adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2019 14:47
16942
ƏDƏBİYYAT

BİR ÖMRƏ ÜÇ UĞURLU İNSAN TALEYİNİ SIĞIŞDIRAN ALİM

Bu vəfasızömür, bu coşğun dərə

Gərəkboş-boşuna axıb getməsin!

Bu gözəlcahanı sanıb pəncərə,

Hər gələnsadəcə baxıb keçməsin!

Mikayıl Müşfiq

Bizim çox vaxt özümüzə bağışlaya bilmədiyimizən böyük nöqsanımız insanlara fərdi yanaşa bilməməyimizdir. Bəzən bir dahi iləuzun illər yanaşı yaşayır, amma onun bu misilsiz özəllikləri barədə başqalarından eşidir, hətta buna təəccüblənirik.Bəzən isə həmin şəxsiyyətin parlaqdühasının fərqinə varanda çox gec olur...Bu məqamda mərhum şairimiz Cabir Novruzun dərin yanğı ilədilə gətirdiyi -"Bir sözüm var ay adamlar, sağ olanda qiymət verininsanlara " şerindəki acı həqiqət yada düşür. Sevimli şairimizin buçağırışı nə yaxşı ki, bəzən gec də olsa gerçəkləşir, sağlığında Azərbaycan mədəniyyətinə,elminə böyük töhvələr verən dəyərli insanlar haqqında kitablar yazılır,telekanallarda onlar barədə sanballı verilişlər təşkil edilir, onların xidmətlərixalqa tanıtdırılır. Bunlar dahilərimizin əməyinin tam şəkildə qarşılığınınverilməsi anlamına gəlməsə də, insan sağ ikən fəaliyyətinə verilən qiymətə sevinir, daha yaxşı çalışmaq,yaşayıb yaratmağa ruhlanır. Şair Əbülfət Mədətoğlunun sözləri ilə desək, qələm əhlininərsəyə gətirdiyi hər əsər onun üçün bir təsəllidir. Bu təsəlli az da olsa onastimul verir və unudulmayacağına,yaddaşlarda yaşayacağına inam təlqinedir.

Qarşımdakı yüksək zövqlə tərtibedilmiş, 6 il bundan əvvəl dərc edilmiş "Tanınmış filosof, ekoloq vəsosioloq Sakit Hüseynov-65" adlanan kitabı vərəqlədikcə gözlərim önündəgörkəmli alimin geridə qalan həyat yolu canlanır. Zəngin mənəvi dəyərləri bir insan ömrünəsığdıran görkəmli alimin çoxaspektli fəaliyyəti onun yaradıcılığınınkamilliyindən, müdrik alimin Azərbaycan elminə verdiyi misilsiz töhvədən xəbərverir. Alim haqda illər əvvəl yazılmışbu kitab onun həyatını və elmi fəaliyyətini tam əhatə edir. Bu gün ömrünün 71-ci baharınıyaşayan, şəxsiyyətinə dərin hörmət bəslədiyim Sakit müəllim haqda düşüncələrimkitabda əks olunan fikirlərlə demək olar ki, üst-üstə düşür. Bu nəşrdə Sakit müəlliməhəsr olunmuş məqalələr, onun elmi əsərlərinə dair rəylər, müsahibələr verilib.Görkəmli alim Sakit Hüseynovu tanıyanlar, dostları, həmkarları, respublikanın məşhuralimləri, ziyalıları öz fərdi düşüncələrində , ürək sözlərində dostluq və həmkarlıqəlaqələrini dilə gətirərək Sakit müəllimin savadı, biliyi, intellektüstünlüyünü vurğulamaqla yanaşı, onunsadəliyi, təvazökarlığı, dəqiqliyi, insanpərvərliyi, xeyirxahlığı və digər nəcibcəhətlərindən də geniş söz açıblar vəbu insanı tanımaq, onunla dost olmaqonların şəxsində qürurverici hal kimi dəyərləndirilib. Həmkarlarından birininyazısında qeyd elədiyi "alim olmaqasan, adam olmaq çətin " sözləri alimliyin də asan olmadığını, lakininsanlığın daha üstün tutulduğunu göstərir və hər zaman mənəvi zənginliyinalimlikdən öndə gələn dəyər kimi qəbul olunduğunu göstərir. Sakit Hüseynovlaheç vaxt yolları kəsişməyən, onu görüb tanımayan sadə bir insan belə kitabıoxusa bu nəticəyə gələr ki, görkəmli alimin çoxaspektli fəaliyyəti ziyalıömrünün kamilliyindən, onun Azərbaycan elminə verdiyi töhvələrdən xəbər verir.

