adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 17:31
25399
ƏDƏBİYYAT

Bir müəllim tanıyıram

Yəqinmən ona görə müəllim sənətini həmişə belə sevmişəm, əziz tumuşam, müqəddəsbilmişəm ki, rəhmətlik anam da müəllim idi. Anama olan sonsuz istəyim müəllimadını mənə ikiqat yox, beşqat-onqat doğmalaşdırıb. Həmçinin, atamın bizim tərəflərdəciddi, təcrübəli bir pedaqoq kimi tanınması da bu duyğularıma körük çəkib...

Mənhəm yaşıma, həm də peşəmə görə indiyə qədər çox müəllimlərlə rastlaşmışam,bacardığım qədər onlara səmimi hörmətlə, doğma adamlarım kimi yanaşmağaçalışmışam.

Onlardanbiri də bizim Züleyxa müəllimdir. Özünüz görəcəksiniz, mənim bir ifadəniişlətməyə haqqım çatır. Çünki az qalır qırx il olsun ki, yaxın qonşuyuq, birbinada yaşayırıq. Mərhum həyat yoldaşı, istedadlı alim Tofiq müəllimlə dəyetərincə mehriban münasibətlərimiz olub. Züleyxa xanımla bizim külfətin dəneçə illərdir sözləri-söhbətləri, dərdləri-sərləri, sevincləri-fərəhləribirdir. Övladları, necə deyərlər, gözümüzün qabağında boya-başa çatıb. Bunlarısöyləməkdə fikrim, məqsədim odur ki, bu ləyaqətli, nəcib insan haqqında deməkistədiyim söz görün neçə vaxtdır ürəyimdə yol gəlir...

Züleyxa xanım Bakının istisinin,qızmarının yerə-göyə meydan oxuduğu bir vaxtda, 1948-ci ilin iyulun 8-də həyatagöz açıb. Ailədə pərvazlanan altı uşağın ən kiçiyi olsa da, heç zamanərköyünlük nə olduğunu bilməyib. Fidan vaxtlarından zəhmətsevər olub. Evdəəlindən gələn işi görüb, anasına kömək edib. Böyüklər onun işini tərifləyəndəsevincindən az qalıb qanad açıb uçsun. Bir də elə həmin illərdən bu qızcığazınqəlbi şirin, kövrək arzularla ləbələb idi, həssaslığı, mehribanlığı onutanıyanların hamısına ürəkdən sevdirirdi.

ZüleyxaAbdullayeva 1966-cı ildə Bakının 156 saylı məktəbində təhsil alıb. Hələunudulmaz məktəb illərinin ilk siniflərindən oxuyub-öyrənməyə həvəsi, zəkası,fəal həyat mövqeyi, davranışı ilə seçilirdi. Bu təhsil ocağında yaxşı oxuyan,öncül şagirdlərdən biri kimi tanınırdı. Ömrünün yeniyetmə çağlarından müəllimolmaq, özü də mütləq ibtidai siniflərdə dərs demək istəyində idi. Əlinə ilkdəfə çanta alıb məktəbə gələn, elmin zirvələrinə gedən yollarda ilk qədəmləriniatan balalarımızın sabahına işıq salmaq onun xəyallarının, arzularının bəzəyiidi.

ZüleyxaAbdullayeva 1973-cü ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin(keçmiş APİ) Ibtidai Təhsilin Metodikası və pedaqogika fakültəsinibitirib.Bakıdakı 42 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Qırxildən artıq bu tanınmış təhsil ocağında şərəflə, yüksək zəhmət eşqilə, əslfədakarlıqla çalışıb. Züleyxa müəllim həmişə dərslərlini özünəməxsus üsullarlakeçib. Əyani və texniki vasitələrdən uşaq təxəyyülünə, düşüncələrinə uyğunistifadə edib. Dərs prosesində keçirilən mövzuları daha çox həyati faktlarla,misalllarla izah etməyə səy göstərib. Ömrünü-gününü damla-damla dərs dediyiməktəblilərin yolunda əridən bu bacarıqlı, səriştəli pedaqoq, nəcib insanonlara təkcə müəllim olmayıb, bir ana tək, bir doğma insan kimi onların nazınıçəkib, qayğısına qalıb, uşaqlarla bir svinib, gülüb. Züleyxa müəllimşagirdlərinə elm, bilik öyrətməklə yanaşı, onlara vətənpərvərlik ruhu aşılamağaçalışıb. Ana torpaq, doğma vətən, Azərbaycanın mərd oğullatrının doğma yurdunqorunması uğrunda göstərdikləri şücaətlərindən yetirmələrinə ətraflı məlumatlarverib. Əsl müəllimlik keyfiyyətlərinə malik Z.Abdullayevanın qazandığı uğurlar,adı-sanı yalnız çalışdığı pedaqoji kollektivdə deyil, valideynlər arasında daildən-ilə artırdı. Təsadüfi deyildir ki, bir çox valideynlər öz uşaqlarınınməhz Züleyxa müəllimin sinfində oxumasını istəyirdilər.

