adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 May 2019 17:37
43401
ƏDƏBİYYAT

BİR ŞEİRİN TARİXÇƏSİ VƏ S.

Əbədiyaşar Bəxtiyar Vahabzadəözünün "İstiqlal"ında (Bakı, 1999, səh.69) yazırdı: "Mənimrejimə qarşı yazdığım bir sıra əsərlərin, o cümlədən "Bağışlayın, səhvolub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" vəs.-in səbəbkarı Şirməmməd müəllim olmuşdur. Daha doğrusu, mövzunu oseçmişdir". Təkcə bunlarınmı? Əlbəttə, yox!

"Əqidə və məsləkipoladdan” "Tanrının bizə bəxş etdiyi insan" sərlövhəli yazılarımdaiki böyük şəxsiyyətin-Xalq şairi Bəxtiyar Vahabzadənin və millət, xalq aşiqiŞirməmməd Hüseynovun əqidə və məslək dostluğundan söhbət açmış, unudulmazşairin yaradıcılığında cəfakeş müəllim, publisist və tədqiqatçı alimin yeri vərolundan bəhs etmişdim. Dübarə xatırlatma etmək istəyirəm ki, o məşhur"Gülüstan" poemasının ideyasını və mövzusunu ömür yollarının 50 ildənçoxunu bir yerdə-bərabər addımlayan əqidə və məslək fədaisi Şirməmməd Hüseynovvermişdi. "Gülüstan"dan sonra güclü təzyiqlərə məruz qalan Bəxtiyar Vahabzadə yuxarıların bu təzyiqindənqurtarmaq üçün "Leninlə söhbət" poemasını da Şirməmməd Hüseynovun məsləhətiilə yazmış, hətta fəsillərin başlığında Lenindən gətirdiyi sitatları da,onların şərhini də o təqdim etmişdir.

Şirməmməd müəllimin eləhəmin poema ilə bağlı xatırlamalarından:

"Bu poemayamünasibət birmənalı olmadı. Əsər hissə-hissə çap olundu Sonradan gördülər ki, Bəxtiyardolayısı ilə rejimin özünü ifşa edib. Necə deyərlər, onları aldadıb".

Bəxtiyar VahabzadəŞirməmməd müəllimin insani keyfiyyətlərindən məqalə və məktublarında da dönə-dönəbəhs etmişdir. Böyük şair bir ömür boyu dostluq etdiyi, məsləhət və tövsiyələrindənbəhrələndiyi Şirməmməd Hüseynovu təkcə fikir, düşüncə və əqidə yoldaşı kimiyox, onun təmizlik, paklıq və ziyalılıq nümunəsi olan fəaliyyətindən də birsıra məqalə və məktublarında yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə Şirməmmədmüəllim bir vətəndaş kimi, bir ziyalı kimi, bir tədqiqatçı alim kimi çox ayıq-sayıq adamdır. Mütaliəsi geniş,eridusiyası güclü, fikir və düşüncələrində azad və səmimidir.

"Əkinçi" qəzetinin29 fevral 1876-cı il tarixli dördüncü sayında Gəncəli Hacı Məhəmməd Sadiqin "Körpüsudan uzaq qalıb" adlı yazısı dərc olunub.

Məqaləni oxuyan Şirməmmədmüəllimin ürəyi riqqətə gəlir, vəfalı qələminə və ilhamına sarılaraq 1992-ciildə-"Əkinçi"də dərc olunmuş yazıdan 116 il sonra "Körpü sudanyenə də uzaqdır" adlı məqaləsini yazır.

Millət qayğılarını vəonun o günlərdəki vəziyyətini müqayisə edərək bir vaxtlar intibahın vəinkişafın Şərqdən başlandığını, İslam və böyük Türk dünyasının bəşər tərəqqisininönündə getdiyini, onun yol göstərəni və ilhamvericisi olduğunu, lakin sonradan vəziyyətindəyişdiyini, intibahın və yüksəlişin Şərqdən Qərbə keçdiyini dilə gətirir.

Hər iki yazınınaktuallığı, bu günkü gün üçün də böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraqonların nöqtə və vergülünə belə toxunmadan diqqətinizə təqdim edirəm.

