adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Noyabr 2019 10:30
34570
ƏDƏBİYYAT

BİR SEVGİNİN ETİRAFI: FƏLSƏFƏSİNDƏ NƏ DAYANIR

(Şairə Kəmalənin "Məni bağışlama” şeirihaqqında düşüncələr)

Məniradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə qaytarır məni, ol­muşlarınhəsrətinə aparır və kövrəldir. Ötən əsrin 60-cı-80-ci illərinə. Kənd müəl­­limliyimdənBakıya gəlib aspiranturaya girmişdim, elmə və publisistikaya atıl­­­mış­dım.Şairlərlə, jurnalistlərlə, yazıçılarla, pedaqoqlarla yaxın ünsiyyətim ya­ran­­­mış­dı.Xüsusilə, gənc yazıçılarla. Redaksiyaya ("Azərbaycan müəllimi” qə­ze­tin­də ça­lışırdım,1976-1984), üzündə və saçlarında kənd koloritini saxlayan, iri ca­zi­­bəli göz­ləriləməftunedici təsir oyadan, xoş səsli bir gənc xanımla tanış oldum, de­­dilər ki,şeir yazır, müəllimədir, fizikadan dərs deyir 31 saylı tam orta məktəbdə. Ana­­sıPe­daqoji İnstitutunun dosentidir, tanıdım... Təvazökarlıq edib şeir oxumadı, hət­ta"mən şeir yazmıram” – dedi. Mənim üçün "yazmıram” feili kifayət etdi ki, şair­dir!Ya­nılmamışdım...

İllərkeçdi. İmzası müntəzəm göründü, bəstəkarlar onun sözlərinə mahnılar bəs­tələdilər.Və şeir kitabları işıq üzü gördü. Müəllim səriştəsilə də maraqlandım. Va­­­lideynlərvə pedaqoqlar bu gənc müəllimədən razılıq etdilər, bu səriştəsilə də se­vin­dim."Fiziklər və liriklər” adlı geniş məqalə çap etdirdim (70-ci illərdi). İlk mə­sə­­ləniortaya atdım, məndən 45-50 il sonra Milli Elmlər Akademiyası "ayıldı”, mən isəxatırlanmadım... Amma mən gənc şairə – müəllimə Kəmalə Abıyevanı, onun güclühisslə qələmə aldığı şeirlərindən süzülüb gələn lirikasını unutmadım. Qə­­­zetlərdəoxuyanda mənə gələn bir hiss də şairənin yaşadığı olmuşlara, ötənlərə və əlyetməyən nəsnələrə aşinalığıdır! Şeir dünəndir, "dünənin” xatirəsindən doğu­lanpoetik sızıltıdır. Şeir boş gurultu və tappıltı deyil, qulaq pərdəsinə güc gəlsin.Şeir ürəkdə qövr edən, pak sevgisini itirən sızıltıdır, amma ah – nalə dədeyil!

KəmaləAbıyevada poeziya ona görə canlıdır, misralar diridir, sözlər biçim­li­dir –şairin içindən gələn və bu daxili ahəngi enerjisi ilə oyadan bir nəsnədir. ŞeirKə­­malə üçün bir daha geri qayıtmayan taledir, hansı ki, tale ilə zarafat etməyəsən,özün­dən küsdürməyəsən. "Bağışla”, "Eh, bir yanılma idi” etirafları səndən üzdön­də­­rir. Mən A.Kəmalənin şeirlərində, düzü, sosial möhür axtarmamışam, naməlummə­murun ərköyünlüyünə gülməyini eşitməmişəm, acizanə şikayətini duymamı­şam,yoxsa o, məni bir oxucu kimi itirərdi. Mən isə şairənin "Məni bağışlama” şei­ri­niitirərdim. Nə gizlədim, şeiri ("Ədalət” qəzeti, 02.11.2019) payızın bir səhərça­ğın­­da sübh vaxtı oxudum. Təsadüfdənmi, bəxtimdənmi günəş dan yerində qərartut­­murdu, buludlar onun qabağını kəsmişdi, amma əbəs cəhd idi. Dünəninqayğıla­rın­­dan sıxılmamışdım, pəncərəmdən aydınca görünən yaşıl yarpaqlızeytun ağac­la­rı hələ oyanmamışdı, yarpaqlarını: nəvə – nəticələrini ağuşundaqoruyurdu. Bir az­­dan yan – yörəsində gizlənən tüstü axını yarpaqların gözləriniqamaşdıracaqdı. Mən isə Kəmalənin "Məni bağışlama” poetik yarpağınınpıçıltısını eşidirdim mis­ra-mis­ra və ürəyimdən keçirirdim ki, vacib idimi buşeiri oxuyum? Axı, qəzet səhi­fə­­­sində "Ba­ğışlaram”, "Külək saçlım”, "Nə qəribəhavadı”, "Getmə demədim”, "Son sev­gim­sən” şeirləri də yer alıb, onlar məgər sənintəştəni söndürməyəcək? Ca­­vabım birmənalı idi? Deyə bilmərəm! Ona görə ki, buyaşımda içimi silkələdi, hər şeyə tə­slim olmayan xatirələrimi "təslim etdi” vəçəkilib kənarda durdu. Ona gö­rə ki, pe­şiman-peşiman bir zaman içimdə doğulmuşvə ölmüş gənclik sevgimi ye­nidən qay­tarırdı?

