adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Noyabr 2019 10:27
24863
ƏDƏBİYYAT

BİRİNCİ DAŞ - Şahnaz Şahin yazır

Əslindətam başqa bir şey yazacaqdım,tam başqa... Nə bilim,məsələn,dəniz sahilindəgördüyüm qağayılardan,onlara baxıb havalananümidlərdən,bu dəniz gözəllərinəxırda çörək parçaları tullayan uşaqlardan,o boyda sahilboyu genişliyindənisbətən gözdən uzaq yer taparaq bir-birinə qısılıb oturan və kim bilir nə xəyallarquran sevgililərdən... Lap kənd-kəsəkdən aralı düşdüyündənmiyerişini,duruşunu,uçuşunu yadırğayan boz qarğalardan..!.. Amma olmadı,yaza bilmədm...,KaşFB-da "qurdalandığım” zamanı qarşıma çıxan bu video lentin ortasına bağmağımıheç toxundurmayaydım!

...Deyirəm tərkidunyalıq yəqin buna bənzər səbəblərdənyaranıb bəlkə..,insanlarda çatmayan nə varsa ,o təbiətdə var! Düzdür,insan təbiətinbir parçasıdır,amma yalnız bir parçası...Adam,insanlar tərəfindənanlaşılmayanda çəkilir özünə,ya da üz qoyur ana təbiətə! Necə deyərlər "Aşıq üzgörən yerə..” Təbiət isə həmişə ona sahib çıxa bilir,çünki ürəyigenişdi,sevgisi boldu,paxıl deyil,daha çox "multikultural”dı.. Səni istədiyin qədərdinləməyə səbri çatır,dərindən duya bilir,anındaca əhvalına köklənir . Bir sözlə,dərddaşınolur sənin.. Bəs görən niyə Allahın ağıl,şüur,dərrakə verdiyi,hələ üstəlik beşinəqd,bir-ikisi də bəsirət olmaqla duyğu üzvünə sahiblənən yaranış bunu edəbilmir!? Bəlkə bir çox "minimum”larımız kimi bunun da kökü gedib keçmişəçıxır?..

"Qızı olanı qırmızı çadıra,oğlu olanı ağçadıra dəvət edən,oğlu-qızı olmayanı isə qara çadıra ...Qara qoçun ətindən qaraqovurma bişirən,yeyərsə yesin,yeməzsə çıxıb getsin ..” deyə ayrı seçkiliketdiyimiz vaxtlara?...Ta qan düşmənçiliyinin başlandığı həmin eqo-ya..O boydaigidi, sanki başqa önə çəkiləsi keyfiyyətləri yoxmuş kimi təhqir edəsən,Tanrıqismətini başına qaxınc edib yarasınaduz basasan,sonra da ondan narazı qalasan?!.. Başqa yöntəmi yox idimi ..? Əlbəttə vardı !Amma içimizdəki şeytan buna imkan vermədi,heç indi də vermir.! Nə qədərki,uşaqdır, irqindən,rəngindən ,dinindən asılı olmayaraq bir oyuncağı dapaylaşa bilir,oynayır,birgə sevinir,xoşbəxtlik hissini yaşayır.. Eləki,böyüdü,istəklər eqoya çevrilir! ..

Bir sinif yoldaşım vardı,digər oğlanla lap uşaqlıqdan bir yerdə böyümüşdülər,dostidilər,bir məktəbə getmiş,dərslərini də çox zaman birgə hazırlamışdılar. Orta məktəbibitirəndən sonra dostlardan biri ali məktəbə qəbul oluna bilmədi . Əvəzindəartıq tələbə olan oğlan,dostu ilə əlaqələrini yavaş-yavaş kəsdi...Bəli,səbəbsadə idi-o ,tələbə olmuşdu,şəhərdə oxuyurdu,ildə bir-iki dəfə kəndə tətilə gəlirdi...Bəh-bəh...,indidaha ali məktəb dostları vardı!...,acınacaqlıdırmı!?..