Gəncəli Hacı Məhəmməd Sadiq

1876-KÖRPÜ SUDAN UZAQ QALIB

Neçə qisim qardaşlıq var. Onun iki qismindəndanışaq. Əvvəl bəni-adəm və növi bəşərlik qardaşlıqdır ki, hamı kəs bir-biriləqardaşdırlar. Amma ixtilafi-əqaidə (əqidələrə) binaən firqə-firqə olub hər biribir millət adlanıb, onların böyük icmasına dövlət deyilir və kiçik icmalar birdövlətə tabe olmaq səbəbilə asudə olublar. Məgər Dəşti-Qıpçaq əhalisi və əgəronlar həm öz məsləhətlərinə binaən təfəkkür, təəggül (düşünmə) etsələr, onlaraməlum olur ki, bir dövlətə tabe olalar, həm özləri asudə olurlar, həm başqaxalq onların azarından xilas olurdu və özləri özgəyə baxıb elmi-ədəb öyrənib tərəqqitapardılar. Amma dövlətlər üçün iki məqam var: biri-məqami-cəng ki, onun təklifi(vəzifəsi) özgədir və biri məqami-sülh ki, ol vaxtda gərək hamı bir-birilə məhəbbətvə doğruluq ilə rəftar etsinlər, ona binaən ki, insan məişət üçün bir-birinəmöhtacdır, adamın işi adam ilə keçər və əgər doğruluq olmasa bir-birindən nəfbərdarola bilməz. İkinci, millətin qardaşlığıdır. Bunlar gərək ziyadə qardaşlıq mərasiminmüraat edib (gözləyib) məhəbbət, insaf və doğruluq ilə bir-birilə rəftar etsinlər.Hansı ki, aciz və miskinlər, gərək əl-ələ vermək ilə dolandırmaq. Amma bizimcamaatda pul qazanmaq elmləri az olduğuna varlımız az və bibəzaətimiz(kasıblarımız) çoxdur və hamısının varlıqdan bir növ çeşmdaştı (ümid bəsləməyi)var. Zihaza (buna görə) az qardaşlar çoxqardaşları dolandıra bilməz, ona binaən gərək varlılar insafı və varsızlardoğruluğu və insafı ortalığa qoyub,bir-birilə əl-ələ verib köməkləşib, dövlət qazanmaq təriqəsini (yolunu)tanımağa səy etsinlər, ta millət dövlətləri tərəqqi tapsın. Amma çifayda, bizimvarlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır.Belə də işlər yerdə qalır...

Amma millətiqardaşlar, bilin ki, körpü sudan uzaq qalıb, necə ki, sabiq ərz oldu, əql itibhər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır...

Əhsənül-Qəvaid.

("Əkinçi",№4, 24 fevral 1876).

Şirməmməd Hüseynov

1992- KÖRPÜ SUDAN YENƏ DƏ UZAQDIR.

Məktub müəllifinin "Körpü sudan uzaqqalıb" kəlamında çox böyük tarixi həqiqət, xəbərdarlıq və həyacan ehtivaolunmaqdadır. Vaxtilə tarixin inkişaf və təkamül yolu, bəşəri tərəqqinin məcrasıYaxın və Orta Şərqdən, bütövlükdə Məşriqdənkeçirdi. Min illər ərzində hər bir müstəqil yaşamaq iqtidarında olan xalq özzaman körpüsünü məhz bu məcraya uyğun qurmağa, dövrlə, tarixlə bir səmtdəaddımlamağa, irəliləməyə səy və qeyrət göstərirdi.

Lakin fələyin çərxiistiqamətinin, bəşəri tərəqqinin zaman və məkanın dəyişdiyi qlobal qütbləşmədövründə yeni körpülər salmaq hər xalqa müyəssər olmamışdır. Mühafizəkarlıq,keçmişlə öyünmək, elm və ictimai tərəqqiyə laqeydlik çox-çox ölkə və xalqlarıyeni məcradan kənarda saxlamış, cəhalət və zülmətə qərq etmişdir. Hacı Məhəmmədsadıqbundan qabaqkı məktublarının birində ürək ağrısı ilə haray çəkərək yazırdı:"Ey yapan! (ey dostlar!) Nə yatıbsız, oyanın, karvan getdi, biz qaldıq, əcəbbixəbəriik!", yaxud "dövləti eşşəklərə vermişik, neməti itlərə. Bəsbiz dünyaya tamaşa etməyə gəlmişik?".

