adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Iyun 2019 17:19
19590
ƏDƏBİYYAT

BİR NƏFƏS ALIB-VERMƏDƏ ALLAHA İKİ ŞÜKÜR BORCLUYUQ

Kainatın nizamlı yaradılışı, planetlərin proqramlı hərəkətləri, fəsillərin,gecə və gündüzün bir-birini təqib etməsi və iradəmizdən asılı olmayan digər hadisələrağıl, bəsirət, təfəkkür, təzəkkür (yada salma, xatırlama) və ibrət əhli üçün çox böyük və önəmli nemət, əlamət və dəlillərdir.İnsanın vəzifəsi bu nizam və mizanı dərk edib, onları Yaradanıtanımaq və Ona təşəkkür etməkdir.Bu, "hər şey insan, insan da Rahmən üçün yaradılıb” sirrinin açılışıdır.

Təşəkkür və minnətdarlığın ən ali dərəcəsi həmddir: "Həmd Allaha təşəkkürünbaşıdır” (həz.Məhəmməd). Biz "əlhamdu lilləhi rabbil aləmin” (həmd olsun aləmlərinRəbbinə) deyərkən, Onun sahib olduğu ehsan və nemətlərin bizə çatıb-çatmaması haqqındayox, o Zatın minnətdarlığa layiq olması barədə düşünməliyik. Həmddə əsas qayə nemət yox, nemətin Sahibini dərk etməkdir. Deməli,həmd səmimi və saleh bəndənin ixləs (saf ibadət, qulluq) məqamında heç bir əvəzgözləmədən Allaha itaətdir. Ondan başqa yaradanolmadığı üçün, həmd ancaq Allaha məxsusdur və Ondan başqa heç kimə və heç nəyəhəmd olunmaz. Həmddən fərqli olaraq, şükür verilən nemətə görə edilən təşəkkürformasıdır və o, həm Allaha, həm də insanlara edilir. Şükürün ziddi nankorluqdur.Həmd və şükürdən sonra təşəkkür və tərifin sonuncu (aşağı) mərtəbəsi mədhdir. O,həm Allaha, həm də canlı və cansız varlıqlara edilir. Məs., sevimli Allah; yaxşıinsan; yaraşıqlı at, ev və s. Qeyd edək ki, mədhdən yararlanan məddahlar çox olubvə təəssüf ki, belələri indi də kifayət qədərdir.

Şükür

Ərəbcədən ana dilimizə keçən "şükür” termini "təşəkkür” sözü ilə eyni kökdən əmələ gəlib və hər hansı yaxşılığagörə razılıq bildirmə, minnətdar olmaq anlamını verir. İslamda isə şükür, ümumimənada insana bəxş edilən duyğu, düşüncə, əza və digər üzvlərlə yaradılış qayəsinəuyğun davranış və yaşam tərzinə deyilir. Qeyd edək ki, "şükür” sözü Allahın isimləşmişsifətlərindən biri olan "Şəkur”dan təşəkkül tapıb. Şükür bəndənin Allahu-Təaləyəitaət etmək üçün məsul olduğu vəzifələrdənbiridirsə, Şəkur isə az itaət, ibadət müqabilində çox böyük dərəcələr verən, dünyadakıyaxşı əmələ görə axirətdə sonsuz nemətlər bəxş edən deməkdir. Belə mükafatın Ondanbaşqa həqiqi sahibi yoxdur. Bu baxımdan ən qatı ateist belə "təşəkkür” sözünü işlədərkən,özü də bilmədən Allahın Şəkur ismini zikr etmiş olur.

Şükrün icrası və gerçəkləşməsi

Şükür qəlb, dil və bədənin digər üzvlərilə yerinə yetirilir. Dil ilə edilənşükür hər növ nemətin Allahdan gəldiyini iqrar etməkdir. Bütün gözəllik və yaxşılıqlarınərsəyə gəlməsi naminə əzəldən əbədə qədər səbəbləri hazırlayan O olduğu kimi, vaxtıgələndə göndərən, qismət edən də Odur. Nemətləritəqdir və təqsim edən (hissələrə ayıran) və səməvi süfrələr halında qarşımıza sərənO olduğu üçün, minnət və şükran da Onun haqqıdır.Bu süfrənin hazırlanmasını və hazırlayanını nəzərə almayanlar barədə Rəbbimiz buyurub:"İnsanların çoxu dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər”(Rum7).