AzərbaycanMilli Elmlər Akademiyası -Fəlsəfə İnstitutu Davamlı İnkişafın fəlsəfə şöbəsininmüdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov bir neçə ağır yükü, çətin sənəti öz üzərinə məharətlə götürə bilən və bir ömrəüç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdandır: filosof, ekoloq vəsosioloq.

Yerliçilik, regionçuluq kimi zərərli vərdişlərdənhəmişə uzaq duran, köməyini heç kəsdən əsirgəməyən,insanlara təmənnasız yardım göstərən, istedadlı gənclərə dəstək olub onlara yolaçan sadə bir insandır Sakit müəllim.Elmlər Akademiyasının uzun dəhlizlərində onunla gəzişərkən etdiyimizsöhbətlər o qədər maraqlı keçirdi ki, vaxtın necə ötdüyünü belə hiss etmirdik. Amma bu söhbətlər zamanı diqqətimdən bir məqamda yayınmadı. Belə ki, əksəriyyəti gənclərdənibarət olan əməkdaşlar tez-tez ona yaxınlaşıb böyük ehtiramla salamlaşır, ona müxtəlifsuallarla müraciət edirdilər. Bu, böyük şəxsiyyətə, dəyərli alimə olansonsuz sevginin göstəricisi idi.

Sakitmüəllim 1948-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində dünyaya göz açıb. Bu kəndinyetirmələri arasında xoş sorağı ölkə hüdudlarını aşan neçə-neçə görkəmli alim,tanınmış ictimai xadim, dövlət məmuru olub. Həmin məşhur şəxsiyyətlərdənikisinin adını xüsusi qeyd etmək istəyirəm. Hüquq elmləri doktoru, polispolkovniki , ali məktəblər üçün nəzərdə tutulan bir neçə dərs kitabları müəllifiEtibar Əliyev və Sakit Hüseynovu daha yaxından tanıdığım üçün onlar haqda ətraflısöz açmaq istədim.

Qısahaşiyə:

Əsil-nəcabətli, qədim və böyük bir nəslinnümayəndəsi, qəlbimə yaxın bir insan olan Etibar Hacı Əli oğlu Əliyevi heç vaxtunutmuram. Adı həmişə yüksək hörmət vəehtiramla çəkilən, Qarabağ müharibəsi veteranı, dövlət təqaüdçüsü Etibar Əliyevvəzifədə işlədiyi illərdə yaradıcı insanlara maddi-mənəvi dəstəyini əsirgəməyənvə sadəliyi ilə insanların sevgisini qazanan bir adam olub. Məni 2001-ci ildəSakit müəllimlə tanış edən də məhz Etibar Əliyev olub. Ömrünün 62-ci baharınıyaşayan əziz və hörmətli dostum Etibar müəllimə Allahın ona verdiyi ömrü sağlambaşa vurmağı arzu edirəm. Yaxşı yadımdadır, 2004-cü ildə Etibar Əliyevin təşəbbüsüilə Ocaqlı kəndinin keçmişi və bu günü haqqında yazdığım kitab dərc olunandaSakit müəllimin necə ürəkdən sevindiyinin şahidi oldum. Kitab aramızdakıdostluq tellərini daha da möhkəmləndirdi. Sakit Hüseynov doğma yurda, doğulubböyüdüyü kəndə bağlı bir insandır. 18 ildir ki, bizim dostluğumuz davam edir.2004-cü ilin soyuq dekabr günlərinin birində Sakit müəllimlə təsadüfən İmişlirayonunda qarşılaşdıq. O, "Azərbaycanda yoxsulluğun azaldılması"istiqamətində təşkil olunan tədbirin iştirakçısı, sosioloji təşkilat qrupunun rəhbərikimi 3 nəfər elmi işçi ilə birlikdə rayona gəlmişdi. Hal-əhval tutandan sonraharda gecələyəcəyimlə maraqlandı. Mehmanxanada qalacağımı eşidən kimi etirazınıbildirib dedi ki, orda təmir gedir və bu cür soyuq havada orda qala bilməzsən.Məni əməkdaşları ilə birgə kirayə tutduqları evə dəvət etdi. Restoranda rayon rəsmilərininiştirakı ilə Sakit müəllimin şərəfinə verilən ziyafətdə onun mənə olan dostluqmünasibətinin dərin hörmət üzərindəqurulduğuna bir daha əmin oldum. Yemək süfrəsində ilk söhbətə də məndənbaşlayaraq istedadlı bir yazar olaraq məclis iştirakçılarına təqdim etdi. Doğmakəndi haqqında yazdığım kitabla bağlı ətraflı məlumat verəndən sonra mənə bir daha minnətdarlığını bildirdi.