Müəllifin millətivahid bir qardaşlıq toplumu kimi görməsi barədəki mülahizələri də diqqət veriləsicəhətdir. Dövlətliləri "az qardaşlar", kasıbları "çox qardaşlar"kimi səciyyələndirən gəncəli soydaşımız hamını birliyə, "insaf və doğruluqilə əl-ələ verib" "pul qazanmaq elmlərini öyrənməyə", "dövlətqazanmaq yolunu tapmağa" çağırırdı.

"Əkinçi"ninnəşrindən, bu məktubların işıq üzü görməsindən 116 illik bir dövr keçir. Dünya əsaslısurətdə dəyişməkdədir. Biz də dəyişirik. Amma etiraf edək ki, körpü sudan yenədə uzaqdadır. Tarixi bir həqiqət var ki, köhnə körpüləri yıxıb dağıtmaq çox-çoxasandır. Əgər bu dəfə də "karvangetsə, biz qalsaq" aqibətimizin necə olacağını təsəvvür etmək çətindir. Bugün isə üzümüzü gəncəli Hacı Məhəmmədsadıq kimi qeyrətli uzaqgörənlərə tutaraqdeyirik ki, Allah sizə min rəhmət etsin, kişilər!"

Şirməmməd müəlliminbütöv təqdim etdiyim bu məqaləsi Araz niskilli, "Gülüstan" şairini bərktutur, ilham pərisi o taylı, bu taylı vətən və millət fədaisinidilə gətirir.

Beləliklə də B.Vahabzadə dostunun məqaləsindən təsirlənərək eyni adla "Körpü sudan uzaqdüşüb" şeirini yazır. Ömrünü haraydaəritdiyini, səsinin eşidilmədiyini biri ikiyə parçalayan çayda üzə bilmədiyinivə körpünün çaydan uzaq düşdüyünü dilə gətirən "Gülüstan" ağrılı şairyenə köhnə dostuna üz tutub xitab edir:

KÖRPÜ ÇAYDAN UZAQDÜŞÜB

Köhnə dostum H.Şirməmməd müəllimə

Hələ toxumcücərməmiş,

Tarlamıza alaqdüşüb.

Başımız da dazolalı,

Əlimizə daraqdüşüb.

Xəyallarım -qanad-qanad,

Ətəyimdən dartdı həyat.

Dünənimə Dürat,Qırat,

Bu günümə ulaqdüşüb.

Əlim üzüldüdiləkdən,

Dilim yandı"gəl" deməkdən.

Öz haqqınıgözləməkdən

Haqqın gözünə ağdüşüb.

Bu tayda sən, otayda mən,

Üzəmmədim bu çaydamən.

Ömr əritdim haraydamən,

Körpü çaydan uzaqdüşüb.

Dekabr,1992

Şirməmməd Hüseynovun"Günay” qəzetinin 15 dekabr 2001-ci il tarixli nömrəsində dərc olunmuş"1986-cı il, 17 dekabr. Alma-Ata hadisələri. Bakıda əks-səda" adlı məqaləsindəoxuyuruq: "Əvvəlcə 18 il dəbdəbəli həyat sürən, sinəsini qəhrəmanlıq nişanları,orden və medalları ilə bəzəyən, dünyada mövcud minik maşınlarını toplamaqazarkeşi kimi tanınan Brejnev, ardınca onun kürsüsünə yiyələnmiş, 1956-cı ilmacar hadisələrinin "qəhrəmanı", tanınmış çekist Andropov, qısa birmüddətdən sonra uzun illərin xəstəsi, yeni baş katib Çernenko dünyalarını dəyişdilər".

Bu təqdimatdakıistehzalı kinayəni duymamaq mümkünsüzdür. Və onun özünün də bu sistemdən az çəkmədiyiniasanlıqla sezmək və anlamaq olar.

"... Belə bir mürəkkəbşəraitdə Mixail Qorbaçov hakimiyyətə gəldi. Yenidənqurma, aşkarlıq, iqtisadiislahatlar, antialkoqol kompaniyası, sosializmə insançılıq və demokratik səciyyəvermək və s. günün şüarlarına çevrildi. Qorbaçov da özündən əvvəlkilərin təcrübəsinəsadiq qalaraq dost və aşnalarını ətrafına yığmağa başladı.