Nə olsun ki, sənə "bağışla”dedim.

Nə olsun qayıtdım, əlindəntutdum,

Bağışlama məni, qurbanın olum,

Məni bağışlama, qoy çıxımgedim.

Baxma, sevgi dolu baxışlarınla

Mən sənin dünyanı yıxıb getmişəm.

Sən həsrət qaldığın baxışlarıma

Özgə bir həsrəti yığıb getmişəm.




Bu,etirafdırmı, Kəmalə xanım, yoxsa poetik qüdrətin çəkib gətirdiyi xül­ya­dır? Bəlkəheç biridir, sevən insanların son elegiyasıdır? Bu yozum da deyil. Mə­nim, onunhaçansa itirdiyi bir həsrətdir? Bəlkə bu, sevən bir insana məxsus enerji­dir –vaxtında yanmayanda, yaxud vaxtsız sönəndə kiçik bir təmasdan zamanı ça­ğı­­rıbgətirir. Bəlkə bu, yalnız sevənlərə xas ali müdriklikdir – üz çevirəndə ən əziz­lə­­diyinəbelə "Məni bağışlama” demək cəsarətinə gəlir. Mən indi də bilmirəm niyə "Mə­nibağışla” dedim və sanki yüngünləşdim, bu, düşündüyüm və özümə arxayın ol­­duğumpeşimançılıq idi. Kəmalə xanım isə qadın qəlbilə etiraf edir, kişilərdən ürə­­yinindaha dözümlü olduğuna inandırır. O, həssas duyumla itirilmiş sevginin ürək­­­dəölməmiş, ruhunu – canını heç vaxt tapşırmamış bir möcüzəsinə baş əyir. Se­­­­vənbirisi (kişi) təmasa – "əlindən tutmuşuq” fiziki oyanış kimi yanaşa bilər və bu­­­nasevginin ilk simptomları gözüylə yanaşırdı. Antik filosof Platonda belə nəva­zişhissiyyatın gözəlliyi kimi səciyyəlnir, dərk olunmağa səsləyir. Şərqdə isə hələmə­­­həbbət – sevgiyə çevrilməmiş vurğunluğun ilkin əlamətləri nəzərəçarpır; əldən tut­ma oğlanda (kişidə) zahiri gözəlliyin cizgiləri birbaşa şüura– yaddaşa ötürülür və hissiyyata çevrilir. Təbii ki, bu fenomenal nəsnə həyata əksərənkeçirilmir, ya ki­­­şi, ya da qadın tərəfindən və bu, həsrətdə toxdayır. Şairlərdə(Kəmalə xanım da is­­­tisna deyil) həsrət anlamı poetik obrazı özündə ehtivaedir, mənəvi yaşantı olaraq ma­d­diləşir. Şair neçə-neçə illərdən sonra bumövzuya təsadüfi qayıtmır, keçmiş sev­­ginin oyanışı təsiri altında da olur,yaxud bir təsadüfi rastlaşma zamanı da. İkin­ci­də,şeir daha həzin, kövrək və kədər bağışlayır; müəllifə də, oxucuyada! Bu "rast­­laşma” – mən bu cür düşünürəm: Şairə Kəmalə xanım şeirinyaranması fakto­run­­dan belə unikal şeiri yaza bilmişdir, keçmişlə indisinin xəyalimüşahidəsində:

Sənin üzündəki qəmin izləri,

Mənim üzümdəki qəmdən dərindi.

