adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2019 16:04
12942
ƏDƏBİYYAT

Bir poemanın fəlsəfi yükü

Azərbaycanpoeziyasında öz fərdi üslubunu yaradan, insan ruhunun ilahiliklə birləşməsinin poetikmissiyasını önə çəkən, yaradıcılığında adekvatlığı (affektivliyi) müsbət emosionaltəəssüratların güclü və davamlılığı kompleksini leytmativə çevirən şair Yusif Həsənbəyinyeni bir əsəri – «Siziflərin qiyamı» poeması mənə belə bir haşiyəyə çıxmaq ehtiyacınıdoğurdu. Yüz illərlə davam edən erməni-Azərbaycan münaqişəsi istənilən sayda bədiiəsərlərə mövzu vermişdir, o cümlədən poeziyaya. Şairlər öz sosial-bədii dünyagörüşlərisəviyyəsində problemin gedişinə yanaşmışlar. Yusif Həsənbəy tamam başqa bir yandan:fuqurantlığa, empirizmə, pafosa yaxın durmadan fəlsəfi əsər qələmə almışdır. Məncə,poeziyada fəlsəfəçiliyi terminaloji şüurda axtarmaq yox, əsərin ümumi ruhunda görməkdaha məqsədəuyğundur.

Mənimşair Yusif Həsənbəy poeziyasına müraciətim ikinci dəfədir – fərqli rakurslardan.Və istər-istəməz bəzi suallara cavab axtarmalı oldum – fikrimi az-çox əsaslandırım:

İnsandaİdrak nəyə qadirdir və harada uduzur? İdrakhər bir hərəkətin meyarı rolunu oynamağa qadirdimi? İslam təlimində hansı dini qıcıqlandırır?

Bu«triada»nın mahiyyətində təbii və qeyri-iradi instinktlər mövcuddur: hansı ki, buinstinktlər insan şüurunu ifadə edir: «sağa» və «sola», «xeyirə» və «şərə», «fəzilətə»və «fəsada». «Sağlar» insanı daha artıq çalışmağa, faydalı iş görməyə, körpələrinrahat böyüməsinə yönəldir. «Sollar» insanı ölümə, fəlakətə, bədbinliyə istiqamətləndirir.

MüəllifinAllaha tez-tez müraciəti bir millətin (xalqın) acizliyi kimi səslənmir, əksinə,Allah insanın mövcudluğunu və yaşayışını öhdəsinə götürmüşsə, cızığından kənaraçıxan bəndələrini düz yola gətirməyə də cavabdehlik daşıyır. Hər iki fərqlilik İdrakınməhsuludur. Əgər o insan kütləsi – millətdirsə, bu statusa malikdirsə, xeyirxahişləri həyata keçirmək üçün bütöv sistem vermişdir; bu, ağıl (idrak), güc (qüvvət)və iradədir (dözüm). Elə xalq (millət) var ki, bu «üç» dənə yaxşıya doğru inkişafedir, yüksəlir. Elə xalq (millət) da mövcuddur bu «üç»dən məhrumdur. Bu, erməni-daşnakpsixologiyasına heyvani hərəkətə rəvac verir, çünki onların İdraka sahib olan içərisindəkiləri:ideoloqları, yazarları və düşünənləri üçün qan tökmək, boş xəyalpərəstlik «çəpərədaş atmaq» və sair qeyri-insani davranışların adiləşmişdir – əsrlərdən üzü bəri!Bunun nəticəsində qeyri-iradi hərəkətləri üzə çıxır, insani həyat qüvvəsi heyvanihəyatdan fərqlənmir.

Partlayanhər qumbara

Birdərya oyuq!

Həroyuq cəsədlərlə dolu

Birdaş məzar, bir daş qoyaq!

Güllələrinsırası qırmızı

Hellogençubuqlarıydı sanki…

Vəməndə qənaətə gəlməyə heç bir şübhə yeri qalmır ki, insan iki həyatını yaşayır:qeyri-adi, amma normal həyatdır və canlılara (heyvanlara) məxsus xüsusiyyətləriözündə ehtiva edən bir sürü «seçilmiş»lərdir, idraka əsaslanmayan qeyri-insanilikdir– o ali məqama, o yüksək mərtəbəyə yüksəlməkdən məhrumdur. Vaxtilə İmam Əli ibnƏbi Talib (ə) buyurmuşdu ki, insan öz ağılı sayəsində insandır.