1986-cı ilindekabrında növbə Qazaxıstana, respublikaya uzun müddət başçılıq etmiş vəqazaxların az-çox rəğbətini qazanmış D.Kunayevə çatdı. Qorbaçov qazax Kunayevinyerinə, rus Kolbini gətirdi. Bu vətənpərvər qazax gəncləri və ziyalılarınınciddi narazılıq və etirazına səbəb oldu. 1986-cı il dekabrın 17-də Alma-Atada-şəhərin baş meydanında böyük bir etiraz mitinqi toplandı. Mitinq vəhşicəsinədağıdıldı. Yüzlərcə gənc həlak oldu, yaralandı, kütləvi həbslər, qarayaxmalar,böhtanlar və iftiralar başladı".

Şirməmməd Hüseynovdostlarına sovet imperiyasının sarsılmasının 1986-cı il dekabr ayının 17-dəAlma-Ata etirazından başlandığını bildirir. Qazağıstanda Kunayevin yerinə rusçinovniki Kolbinin təyin olunmasına qazax millətinin etirazlarının imperiyanınsarsılmasının ilk xəbərçisi olduğunu söyləyirdi. Əqidə və məslək dostu BəxtiyarVahabzadə ilə görüşləri zamanı da dönə-dönə bu hadisələrin üzərinə qayıdıb,"İndi mən bu hadisələri qələmə ala bilən oğul istəyirəm"-deyə dostunubu məsul və şərəfli missiyanı üzərinə götürməyə səsləyirdi.

Bəxtiyar Vahabzadəona: "Sən mənim bir neçə əsərimin yaranması üçün əlimə tutalqa vermisən,indi bu hadisənin də qələmə alınması üçün əlimə bir dəstəvuz ver. Gör necəyazıram”.-deyəndə Şirməmməd müəllim əlini ciibinə salıb pasportunu çıxarır ,verir dostuna və deyir:

-Alma-Ata hadisələri1986-ci il dekabrın 17-də baş verib. Bax bu da mənim doğum günüm-dekabrın17-si. Guya ki, sən bu şeiri mənim doğum günüm-münasibətilə yazırsan. Ancaqiçində nə yazacaqsan, daha o sənin öz işindir!

Böyük şair də buşeirin yaranma tarixçəsini izah edərək yazır:

-Bununla 17 dekabrdabaş vermiş Alma-Ata hadisələrini qələmə almaq üçün ayağım altına qoyacağımdayağı tapdım. Həmin axşam "17 dekabr" adlı şeir yarandı.

Şeir belə başlayır.

ON YEDDİ DEKABR

Dostum Ş.Hüseynova

On yeddi dekabr...Sənin ad günün,

Hərənin bəxtinə bir ulduz düşür.

Həm də tapmacadır yolu hər ömrün,

Sönmüş bir ocağa birdən köz düşür.

Sabahı bu gündən görmək çox çətin,

Yatır kül altında bir od külçəsi.

Birinci pilləni atan nə bilsin

İkinci pillənin nədir müjdəsi.

Birinci bəndin birincibeyti əziz bir insanın doğum gününə (ad gününə) dost sözü kimi başlasa da, müəllifelə oxucusunu, birinci misradaca düşünməyə səfərbər olmasını istəyir. Yəni onyeddi dekabrdan sonra qoyulmuş üç nöqtə işıqfordakı qırmızı işığın funksiyasınıöz üzərinə götürür və nöqtələrin yerinə yazılası olan və yazılmayan tarixi vəya sözü düşünməyə səsləyir. İkinci misrada isə nostalji hisslər aşılayır, bütünömürlərin tapmaca olduğunu (ağacın, yarpağın, insanın ömrü olduğu kimi, biriqtisadi formasiyanın, cəmiyyətin və ya imperiyaların da ömrü var və sonayetir) söyləyir, sönmüş ocaqların da birdən közərməsini dilə gətirərək, oxucunuxəbərdar edir, kül altındakı od külçəsi birdən alova da çevrilə bilər.

Böyük sənətkar üçüncübənddə Şirməmməd müəllimə "qardaş” deyib xitab edərək "yatmış beyinlərəlaylay çalaraq",-onlara əlavə qıcıq vermədən addım-addım (şeirindəmisra-misra) mətləbə yaxınlaşır.

Birinci pillədə görmüşdünmü sən

Bu gün yetişdiyin mənzili, qardaş?

Gəl, gəl, alqışlayaq biz əvvəlcədən

Üzümüzə gələnhər ili, qardaş.