Züleyxamüəllim deyir ki, onun pedaqoji fəaliyyətində unudulmaz məqamlar, yaddançıxmayan təəssüratlar az olmayıb, amma bir vaxtlar əlindən tutub hərfləriyazmağı, saymağı, oxumağı öyrətdiyi şagirdlərinin illər sonra ali təhsil alıbmənimlə eyni tədris müəssisəsində çalışanda elə bil dünyanı mənə bağışlayırdılar.Həmin yetirmələrimdən Leylanın, Nərminin az müddət ərzində qazandığı pedaqojinailiyyətlər qəlbimdə sonsuz xoş hisslər yaradıb.

Uzunillər bu insanın əməksevərliyi, öz sənətinə olan böyük sevgisi, təşəbbüskarlığı,dərs dediyi balalara solmaz məhəbbəti heç vaxt əvəzsiz qalmayıb. Həmişəyetərincə diqqət mərkəzində olub, ünvanına saysız-hesabsız təriflər, xoş sözlərsöylənib, bir sıra mükafatlara, fəxri fərmanlara layiq görülüb.

ZüleyxaAbdulayeva artıq neçə illərdir təqaüdddədir. Amma yenə coşqun həyat eşqi onunürək dostudur. Bu gündə dünyamızın, həyatımızın rəngarəngliyi, gözəllikləri onuqəlbən sevindirir, mütaliə etməkdən, musiqi dinləməkdən yorulmur.

Züleyxaxanım enişli-yoxuşlu, acılı-şirinli bir yol keçib. Hərdən büdrəsə dəyıxılmayan, üzü xoş gələcəyə inamla addımlayan, qarşısına çıxan maneələri dəfetməyi bacaran, şərəfli, mənalı bir ömrə imza atan, ömür kitabının səhifələriniancaq yaxşı əməllərlə yazan bir insandır. O, öz amalına, məqsədinə doğru həmişəmətinliklə irəliləyib, heç vaxt ruhdan düşməyib, iradəsini, inamını, ümidiniitirməyib. Bir cəhəti də ciddi məsuliyyət hissi ilə deyirəm ki, Züleyxa xanımdaən yaxşı məziyyətlər, xarakterindəki ən ülvi duyğular özünü onda məhz ana kimibüruzə verir. O, işinin çoxluğuna, gərginliyinə baxmayaraq, ömrü boyubalalarının tərbiyəsinə, qayğılarına həssaslıqla yanaşıb. Onların hətta anisevinci, kədəri, adi tələbləri də onu dərindən düşündürüb. Çalışıb ki,övladları həyatda səhvlərə yol verməsin, öz gələcəklərini uğurla qursun. Balalarıda valideynlərinin zəhmətini itirməyib, həyatda öz layiqli yerlərini tutublar.Züleyxa müəllim həyatda Tofiq müəllimlə əl-ələ, çiyin-çiyinə verib iki övladböyüdüblər. Oğlanları Mehman Respublikamızın tanınmış həkimlərindən biridir. O,özü də üç oğul atasıdır. Nicat orta mətəbi bu il bitirib, ali məktəbəhazırlaşır. Mehdi orta məktəb şagirdidir. Sonbeşik Mustafanın isə hələ dördyaşı var.

QızlarıMehriban isə Azərbaycan Neft və Kimya Universitetinin məzunudur.

Bugünlərdə, ömrünün müdriklik, ağbirçəklik çağında qərar tutan ZüleyxaAbdullayevanın yaşının üstünə daha bir yaş gəlir. Bu yazıma da mən uzunillərdən bəri tanıdığım, çox hörmət bəslədiyim bir insana həmin münasibətləetdiyim kiçik bir hədiyyədir.

P.S.İş elə gətirdi ki, bu məqaləni çapa verməmişdən əvvə dostum, şair-publisist,Prezident təqaüdçüsü Vaqif İsaqoğlu yazınmı oxudu və bir gün sonra Züleyxamüəlliməyə üç bəndlik şeir həsr etdi. Mən də yazımı elə bu şeirlə də tamamayetirirəm.

Bu yazını şair dostum Vaqif İsaqoğlunun

Züleyxa müəlliməyə yazmış olduğu şeirlə tamama yetirirəm

Bizim dünyamızda bir damianursan,

Fəxrsən, ümidsən, həm də qürursan.

Harda qaranlıq var işıq saçırsan,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasan,dünyada müəllim!

Yazıb-oxumağı səndən öyrəndik,

Haqqı danışmağı səndən öyrəndik.

Necə yaşamağı səndən öyrəndik,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasandünyada, müəllim!

Necə qayğıkeşsən, sən mehribansan,

Gözəl ziyalısan, gözəl insansan.

Ana tək doğmasan, canımdacansan,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasan dünyada, müəllim!


Nizami Rəhmanlı,

Prezident təqaüdçüsü