Demək,ağılını itirən bir millət varlığını da itirmək təhlükəsində qalır; yoxsa:

QarabağınXan kəndində,

«Daşnak»ınbir damcısı

Alınınçəpərinə bir daş atdı!

Çiyninəsəpələnmiş saçları

Xarlanmışgümüş,

Üz-gözüarmud qaxı kimi büzüşmüş

Alıkişi dinmədi –

Cinatına minmədi!

Haşiyəçıxmağa və düşünməyə dəyər ki, Alı kişilərimiz o qədər susdular, insani hisslərinəsığındılar – erməni daşnakları üstümüzə yeridilər, çün bizlər «Lenin tərbiyəsi görmüşhumanistlər» olmuşuq. Bu azmış kimi, ermənilər qızışanda bəzi başbilənlərimiz,«ev-ev gəzib quş tüfənglərini», hətta «Novruz» gecələrini nurlandıran bayram fişənglərini,uzaqdan tapançaya oxşadılan paslı çıraqları yığışdırmaq əmri verdilər. Belə ki:

Oraqları da yığıb,Sovetliyin həyətində

Bir tonqal qatdılar.

Amma daş atanlar budəfə

Lülələrin, güllələrinucunda

Daş atmadılar, yox.

Kopa-kopa, bomba-bomba

Atəş açıb Şuşanındivarlarını partlatdılar.

Anamızı ağlatdılar!

Şair Yusif Həsənbəypoetik deyimində anladır ki, insan(lıq) öz idrakı və qavrayışı ilə insandır, instinktləriilə yox. Əgər bu təbiətinə sadiqdirsə (daşnak xarakterli) heyvandır. İnsanın ənüstün cəhətlərindən biri də ağılına və idrakına əsaslanan əməlidir. Bu yoxsa, tarixənə zor gələ bilər, nə də dəyişdirə bilər! Mənsub olduğu din faktorunu əlində bayraqedən millətin taleyi fənaya uğramış olar.

«Siziflərin qiyamı»poemasında bir mətləbə işıq salmaq məqsədəuyğundur; bu, əsasən Qərb ideoloqlarınhakimiyyət hərisliyi ilə əlaqədar problemdir: məsələ belə açıq qoyulmur və YusifHəsənbəy poema yazmışdır, poeziyanın tələblərini gözləmişdir.

Hakimiyyət psixologiyasıQərbdən (Avropadan) qaynaqlanırsa, erməni ideoloqlarının ovqatına haradansa təbiibaxmağa dəyər, ona görə ki, onlar heç bir zamanda, dövrdə, erada Qafqazda yaşamamışlar,Şərqin intiqamını görməmişlər, bu hissi keçirməmişlər və tarixən qoltuqaltını sevmişlər;sübuta ehtiyac yoxdur. Lakin hakimiyyət hərisliyi, başqa dövlətin, xalqın torpağınızəbt etməyin fəsadları azadlığın yolunu kəsmişdir, bu məsələdə sadəlövh düşünməksəhvdir. Məşhur fransız ədəbiyyatşünası, strukturalizmin tanınmış nümayəndəsi RolanBart (1915-1981) yazmışdır ki, bu gün sadəlövh adamlar hakimiyyət mövzusundan çoxdanışırlar: bir tərəfdən əlində hər cür hakimiyyətolanlar, digər yandan isə əli ona çatmayanlar bu fikri öz gündəlik hərəkətləriləifadə etməkdən belə utanmırlar.

Hakimiyyət həm dəideoloji hadisədir, sosial yalanın ən incə mexanizminə yuvarlanmaqdır. Bu fikirbaşqa formada, incə poetik deyimdə erməni vəhşətini, qeyri-əxlaqi davranışını əksetdirir. Belə bir rakursdan poeziya istəniləni, güman ediləni, arzu olunanı təsvirgücünə malikdir və hansı səmtə vurnuxsa da insan faktorundan kənara çıxmamalıdır,çünki şair insan (oxucu) üçün yazır, onun estetik zövqünü nəzərə alır. Poeziyanındili («Siziflərin qiyamı» da istisna deyil) bütövlükdə həyatın ekzistensial təsviriüçün ideal vasitə sayılır. Filosof, yazıçı J.P.Sartr yazırdı ki, hərçənd, ədəbiyyatbir şeydir, əxlaq isə başqa bir şeydir; bununla belə estetik imperiativliyi əxlaqiimperativlikdən fərqləndirir.