İllər yaxşı gəlir biri-birindən

Küllər çözələnir od hənirindən.

İllərin bir-birindənyaxşı gəldiyini, onun hənirindən küllərin çözələndiyini (Alma-Atadakı başmeydana qazax gənclərinin axışında, onların qanının axıdılmasında) milli dərkinoyanışını görən şair, yetişdikləri mənzil başında gələcək hər ili əvvəlcədənalqışlamağa çağırır. Eyni zamada həm özlərinin, həm də dərddaşlarının bir çox mətləblərdənhali olmadıqlarını deyir:

Biz hardan biləydik iyirmi yaşında

Ömrün hələ altmış düşərgəsi var.

İndi də nə bilək elçi daşında

Oturan elçinin nə müjdəsi var.

Gah olur, həsrətlə umduğumuzun

Görürük həyatda tərsini, qardaş,

Gah da gözümüzə ələnən tozun

Zaman özü verir dərsini, qardaş.

Bəzən yolda qalır gözlədiyimiz,

Gözlənməyən yerdən bəzən köz çıxır.

Bəzən qazananda uduzuruq biz,

Bəzən şərimizdən xeyrimiz çıxır.

Azadlığı kim istəmirki! Ancaq xalqlar həbsxanasına çevrilən sovet imperiyası öz tərkibinə qatdığı xalqlarınəinki kölə vəziyyətinə saldı, hətta onları cismani məhv etməkdən də çəkinmədi.1990-cı ilin 20 Yanvar Bakı qırğını bu imperiyanın canavar xislətinə faciəli,ürəkləri dağlayan bir nümunə ola bilər.

Qazax xalqınınüzüyola, dönməz bir xalq olduğunu zənn edən imperiya tərkibinə qatdığıxalqlarla necə istəsə rəftar edə bilər düşüncəsinə öz azadlıq hayqırtıları ilənöqtə qoydu. Ulu şair də azadlıq və məslək etiqadına sığınaraq yazır ki, bəzəngözləntilərimiz yolda qalsa da, gözlənməyən yerdən köz çıxır. Şərin ağırlığı daheç kəsdə sübhə yaratmır. Ancaq bəzən şərdən də xeyir çıxır.

Şəkidə belə bir deyimvar, şər iş düşəndə deyərlər: "Sayası düşsün!"

Lal axan çayların altında yerdən

Qaynayan suları görmürük, fəqət.

Qirır qolundakı zanciri birdən

Yatmış bildiyimiz bir kölə millət.

Vaxtın axarında sular durulur,

Gerçək gül açanda solur riyalar.

Bir anın içində uçub məhv olur,

Yüzillik, minillik imperiyalar.

Bəxtiyar Vahabzadəninqanını və canını risqə ataraq böyük uzaqgörənliklə söylədikləri çox keçmədi ki,öz təsdiqinə qovuşdu. Yəni vaxtın axarında sular durulmağa başlayanda gerçəklərdə gül açdı, riyalar saralıb soldu-nəhayətdə 70 illik bir imperiya "yüzillik, min illik imperiyalar" kimi uçub dağılmaqla, məhvə məhkum oldu."Yatmış bildiyimiz bir kölə millət"in oyanışı ilə qollardakı zəncirlərqırıldı və bununla da sovet imperiyasının çöküşü başlandı.

Bu gün dağlardakı dumanın, çənin,

Sabah gül açması bir himə bənddir.

Bu gün təşəxxüslə "mən", "mən"deyənin

Sabahkı taleyi kimə bəllidir?

Birinci pillədə görmüşdünmü sən

Bu gün yetişdiyin pilləni, qardaş?

Təbrik eyləyirəm elə indidən

Sabahkı gün ilə mən səni, qardaş!

Bəxtiyar Vahabzadəazadlığın, istiqlalın gələcəyi anonsunu verməklə, Şirməmməd müəllimə"qardaş, qardaş" deyə xitab etməklə, "sənin ad günün" söyləməkləqazdan ayıq olan imperiya nökərlərini aldadaraq "sabahkı gün ilə"-yəniazad günlərin, azadlıq və müstəqilliyin gələcəyi gün münasibətilə həm dostunu,həm də xalqları (azadlıq uğrunda canlarını belə əsirgəməyənləri) təbrik edir.

