Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbinin bəzi KİV-də koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbdən bildirilib ki, məktəbli koronavirusdan vəfat etməyib. Şagirdin başqa xəstəlikləri olub: "Şagirdimiz K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müalicə üçün aparılsa da orada vəfat edib".
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.
Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.(Trend)
Digər Xəbərlər
05 Aprel 2026 09:00
Bu gün 50 minə yaxın şagird buraxılış imtahanı verəcək
04 Aprel 2026 09:10
Hər il minlərlə tələbə müəllim ixtisasına yiyələnir
03 Aprel 2026 10:10
Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
02 Aprel 2026 18:20


Bakı -°C