Poemada heç də bədbinruh axtarmağa ehtiyac görmədim geniş masştabda. Çünki erməni xislətinin mahiyyətiəsrlərlə bəllidir: oğurluq, böhtan, zarımaqla qoparmaq, öz yurd-yuvası olmadığıhalda başqa məkana göz tikmək. Şair Yusif Həsənbəy müasir silahlarla silahlananerməni vəhşiliklərinin hərəkətini təsvir etməklə əyaniləşdirir və əxlaqa səsləyir.Erməni pilotu təyyarəyə qalxır, məqsədi bəllidir:

Pilot baxmadı aşağıdaçığırışanlara

Böyükdü, yoxsa uşaqdı.

Bir bomba vıyıldadı,

Məktəb səmasında şimşəklərçaxdı.

Az sonra çərçivələriyanmış pəncərələr

Gözlərinə qara eynəklərtaxdı.

Neçə-neçə «füqas»düşdü –

Dalğası dağıdıcı rəqqasdüşdü –

Məscidə – Allah evinə!

Əgər bir millət özsiyasəti müqabilində Allah evini bombalayırsa, günahsız körpələri, məktəbləri yandırırsahansı bədbinlikdən söz açaq, pessimizmə qapılaq, «bədbin hiss» keçirək, bombalananağacların, uşaqların qədri bilinmirsə, o xalq başından dırnağınacan faciəli xislətdirsə…fəlsəfi baxımından bu hərəkəti idrak edəndə ermənilərin Qarabağa soxulması, «Böyükermənistan» iddiası və sair fəlakətlərin «ağılın şişirdilməsi»nin (hipertrofiya)ayağına yazmamaq mümkünsüzdür. Onlar «işğalçılıqvirusu»na tutulmuşlardır. Onlar daha dərin böhrana yaxınlaşdıqlarını az sonra başadüşəcəklər! Anlayacaqlarmı? Mübaliğəsiz deyərdim ki, şair Yusif Həsənbəy öz poetikfəlsəfəsində «ağılın repressivliyi» ideyasını real tarixi şərait kontekstində görür,hansı səbəbdənsə, hansı subyektiv niyyətindənsə «özgələşmənin» faciəsini sezdirir;bu isə ağılın antixrisliyidir – xalqın məhvini şərtləndirir. Dəhşət ondadır, daşnaklarmaariflənməkdən çox-çox uzaqda dayanırlar, dünyanın rassionallaşmasında emosiyayaüstünlük verirlər. Bu, dönüklük deyilmi, ibtidai mifoloji şüur səviyyəsinə enməkdeyilmi? Ağılın «senzurası»nı itirmək deyilmi?

..Bir körpənin dəfnolunduğu bir anda

Titrəyir torpaq.

Daşların arasından

Sıçrayır bir zanbaq.

Ah! Nə əcəb, nə gözəldi,İlahi!

Dəfn olunan o körpəindən belə

Zanbaq ömrü yaşayacaq!

Kəpənəklər yuyunacaqşehlərində

Arılar ləçəklərindən

Bal şəhdi daşıyacaq!

Bax, şairin nikbinliyi!Və:

Dünya sabahdı!

Dünya Allahdı!

çağırışı və inamı?(Mən poetik əlvanlığı, obrazlılığı, fikrin çevikliyini vurğulamaya bilməzdim).

«Siziflərin qiyamı»poemasını erməni-azəri-türk kontekstindən (reallıqdır) daha geniş bədii-sosial müstəvidənçıxarmaq istərdim. Bəşəri fəlakətlər, adətən, adi bir münaqişədən, qətldən törəyir(bu, təbii ki, bəhanədir), zəmanət vermək olarmı sabah Dünya müharibəsi başlamayabilər? Ona görə də «ağılın repressivliyi»nə gəldikdə Z.Freydə görə, insanın tarixi-onunsıxılması (boğulması) tarixidir, unutmamalı insan yalnız sosial varlıq deyil, eynizamanda mövcudluğunun ayrı-ayrı tərəflərindən əlavə instinktiv davranışına xidmətedir, bu aqressivlik insanlığa qarşı yönəldilməməlidir.