Budur bu şeiri dəridən-qabıqdançıxaraq ciddi-cəhdlə əqidə və məslək qardaşına yazdıran Şirməmməd Hüseynovunuzaqgörənliyi, Bəxtiyar Vahabzadənin böyüklüyü, yenilməzliyi və bənzərsizliyi!

1986-cı ildə hələSSRİ-nin bütün gücü ilə çalıb-çapdığı, sorgusuz-sualsız işgəncə və yerindəcə məhvetməmaşınının tam xodu ilə işlədiyi bir dönəmdəonun dağılacağını düşünmək, xəyaldan keçirmək belə mümkünsüz olduğu qədər dəxülya idi.

Bəxtiyar müəllim isəbuna özü inanmaqla, özgələri də inandırır, "bir gün dağlardakı dumanın, çənin,sabah gül açması bir himə bənddir" söyləyir, bu təbiət hadisəsini cəmiyyətlərinüzərinə köçürür.

Üç gün sonra"Kommunist" qəzetində çap olunan bu şeiri oxuyan bir neçə həmfikri, ocümlədən yaxın dostları Nurəddin Rzayev və Xudu Məmmədov gülə-gülə böyük şairdənsoruşmuşlar:

"Şirməmməd müəllimdoğurdan da 17 dekabrda anadan olub, yoxsa bu da sənin növbətiqalxanındır?" (B.Vahabzadə "İstiqlal", 1999, səh. 68-70)

Doğurdan da 17 dekabrŞirməmməd Hüseynovun doğum günüdür. Bu da 1986-cı ilin 17 dekabrında baş vermişAlma-Ata hadisələrini qələmə almaq üçün böyük şairin söykəndiyi bəhanəolmuşdur.

Böyük Qazax şairiOljas Süleymenov B.Vahabzadənin "17 dekabr" şeiri və Azərbaycanziyalılarının qardaş qazax xalqı ilə həmrəyliyini alqışlayan xüsusi təşəkkür məktubugöndərmişdi. Məktubda deyilir: "Əziz müəllim! Qəzet vasitəsilə sizin məktubunuzu,uzaqgörən şeirinizi və Şirməmməd müəllimin ürəkdən gələn şərhini alıb oxuyanda çoxsevindim. Bütün bunlar mənə 87-ci ilin noyabrındakı görüşümüzü xatırlatdı:

"Biranın içində uçub məhv olur

Yüzillik, minillik imperiyalar".

Bu misralarınızı dəfələrlə təkrar oxudum. Qazax gənclərinin 1986-cıildəki məğzi etibarilə SSRİ-də ilk demokratik aksiya olan dekabr etirazlarının əhəmiyyətiniSovet İttifaqında heç bir şair belə ucadan və aydınlıqla deməmişdi.

O vaxtdan çox sularaxıb. Amma tarixi hadisələrin coşğunaxarında belə alnında "birincilik" nişanəsi olanlar itib-batmır. Beləhadisələrə 86-cı ilin dekabr Alma-Atası kimi, 90-cı il Bakının yanvarı daaiddir.

Ümid edirəm ki,zamanın bu axarında sevincli, zəfərli günlər də qabarıq görünəcək.

Bir daha sizi,yaxınlarınızı, Şirməmməd müəllimi bərk-bərk bağrıma basıram.

Oljas Süleymenov, İtaliya, Roma, may1999-cu il".

İndi dekabr hadisələrindən33 il keçir. Qazax xalqı kimi Azərbaycan xalqı da istiqlalına qovuşmuş, müstəqillikhəyatını yaşatmaqda, tarixi inkişafdadır.

Bir şeirin tarixçəsihaqqında söhbətimizə buradaca nöqtə qoymaq olardı. Ancaq söz-sənət adamlarının,şairlərimizin Şirməmməd Hüseynov şəxsiyyətinə olan sevgi, diqqət və marağını nəzərəalaraq, bir-iki məsələni də diqqətcil oxucuların nəzərinə çatdırmağı lazımbildim.

Əslən AğdamınSarıhacılı kəndindən olan, daha çox şair, publisist kimi tanınan Famil MehdiŞirməmməd Hüseynovun yüksək dəyər verdiyi tələbələrindən olub, onun təklifi iləuniversitetdə saxlanılıb. Şirməmməd müəllimin diqqət və qayğısı nəticəsindəelmlər doktoru, professor elmi dərəcələrinə yiyələnib. Sonralar isə bu müəllim -tələbə münasibətləri əqidə və məslək dostluğuna çevrilib.