Ağarmış saçların, nəmli gözlərin

Qatili olduğum ayın – ilindi.

Bəlkəbu etiraf deyil, itirilmiş sevginin – mənəvi cinayətin atributudur, bunu hərqadın şairə ümumiləşdirmək səlahiyyətinə, daha doğrusu, cəsarətinə malik ol­mur.Şeirin cövhərində sadəcə lirik təəssürat, içimizi göynədən pafos – poetik eh­ti­rasdayan­mır, sevən tərəflərin münasibətlərindəki fiziki görüm və ruh. Bir sev­gida­şı­yı­cı­sı­nın (oğlanın) zövqü və cinsi instikti üz-üzə gəlir və şairin fəlsəfitəsəv­vü­rün­də poe­tik­ləşir. Birincitərəf oğlan impressiv – təəssüratoyadıcı olur. İkinci tə­rəf – qız on­dan xəbərsiz yaşlaşmış, saçları ağarmış,sevgisinə biganə qalmamış qey­ri gü­­nahka­rın qarşısında özünü təmizəçıxarmağı belə bacarmır. Müəllifin qəlb ge­­niş­li­­yi­ni, həs­rətə bələnmişsevgiyə verdiyi ən ülvi qiyməti duymaya bilmərik. Şair bu­nun­la özü­nü sığortaetsəydi nəyi xatırladardı: emosionallığı, yoxsa in­tel­lek­tual­lığı? Kiçik ha­şiyə: itirilmiş sevgi (bu,onun taleyidir) iki canla, obyektin – tərəf – mü­qa­bil­­lərin bir­ləşməsini –simbioz münasibətini şərtləndirir, necə ki, şairlə (ümu­­miy­yət­lə, ya­ra­dıcışəxslərlə) şeir, (poeziya) arasındakı sevgi bənzəyişi, ox­şar­lı­­ğı möv­cud­dur.Şai­rənin təxəyyülündə "Məni bağışla” təsadüfdən doğulmamışdır – mo­tiv­ləş­mişdir,bu, psixoloji anların hesabınadır. Psixoloq Leon Edel yazırdı ki: "Ədə­­biy­yatla(şeirlə – A.E.) psixologiya ortaq zəmində yüksəlir, ikisi də insan mo­tiv­lə­ri­lə,dav­ra­nışları ilə bağlıdır, birinin nifrətilə ayrılmasının, digərinin sevgiləbirləş­mə­sini in­cə­ləyir”. Şairin hər iki amili nəzərdə tutması belə, əzəmimisraları ürəyin­də bəs­lə­yib intellektinə ötürə bilməz, bunu yalnız ilhamıoturuşmuş şairlər yaradar. Be­lə bir priz­madan bircə şeiri lap "Mənibağışlama”nı necə hasilə gətirmək olar? Təsəvvür et­mirəm ki, mən oxucu olaraqşeiri ruhumun çağırışında yaşamağı ba­car­mı­şam. Kə­maləxanımın o hissləri var – poeziyanın ilahi pıçıltısında yazdığına mö­cü­zə ki­mibaxdım:

Ömründə yer vermə, indi sən məni

Ölən arzuların qoy arasına.

Mənim öz dünyam var qoy çıxımgedim,

Gedim xəyalların xarabasına.

Buobrazlar assosiativ çevrilmələr, sözlərin zərif ucundan sızan bənzət­mə­lər –daha nələr – şairə – müəllifə həm nicat, həm də həsrət hissi bağışlayıb ayaqsax­­la­ma­mışdır. Belə məqamlarda gizlin deyil, qadın şairələrdə ovqat – əhval– ru­hiy­yə sev­gi həsrətini özündə ehtiva edir, hətta onu reallıqdanuzaqlaşdırıb "xə­yal­la­rın xa­ra­balığına” aparır. Çünki qadın şairlər şeirəköklənərkən sevgi (bu, poezi­ya­ya aid­dir) hissindən asılı olur, elə bir əsəryaranır ki, oxucunun məmnunluq payına dü­şür. Unut­mayaq ki, şair qadınlaryaradıcı enerjinin səfasını görür: meyl, ovqat azad­­dır­sa, hələki onun poetikməhvərindən uzaqlaşmayıbsan, ürəyində doğulan və ye­nidən oya­nan sevgisiqarşısında "köhnə yaraları” təzələmək istəmirsən. Poetik ener­ji­si şeiri duy­ğulardaifadə edir.