Poemada Allaha müraciətinməntiqində bəzi nüansları proqnozlaşdırmaq olar, gözəgörünməz Tanrını iki yollaidrak edə bilərik: qəlbən, fitri hisslərlə, ağıl və dəlillərlə! Birinci, əlbəttə,daxili hisslərlə, ruhla bağlıdır, ikinci idrakla. İslamiyyətin fəlsəfəsində maraqhissi, xeyirxahlıq hissi, gözəllik hissi və dini hiss dayanır. Göründüyü kimi, bəşərisəciyyəlidir və bu hisslərin leytmotivində əxlaq durur, insan fəzilətlə, ruhu iləyaşamalıdır. Xoş davranış və təmənnasız səxavət fitri olmalıdır. Bu dəyərlər hansımillətdə yoxsa «olum» və «ölüm»də ikincini seçir. Ermənilərin tarix boyu müsəlmanlaraqarşı aqressivliyi dinlərin bəşəriliyini – sekulyarizasiyalığını kölgə altına salır.Erməni ideoloqları – başçıları anlamaq istəmirlər ki, «fitrilik» insana, «təbiilik»heyvanlara xasdır. Lakin heyvanlarda müsbət şeylər yox deyil. Arılar (bal arısı)güllərin şirəsini çəkmək, altı guşəli yuva qurmaq missiyasını yerinə yetirir vəinsanlara bol məhsul verirlər.

Erməni daşnak psixologiyalılarisə insanın fövqəltəbii amilinə mənfi münasibət bəsləmişlər, dini hisslərini millətlərarasında həyatdan ayırmağa çalışmışlar, hər yeni nəsildə bu hiss aşılamışlar, «ayaqyeri» belə qoymamışlar. «Qaranlıq səhifələri» ört-basdır etmişlər. Ona görə də millimədəniyyətləri mantaj yolu ilə yaranmışdır, bu gün oğurluq əlini bizim milli-mədənidəyərlərimizi özlərinə çıxmaqla məşğuldurlar.

İstedadlı, hələ dəlazımi haqqını almayan şair Yusif Həsənbəyin «Siziflərin qiyamı poeması son on ilinən yaxşı, poetik ovqatla fəlsəfi fikrin qovuşması kontekstində dədə-baba torpaqlarımızaillərdən bəri göz dikmiş erməni daşnakların, şovinistlərin, böhtançıların psixologiyasından,xarakterindən bəhs edən fundamental əsərdir. Müəllif oxunaqlılıq xətrinə lirik ricətlərə,həzin mənzərələrə, analoji dialoqlara yol verməmişdir. Lakin Y.Həsənbəyin özünəxas poetik dilin çoxmənalılığı, simvolik səciyyəliliyi orijinaldır. Zəruri bir mövzununtəsvirində ifadə aydınlığı ideyanın kifayət qədər dərin, emosional səslənməsinişərtləndirir. Elə detallar var psixologizm əhvalı yaradır, düşünməyə bilmirsən:

Göydə uçan bir qaranquşdaş

kimi düşdü yerə.

Quşun nəfəsini kəsmişdi

Qocanın nəşindən qalxan

Qaynar qanlı buxar!

Dolan bulud boşalacaq–

O buludun hər çiçəyiodlu

qurğuşun olacaq!

Poemada bəşəri çağırışmotivlərində həqiqətən, Sizif qəzəbi səslənir, qiyama çağırış hayqırtısı eşidilir.Axı nə qədər haqsızlığını ortaya qoyub günahsız insan qırğınları törətmək olar!Tarixən olub, lakin. Həqiqət öz yerini tutub, bu məqamda şairin haraya bizi çağırırki:

Ey yağılar!

Ey dığalar!

Ətəyinizdən töküno mərmi daşları,

Neronlar, Sezarlarbata bilməyib

Sizif qullara.

Uzaqda deyil «əsəbləridaş-daş mişar Siziflər»in qiyamı. Xatırladır şair:

Tikanlı məftillərəsarıldılar

Çəkildilər!

Qopardılar beton dirəkləriözülündən.

Sizif Spartaklar,

Uçuldu hasar!

Bax, beləcə intiqamhissi qiyama çevrilir, ürək-ürəyə, kürək-kürəyə söykənəndə. İnsanlar birləşəndə«dağ bədənlər» qiyamında qələbə qazanır, «Baş bir yana, leş bir yana dağılır» -Koroğlunun igidləri də belə etmişdi!

Yusif Həsənbəyin obrazıAlı kişinin çəpərinə daş və bomba atanların aqibəti necə ola bilərdi? Poema «bədbinruh»la yox, nikbin ovqatla oxucu ilə vidalaşır. Budur, «Siziflərin» qiyam fəlsəfəsininmahiyyəti, sonuclanır.

Alı kişini gülüncəqoyan

O qansız zabitin

Ayaqlarından yanlaraçəkib

Böldülər ikiyə!

Düşərgə bürcündə titrəyənbayrağı da

Döndərdilər ayaqaltısilgiyə.

08.05.2019.