Qəlblə şükür dil və digər üzvlərlə edilən şükrün əsasını təşkil edir.Çünki ərşi-səmaya sığmayan Allahı qəlbində məskən etməyən şəxsin söz və hərəkətləri də səmimi olmaz.Yəni qəlblə şükür, bəndənin zahiri və batini bütün nemətləri və bu nemətlərdən yararlanmağıAllahdan bilib, həyatını bu anlayışla yaşamasıdır. "O, gizli-açıq nemətlərini sözə bol-bol ehsan edib” (Loğman 20) qəlblə edilənşükürün keyfiyyət və kəmiyyət göstəricisini ehtiva edirsə, "Allahın nemətlərinisayacaq olsanız, saya bilməzsiniz” (İbrahim 34) isə həmin nemətlərin sonsuz olduğunaişarədir.

Bədən əzaları ilə edilən şükürisə həmin üzvlərin yaradılış qayəsinə uyğun istifadəsidir. Bu alətlərin haram işlətmək üçün bir vasitə olacağı təqdirdə(zina, sələm, rüşvət, əyyaşlıq, həsəd və s.), bəndə nankorluq etmiş olur: "Əgər (Mənə) şükür etsəniz, sizə(olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım,həqiqətən, şiddətlidir”. Həmin səbəbdən bəşəriniftixar tablosu, şükür öndəri Məhəmməd (ə) gecə-gündüz Rəbbinə şükürdə bulunub vəbunu başqalarına da tövsiyə edib. O: "Allahım! Səni anmaq, Sənə şükür edə bilməkvə Sənə ibadətlərin ən gözəli ilə yaxınlaşmaq üçün mənə yardım et” - deyərdi.

Həqiqi şükür nemətin tam bilinməsilə gerçəkləşir. Çünki nemətin qaynağıvə onu verənin təqdir edilməsi əsasən nemətin aşkarlanması – üzə çıxması ilə mümkündür.Əslində hər bir insanda nemət və nemətverənəmüəyyən bir simpatiya, hətta bəzən pərəstiş hisii də olur. Amma biz bu hissin yaradacağıana qədər dəryada yaşayan balıqlar kimi sonsuz nemətləri görmürük, onlara ya "azdır”, ya da "belə də olmalıdır” deyib, əhəmiyyət vermirik.Bu məqama diqqət çəkən Məhəmməd (ə) buyurub: "Aza şükür etməyən, çoxa da şükür etməz”;"İnsanlara şükran və minnət hissi daşımayan, Allaha da şükür etməz”. "Şükrünü verdiyinaz mal, şükrünü verə bilmədiyin çox maldan xeyirlidir”. S.Şirazi (v.e.1291) isədeyib: "İnsan bir nəfəs alıb-vermədə Allaha iki şükür borcludur”. Göründüyü kimi,şükür çox dəyərli bir mərtəbə və məsul vəzifə olduğu üçün hər kəs onun mahiyyətinəqovuşa bilmir. Həmin səbəbdən Rəbbimiz buyurub: "Bəndələrimdən (nemətlərimə) şüküredən azdır” (Səba 13). Şeytan isə Allaha xitabən deyib: "Sən onların əksəriyyətinişükür edən görməyəcəksən” (Əraf 17).

Şükrün mahiyyəti

Məlumdur ki, din yolunda hidayətlərdən (doğru yollardan) olan bəzi dəyərlərəslində məqsəd yox, digər hallara – nəticəyə çatmaq üçün bir vəsilədir. Məs., tövbə,səbir, qorxu, zöhd (qadağalardan çəkinmə) və s. kimi. Lakin sevgi, təvhid və şükürkimi elə dəyərlər də var ki, onlar məqsədvə nəticə olduğu üçün özləri lazımdır. Şükürün mahiyyətində Allahu-Təaləninbütün sifətlərilə icraatını əqlən qəbul etmək, qəlbən məmnun olmaq və dil ilə həmdetmək vardır. Şükrün təməlini izan (itaət, etiraf) və irfan (Allahı dərketmə), şüurvə bəsirət təşkil edir. Şükrün təməlində və əvvəlində təzəkkür və təfəkkür vardır.Ancaq bu xüsusiyyətlərə sahib olanlar həqiqi şükür mərtəbəsinə çatır və təşəkkürlərindəkimahiyyəti dərk edirlər.