Bağışlama məni, başına dönüm,

Bir də bu yaralar köz bağlamaz ki.

Qoy öz günahımın oduna yanım,

Cəzam günahımdan ağır olmaz ki...

Bu poetik etirazdır iki sevən arasında, tərəflərdən kimsə nəsəbəbdənsə (yu­xa­rıda vurğulamışdım) birgə ömür yolunu keçmək istəməmişdir,görünür, iqtidarı, ya­xud iradəsi çatmaqdan qorxmuşdur, özünü fədaya rəva görməmişdir,yaxud hazır ol­mamışdır. Lev Tolstoyun "Anna Karenina”dakı Anna – Vronski və"Levin – Ki­ti” xətlərini xatırlayaq. Oxucu dərhal təsəvvürünə gətirir cütlüyünaxıracan get­mə­yin məsuliyyətini – hətta həqiqi sevgi olsa belə. Birincixətdə həzin hissin fiziki mə­həbbətə xidmətini, ikinci xətdə məhəbbətdəvalideynlik məsuliyyətinin idrakı. "Mə­ni bağışlama” deyərkən sevən tərəfin səmimiyyətinəoxucu inanır, peşiman­çı­lı­ğından çəkinir, daha o çağlar, o günlər... arxadaqalmamışdır, bəlkə də o ehtiras­lar sönmüşdür!

Sevib qovuşmayanlar da yaşın artımında həyatın qayğıları iləəhatə olun­muş­lar, o vaxt bir-birini anlamamışlar, bu günsə varlıqlarını saranmüəmmalı bir his­­sin baş qaldırmasını istəmirlər, əslində, heç də müəmmalıdeyil, maddiləşməmiş mü­nasibətlərin harmoniyasıdır ki, ölməmişdir,yaşamaqdadır. Halbuki, bir zaman qey­ri – rəsmi cütlər mənəvi – sosial münasibətlərinqiymətini ölçüb-biçməmişlər, la­kin fiziki və mənəvi dəyərlərini qorumuşlar,qadın tərəf şahlığından düşmə­miş­dir. Şairə Kəmalənin poetik hünəridir, – desəmyanılmaram!

"Məni bağışlama” şei­ri­nin son misralarını oxumaq istəmədim– bilərəkdən, onu da kəsdirmədim səbəbi nə­dir? Dü­zü, şeirin təsirilə təhtəlşüur"qatına” düş­müş­düm, bir yandan da günəş sübh­dən ara­lanmışdı, şəfəqlərizeytun ağaclarının yar­paq­larını dəlib budaqlardan torpağa sü­zülürdü. Açıq pəncərədənsəmanın buludsuz azadlığını görürdüm, bu isə mə­ni şei­rin təsirindən azad etdivə inandırdı ki.

Ömrün baharı qarlı-qış oldu,

Bir də o bahara dönə bilmərik.

Bağışlama məni, qurbanın olum,

Biz xoşbəxt hekayə yaza bilmədik.

Peşimanlamadım: şeirin poetik ruhu təbiətlə ahəng yaradırdı,itmiş sevgi qış ov­qatında qalmışdı, əli bahara çatmırdı. Qarşıda isə yaz gəlirdi,beləcə fəsillər bir-bi­rini əvəz edir, təzələnir. Sevgisə... Təzələnmir. Nəyaxşı belədir, yoxsa "Məni ba­ğış­lama” şeiri qələmə gəlməzdi, poeziya isəyalnız itirərdi! Kim axtaracaqdı onu: Kə­malə xanım Abıyeva, yoxsa bir oxucu?!Kim belə bir möcüzəli poetik hekayəni ya­­zacaqdı?! Bu cür şeiri ilahidən payolan, yaradıcılığına hörmətlə yanaşan şairə xa­nım Kəmalə yarada bilərdi.

Yaradıcılıqmürəkkəb və dolanbac işin son mərhələsi, dağınıq, səpələnmiş fi­kirlərin,ideyaların, dəlillərin bir-birini bağlayan nostalji hisslərin əks-sədasıdır.

09.11.2019