Şirməmməd Hüseynov"Sıralarımızdan bir alim, bir sənət fədaisi də getdi" sərlövhəli məqaləsində("Günay" qəzeti, 4 noyabr, 2003) istəkli, istedadlı tələbəsi FamilMehdini xatırlayaraq yazırdı: "Mən isə ən istəkli, ən istedadlı əqidə və məsləkdostumu itirdim. F.Mehdini mən keçən əsrin 50-ci illərində tələbə ikən tanıdım.Həm də təkcə auditoriyada deyil, məcburi göndərdiyimiz pambıq yığımı zamanıtanıdım. Sadə, əməksevər, elmə, biliyə, öyrənməyə can atan, ləyaqət və mənliyinisaxlamağı bacaran, sözündə və əməlində bütöv, ən əsası isə vətənini, millətinisonsuz məhəbbətlə sevən, onun yolunda hər cür fədakarlığa hazır olan bir gənc fədaikimi tanıdım, sevdim. Həm də 50 illik bir müddət ərzində onu bu müqəddəs yoldan,amaldan bir an belə sapınan görmədim".

Tanıdığım və bildiyimqədərincə Şirməmməd müəllim heç vaxt kiməsə xoş gəlmək üçün havayı söz deməyib.Famil Mehdi haqqında da həmçinin. Bunu tək bircə fakt da təsdiq edir. FamilMehdi "Qurtar" adlı şeirində tanrı dərgahına üz tutaraq dilədikləriniəqidə və məsləkdaşı, sevimli müəllimi, "polad kimi sınmayan" insanŞirməmməd Hüseynovdan istəyir. Bu şeiri oxuyanda Şirməmməd müəllimin FamilMehdiyə, onun bədii yaradıcılığına və əzmkar fəaliyyətinə təsir etdiyiniduymamaq mümkün deyil. Bütün bunları da nəzərə alaraq "Yeni Müsavat"qəzetinin 17 fevral 2002-ci il tarixli 95 saylı nömrəsində dərc olunmuş həminşeiri də oxucuların diqqətinə təqdim edirəm.

Şirməmməd müəllimdemiş:"Maraqlananlar üçün faydasız olmaz".

QURTAR

Müəllimim, məsləkvə əqidə dostum professor

ŞirməmmədHüseynova

Tanrım,qurtar bizi, bu dərddən qurtar,

Dərdədərd calayan namərddən qurtar.

Qurtarquzuları qurdun əlindən,

Qurtardoğmaları yadın əlindən,

Qoymaşahmar ilan çala ceyranı,

Namərdkörpüsündən keçəni qurtar.

Aslanpəncəsindən bala ceyranı,

Quzğuncaynağından cücəni qurtar.

Qurtarki, qəssablar cərrahlaşmasın,

Cərrahlarçaşmasın cəlladlaşmasın.

Budünya şahiddir əzəldən bəri,

Dəryalarsöndürmür ürək bişəndə.

Başlayırzamanın qara günləri,

Adilərseçilib dahiləşəndə,

Dahilərkiçilib adiləşəndə.

İblismeydan açır mələk donunda

Qışyazı bəyənmir, yer göyü saymır.

Dilağızda yatmır, qılınc qınında,

Dargözün, kor gözün gözləri doymur.

Nəsirr yox bir ömrün macərasında.

Haraayaq bassa, orda dərd bitir,

Zalımçüncinayət məcəlləsində

Yalnızbir maddə var-əlli yeddidir.

Qurtarinsanları belələrindən,

Qurtaröz nəfsinin kölələrindən.

Daşyağdır göylərdən qafatasına,

Əliləaçdığı bazar dağılmır.

Oğulgələ bilmir ata yasına,

Qızıngöz yaşları məzara yağmır.

Pələngdə əriyər dar bir qəfəsdə,

Yarsanürəyində qoşa dağ olar.

Qılınclaraltında mərmilər üstdə,

Nəqədər, nə qədər yaşamaq olar?!

Yoxözgə güvəncim, arxam, dayağım,

Şəhər-dilim-dilim, kənd- bölük-bölük.

Yüzyerə, min yerə bölünən xalqın,

Qorxusuiçində özündən böyük.