Hərinsanın fərqli daxili enerji balansı vardır,və adam bunu xeyirə də xərcləyər,şərədə! İkinci artıq bədbəxtlik və faciə deməkdir..Necə ki,məişət əşyaları,məsələngündəlik mətbəxdə istifadə etdiyimiz bıçaq! Baxır bu alət kimin əlindədir,hadisədə onunla sonuclanır.. Lap uşaqlıqdan aşılanırhumanizm,yoldaşlıq,dostluq,qayğıkeşlik,sadiqlik,əl tutmaq,nəzakətli davranmaq,səxavətliolmaq,rəhimli,mərhəmətli,ədalətli olmaq, bağışlamağı bacarmaq...

Haşiyə: On bir yaşlı beşinci sinif şagirdi sözverib onlara gəlmədiyinə görə atası yaşda kişini yalançı adlandırır,ittihamedir,haqlıdır məncə,çünki deyir,bütün hallarda gələ bilməyəcəyini xəbər verməliydi!Çünki safdır,hələ nə görüb ki,həyatda!... Oxuduğu kitablardı,o da ki,həyatladaha uzlaşmır...

Hə,azqala yadımdan çıxacaqdı,o video lenti deyirəm e...Məni,planladığım yazılardanuzaq tutan,incidən,daha doğrusu onayazılan şərhlər.. Hamımızın tanıdığı müğənnı qadın tutduğu cinayət tərkibliişin cəzasının bir hissəsini çəkib azadlığa çıxıb. Qalan hissəsi isə dövlətinhumanizmi sayəsində əfv olunub! Adam sevinir,azadlığını qiymətləndirir,əzizlərinəqovuşub və bir məclis qurub istədiyidostu,tanışı ilə baş-başa zaman keçirir.. Amma bu şadlıqdan pay götürənlərazdı,çox az! Qadınlar isə təəssüf ki,bu işdə əsas yeri tutur..Axı qadınanadır,o daha yumşaq,həlim olmalıdır,amma burda əksini görürük...İnsanlar dahaaqressiv, ədalətsiz,qeyri-humasit tərəflərini nümayiş etdirmək üçün sankiyarışa qoşulublar,amma əslində məqsəd özlərini daha məsum,daha günahsız,safgöstərməkdir! ...Üç yüzə qədər rəy sahibi çox yüksək faizlə yalnız ittiham edir! Amma xanım həbs olunanda "ufuldayanlar” daha çox idi..!

"Qara-qara dərd cücərir,

Ağappaq qumlar içindən.

Əcaib nüsxələr çıxır,

Allah,adamlar içindən..” Ş.Ş

Əslində etiraf etmək lazım idi,məsələn belə :

"Mən mələk deyiləm,adam,

Savabım,suçum yerində.

Mən də bacadan düşmüşəm,

Xoşbaxt günərin birində..”Ş.Ş

Amma etmədik...

...Deyirlər,heç kimi qınama,qınanarsan..,çünkitaledən heç kim sığortalı deyil. Necə deyərlər,yuxarıya da,aşağıya da gedənyollar eynidir...! Ən tərbiyəli,ən sakit insan da lap heç nədən qatil ola bilər..Unutmayaq,"birinci daşı heç bir günahı olmayan adam atmalıdır”,varsa buyursun!

Yadıma lap bu yaxınlarda olmuş bir hadisə düşdü,deməli,kənddəyaşayan ailənin yeganə qız övladı ailə daxili səbəblər üzündən evdən qaçıb vəTürkiyəyə getmişdi. Tək özü,heç kimlə deyil,başını götürüb və gedib! Əvvəlcəağlayıb göz yaşı tökən ata qızın sorağını qardaş ölkədən alanda bir cümlə iləqoydu "səmimiyətini” ortaya :-"Kaş özünü öldürmüş olaydı!! " Heyrətlə niyəsinisoruşanda isə,öz eqosunun övladdan irəli çıxdığını gördük :"İndi mən el içinənecə çıxacam!? "...Vəssalam!

" Hər kəs dünyaya öz üçindən baxır...” ,Allahsənə rəhmət eləsin,Şopenhauer...