Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq - Nazir
Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına ibtidai məktəbin açılışında iştirak edən elm və təhsil naziri Emin Əmirullayev deyib.
Nazir bildirib ki, bir Türk ailəsi olaraq daha da böyüməli və bunu təbliğ etməliyik: “Türk dünyasının birliyi ideyası müəllimlər tərəfindən şagirdlərimizə veriləcək ən böyük töhfə olar. Türkiyə-Azərbaycan birliyinin güclənməsi üçün əlimizdən gələni etməliyik. Çünki birlikdə güclü olduğumuz təqdirdə bütün problemlərin öhdəsindən daha asan gələ bilərik”.
E.Əmrullayev qeyd edib ki, Azərbaycanda gələn həftə fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələr üçün önəmli hadisə olacaq.
O, həmçinin Xankəndi şəhərində fəaliyyətə başlayacaq Qarabağ Universitetinin də açılış mərasiminin olacağını vurğulayıb: “İnanıram ki, bu universitet sadəcə Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının ali təhsil mərkəzinə çevriləcək”.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

