiminə əməl etmək də bizim vətəndaşlıq borcumuzdur.

Çox təəssüf ki,bəzi insanlar öz laqeydlikləri, biganəlikləri üzündən həm özlərinə, həm öz ətraflarına,həm də öz sevdiklərinə problem yaratmaqda davam edirlər. Bu isə Azərbaycanhökumətinin real vəziyyətlə bağlı əlavə tədbirlər görməsini labüd edir. Məlumdurki, hələ pandemiyanın ilk günlərindən qəbul edilmiş qərarlar və karantin rejimivəziyyəti nəzarət altında saxlamağa imkan vermişdi. Ona görə də real vəziyyətiqiymətləndirən Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimindənmərhələli şəkildə, planlı olaraq çıxmaqbarədə qərar qəbul etdi. Çox təəssüf ki, vətəndaşlarımızın müəyyən hissəsi qəbuledilmiş bu qərarı doğru qiymətləndirmədi və bunu hər şeyin ötüb keçdiyi kimi dəyərləndirdi.Ona görə də Operativ Qərargah karantin rejimini yenidən sərtləşdirmək barədə təklifhazırladı. Həmin qəbul olunmuş qərara görə həftənin yalnız iki günü qapanma təklifiningerçəkləşməsi artıq vəziyyətin bütün çalarlarını ifadə edir. Vətəndaşların birmənalışəkildə vəziyyətin ciddiliyini qəbul etməsi üçün atılmış bu addım ondan xəbər verir ki, biz hələ dəreallığı dəyərləndirə bilmirik. Axı, insan həyatının hər bir anında özünü büruzəverə biləcək bu təhlükəni dünya ictimaiyyəti, dünyanın ən nüfuzlu səhiyyə təşkilatları,hətta ən güclü dövlətləri qəbul edirsə, onda biz niyə öz həyatımızı təhlükəyəatmalıyıq. Məhz bu sualın özü Operativ Qərargahın atdığı addımın nə qədər zəruri olduğunu yəqin ki, hər kəsədiqtə edir, xatırladır.

Biz özümüzün,ailəmizin, doğmalarımızın və bütövlükdə də xalqımızın sağlamlığı naminəmaskalardan, tibbi spirtlərdən istifadə etməyin, kütləvi tədbirlərdən çəkinməyin,insanların çox olduğu yerlərdə ehtiyatlı davranmağın fərqinə varmadıqca,problemin də ömrü uzanır. Ona görə də hər birimiz reallığın gözlərinin içinəbaxmaqla evdə qalıb həyatımızı qorumaq barəsində düşünməliyik. Və nəhayət, bizonu da bilməliyik ki, Azərbaycan prezidenti və Azərbaycanın Birincivitse-prezidenti maskadan istifadə etməklə, bizə həm də nümunə göstərirlər. Deməli,real vəziyyət bunu tələb edir. Biz də qarantımız olan Prezidentimizin atdığıaddımlara böyük sayğıyla yanaşıb, özümüzü və ətrafımızı qorumaqda nümunəolmalıyıq. Məhz belə olduğu haldaözümüzü və ətrafımızı qorumuş oluruq. Deməli, bu qətiyyətlə dəCOVİD-19-a qalib gəlmək məsələsi öz həllini tapır. Axı biz birlikdə güclüyük.

Əbülfət MƏDƏTOĞLU

Əməkdarjurnalist