Tanrım, qurtar bizi, bu dərddənqurtar,

Dərdədərd calayan namərddən qurtar.

Sənsən,yeri-göyü sənsən yaradan,

Qorubəxtimizi, taleyimizi.

Biziqurtarmasan sən bu bəladan,

Yeyibqurtararıq bir-birimizi.

2000-2001

Famil Mehdi

"YeniMüsavat" qəzeti,

17 fevral2002

Məncə, Şirməmməd müəllimdən dərs alan tələbəyə cəsarətdə, ləyaqət də, sevgi də yaraşır, sevilmək də, unudulmamaq da... Bir də ona görəki, onlar Şirməmməd Hüseynovun "Şinelin"dən çıxıblar.

Şirməmməd müəllimyuxarıda adını çəkdiyim məqaləsini belə tamamlayır:

"Famil Qarabağ həsrətilədünyadan köçdü. Qarabağ harayı onun varlığına hakim kəsilmişdi. Famili düşünərkənvaxtilə Əhməd bəy Ağayevin milli müqəddəslərimizdən Həsən bəy Zərdabinin dəfn mərasimindədediyi sözlər yadıma düşür: "Dünyadan cümləmiz böyləcə gedəcəyiz! Heç birşeyi aparmayacağız! Bizdən qalan fəqət o insanlıq, o öz millətimizə, öz taifəmizəvə ümuminsaniyyət qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bu qədərəziz və möhtərəm ediyor".

Millət fədaisi Famil Mehdi!Sənin ruhun bizim üçün həmişə əziz və möhtərəm olacaq".

"Günay" qəzeti, 40, 4/X.2003

Şirməmməd müəllimhaqqında yazan hər bir qələm sahibi nə qədər bədii təsvir və ifadə vasitələriişlətsələr də yenə də nə isə yaddan çıxıb qalmış olur. Onun müəllimliyi də,publisistikası da, mətnşünaslığı da, tədqiqatçı alim axtarışları da, əvəzsiz sələflərəxələfliyi də, vətən, millət, xalq sevgisi də,... bir böyük VƏTƏNDAŞ sözünəsığsa da onun ömrü, fasiləsiz və çox səmərəli 75 illik fəaliyyəti məqalələrtoplusuna, cild-cild kitablara sığan deyil. Bu söz adamı özü sözə sğıır, ancaqsöz onu özündə olduğu və göründüyü kimi aça bilmir və s.

Fikrimi həssasduyğular şairi Dəmir Gədəbəylinin bir şeiri ilə bitirirəm.

ALİMLƏR USTADI

(85 yaşlıustad Şirməmməd müəllimə)

Halaldan halalsan, təmizdən təmiz,

Bəllidir,milyonlar, yüzlər içində.

Vətənə,millətə eşqin bir dəniz,

Sözündə ucadır sözlər içində.

Mənimalim dostum, ustad qardaşım,

Mənalı,şərəfli bir yol keçmisən.

Yenilməzməsləkli könül sirdaşım,

Dəhşətdövranlarında düzlük seçmisən.

Xoşbəxtbağbanısan söz aləminin,

Kimdeyir gülündən dərən olmayıb.

Düzlükahəngindən öz aləminin,

Biryol döndüyünü görən olmayıb.

Müdrikbabaların yadigarısan,

Sənətçırağını gur yandırmısan.

Tarixidüz yazmaq deyildir asan,

Yazıbçoxlarını utandırmısan.

Qadirqələmində möcüzələr var,

Xalqınabağlısan cavanlığından.

Səninzəhmətinlə neçə sənətkar,

Çıxıbarxivlərin qaranlığından.

Bugün ad günündür, sevinir dostlar,

Alimustadısan, el ağsaqqalı.

Vallahgözəl deyib şair Bəxtiyar,

Hədərağartmadın, dostum saqqalı!.

Büllurməsləkinə heyran olduğum,

Vurgunamsəndəki əzmə, cürətə.

Şərəfliömründən ibrət aldığım,

Çoxdanqovuşmusan əbədiyyətə!

16.12.2009. Bakı

Səmimi şeirdir, on ilbundan əvvəl yazılıb. Şirməmməd müəllimin xarakterini, onun portretini yaradır.Söz təfəkkür işığında Şirməmməd Hüseynov ucalığını sərgiləməyə ciddi-cəhdlə səyedir.

Ramiz Orsər