Sakit Hüseynov fəal bir ziyalı kimi cəmiyyəthəyatında baş verən hadisələr, proseslər, ölkənin qarşısında duran problemlər, əldəolunmuş nailliyyətlər barədə vaxtaşırı öz sözünü deməyi, prinsipial mövqeortaya qoymağı bacarır. 2018-ci ilin sentyabrında Çeçenistanın paytaxtı Qroznışəhərində təşkil olunan beynəlxalq konfransda "Qafqaz xalqlarının etniktarixi və etnogenzi" mövzusundaçeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışanSakit Hüseynov Qafqaz xalqları arasında multikultural dəyərləri, Azərbaycan vəÇeçenistan arasında elmi əməkdaşlığın zəruriliyini də diqqətə çatdırmışdı.

2018-ciiln noyabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərində "İnkişafdövründə təhsil və idman" mövzusunda keçirilən beynəlxalq konfransda SakitHüseynovun "Təhsil islahatları davamlı inkişaf konteksində" adlı məruzəsidə iştirakçılar tərəfindən maraqla qarşılanmışdı. Bütün elmi fəaliyyəti dövründəSakit Hüseynov xaricə ölkələrə etdiyi coxsaylı səfərlərində elmi məsələlərləbağlı fikirlərini çatdırmaqla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin tanıdılması təbliği istiqəmətində də davamlı səylərini əsirgəməyib.

S.Hüseynov həyatı boyu bir sahədə deyil, bir neçə istiqamətdə səmərəli fəaliyyətgöstərərək, məhsuldar yaradıcılıq ortaya qoyub.1970-c ildə ali məktəbi fərqlənmədiplomu ilə bitirdikdən sonra AMEA-nın Fəsəfə və Hüquq İnstitutunda sosiologiyaixtisası üzrə aspiranturanın əyani bölməsinə qəbul olunub. Aspiranturanı başavurandan sonra AMEA-da elmi işçi kimi fəaliyyətə başlayıb. Sakit müəllim1978-80-ci illərdə Rusiyanın Yekatirinburq (keçmiş Sverdlovsk) şəhərindətanınmış sosioloq, fəlsəfə elmləri doktoru. professor L.N.Koqanın yanında təkmilləşməprosesi keçib. Sakit müəllim 5 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 150-dən çox elmi məqalənin müəllifidir. Sevimli və əziz dostum Sakit Yəhya oğluHüseynov ömür yolçuluğunun 71 ilini arxada qoysa belə, əslində yaradıcı insanüçün yaş amili heç bir əhəmiyyət daşımır. Bu mənada Sakit müəllimi hələ qarşıdadaha böyük yaradıcı fəaliyyətin gözlədiyi şübhəsizdir. Çünki onun buna həm həvəsi,həm də enerjisi var.


Mirzəağa Məmmədli