Ümumiyyətlə, dində bütün mərtəbələr üç növdür: elm (ağıl,bilgi), hal və əməl. Elm, ağıl əsasdır. Çünki hal və əməlhər hansı şey haqqında məlumat-bilgi iləreallaşır. Yəni elmdən hal, haldan da əməl meydana gəlir. Elmlə olan Şükür bütünnemətlərin Allahdan olduğunu bilməkdir. Bir kimsənin verdiyi hər hansıneməti həmin adamdan gəldiyini bilmək cahillikdir. Nemətin bəndədən gəldiyinibilmək həmin neməti hikmətə çevirər ki, onun da bərəkəti olmaz. Nemətin Allahıno şəxsi vəkil etdiyini və onun əli ilə verdiyinibilmək lazımdır. Başqa sözlə, mükəlləf şəxskainatda var olan hər şeyin Ondan gəldiyini və Onun neməti olduğunu bilməlidir. Elə "əlhamdulilləh” kəlməsi (təhmid) də bunu ifadə edir. Yeri gəlmişkən, əksərüləma hesab edib ki, bu kəlam həm "Sübhanəlləh”(Allahı ağıl və xəyalə gələcək hər şeydən -"münəzzəh tutmaq və buna inanmaq) təqdisi,həm də "ləə iləhə illəlləh” təhlil kəlməsindən (mərifət mərtəbəsindən) üstündür.Zira Peyğəmbər (ə) buyurub: "Sübhanəlləh” deyən on, "ləə iləəhə illəlləh” deyəniyirmi, "əlhəmdulilləh” deyən isə otuz savab qazanır”.

Ümumi anlamda hal qəlbin riqqətə gəlməsi, oyanışı ilə sevinməsidir. Şükrün halına gəlincə isə o, mərifətdən (elmin bir hissəsindən)qəlbə doğan bir rahatlıq və fərəhdir. Çünki bir kimsə digərindən yardım, yaxşılıqgörsə ona sevinər. Lakin təkrar da olsa deməliyik ki, Allahın nemət verdiyi kimsənin nemətverənə deyil, nemətə sevinməsişükür deyil.

Məlumdur ki, saleh əməl verilən neməti Onun rizasına uyğun şəkildə istifadəetməkdir. Şükrün əməli isə, qeyd edildiyi kimi qəlb, dil və digər üzvlərlə icra edilir. Qəlb ilə edilən şükür hər kəs üçünyaxşılıq istəmək, heç kimə həsəd aparmamaqdır.Dil ilə şükür etmək "əlhəmdulillah” deyib, nemətin sahibinə minnətdar olmaqdır.Digər üzvlərlə edilən şükür isə, həmin əzaların(əl, ayaq və s.) Allah tərəfindən verilən bir nemət olduğunu bilib və onları fitratdan təyin edilən istiqamətdə işlətməkdir.Bəndənin dünyada yaşamasını təmin edən bu əzalar nəticə etibariləaxirətdəki məqamı qazanmaq üçün verilib. Yəni, Allahın yeganə istəyi bəndəsininhəmin cövhərləri dünyada ikən axirət üçün istifadəsindən ibarətdir və bəndə də Rəbbin verdiyi neməti Onunsevdiyi, təqdir etdiyi işə sərf etdiyi zamanşükrünü izhar etmiş olur. Başqa sözlə, Onun nemətinə şükür etmək, həmin neməti ancaqOnun arzusuna uyğun tərzdə istifadə etməklə mümkündür. İslamda buna tovfiq – Allahınqəzası ilə bəndənin iradəsi arasında uyğunluq – deyilir. Bunlar şükrün incəlikləridir.

Verilən nemətləri Onun razı olmadığı işlərdə istifadə etmək nankorluq olduğu üçün, həmin çövhərlər küfraninemət sayılır. Məs., göz bir nemət kimi həmbəndənin bu dünyada normal yaşamasını, həm də Rəbbin yaratdıqlarındakı heyrətamiz hallara baxıb, Onun əzəmət və böyüklüyünü anlamaqüçündür. Əgər bu nemət sosial statusu aşağı olan qadına baxıb sahibini zinaya sövqedərsə, bəndə küfr – nankorluq etmiş olur. Bə ya əl halal zəhmətə yox, rüşvət almağaöyrənibsə, o, bəndə üçün küfrani nemət olar.Belə mühakimə digər üzvlərə də şamil edilir. Başqa bir misal. Müasir texnologiyalarıntətbiqi bir nemətdir. Bu nemət vasitəsilə TV-lər haram, milli dəyərlərimizə əksolan verilişlər təqdim edərsə, o zaman nemət küfrani olub əzab və utanc gətirənalətə çevrilər.

Şükrün əlaməti qənaət və iqtisadi tənzimdir, neməti Allahın sevdiyi yerə yetərli və ehtiyacı ödədiyi qədər xərcləməkdir.Şükürsüzlüyün əlaməti isə acgözlük və israfdır,halal-haram bilmədən rastına düşəni qamarlamaq və mənimsəməkdir. Bu isə həmin nemətiGöndərənə hörmətsizlik və asilikdir.

İnsanların şükürdə qüsurlu olmasının səbəbi

Şükürdə qüsurlu olmanın əsasən iki səbəbi var. Birincisi, nemətlərin çoxolmasına biganəlikdir. Zira Allahın nemətlərinin hamısını saymaq qeyri-mümkündür:"Əgər Allahın nemətlərini sayacaq olsanız,sayıb qurtara bilməzsiniz” (Nəhl 18). İkincisi, insan iradəsi xaricindəki ümumi-qlobalnemətləri nemət saymadığı üçün onlara "belə də olmalıdır” – deyib, şükür etmir.Halbuki, ümumi sayılan nemətlər olmasa, insan yaşaya bilməz, həyat olmaz. Məs.,təkcə 1-2 dəqiqə hava olmazsa, nə baş verəcəyinə heç macal tapmarıq. Saysız-hesabsıznemətlərin şükrünün qiymətini kamil insanlar bilirlər. Şükürdə xəta etməməyin çarələrindən biri də xəstəxanalara, həbsxanalara, qəbiristanlığa,qocalar və atılmış körpələr evinə gedib onlardan ibrət alaraq rahatlığımıza şüküretməliyik.

Şükrün-nemət münasibətlərində birməqamı da vurğulamaq yerinə düşərdi. Əgər insanın nail olduğu nemət qabaqcadan onunbarəsində xeyirli bilinibsə, bu, ilahi bir ikramdır (hədiyyə, lütfdür). Əksinə,əgər nemət həmin şəxsin təkəbbür və asiliyiniartırırsa, bu, ikram yox, istidracdır. İstidrac isə, bir şəxsi arzusunagörə müəyyən səviyyəyə qaldırıb, sonra oradan fəlakət çuxuruna atmaqdır. Allah bəzi lovğa və üsyankar insanlaraetdikləri pisliklərə rəğmən bolluca var-dövlət, oğul-qız və vəzifə verir. İlk baxışdabu hədiyyələrin onlar üçün bir nemət olduğu da zənn edilir. Halbuki bu hal onlarüçün ikram yox, istidracdır, bir məkri- ilahidir (İlahi tələsidir). Çünki onlar bir sınaq üçün verilən nemətlər maqabilində Allaha itaətvə şükranlıq əvəzinə, həmin nemətlərə nankorluqedənlərdir.

Verdiyi sonsuz sayda nemətlərə görə, Rəbbin bəşərdən şükür istəməsi haşə,buna ehtiyacı olduğu üçün deyil. Onun heç bir şeyə ehtiyacı yoxdur. Şükrə möhtacbəndədir və xüsusən, azərbaycanlı olaraq biz. Çünki, verilən nemətlərin – torpaqlarımızınbir hissəsinin işğal altında olması, həm də o nemətlərin şükrünü yetərincəverə bilmədiyimiz səbəbindən doğub. Unutmayaq ki, "Vətən imandandır” (həz.Məhəmməd).İmanın yarısı da şükürdür. Elə isə nemət Sahibini izzətləndirməklə neməti qəlb,dil və əməllə qoruyub, Ona şükür edək. Bu növ şükür, həm də tarixi yaddaşsızlığındərmanıdır.