adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Avqust 2019 16:02
25054
ƏDƏBİYYAT

BİR ELİN DƏYƏRLİ AĞSAQQALI GETDİ

Həyatda elə adamlar var ki, haqqında söz demək çətindir. Gərəkyaxından tanıyasan, təmas yaradasan, fəaliyyətinə bələd olasan, elinə-obasınaxidmətini dəyərləndirəsən. Onda deməyə söz də tapılar. Haqqında ürək ağrısı iləsöz açacağım, bu diyarın hər guşəsində el ağsaqqalı kimi tanınan, xeyirxah əməlləri,qəlbimizdə əziz xatirəsi qalan bir insanın keçdiyi həyat yolunu qələmə almaq mənəşərəfdir. O, kimlər üçün övlad, kimlər üçün əmi-dayı, kimlər üçün qardaş, kimlərüçün də dost-sirdaş idi. Mən sonuncunu seçmişdim. Biz yarım əsr duz-çörək kəsmişdik.Xeyir-şərə bir getmişdik, uzaq səfərə bir yerdə çıxmışdıq. Onda insanlara sədaqət,doğma torpağa sonsuz məhəbbət görmüşdüm. Əli ürəyitək açıq idi, qapısına gələninaümid qaytarmazdı...

Orand elinə 1927-ci ildəsərt qış gəlmişdi. Kənd-kəsəyə yağan qar yol-bərəni bağlamış, gediş-gəliş seyrəlmişdi.Zərdəbərə kəndinin yastı-yapalaq evlərindən qalxan tüstü burada elatadamlarının yurd-yuva saldığından xəbər verirdi. Kiçik çilənin axrıncı günlərindəağsaqqal Şirin kişinin oğlu Ağaxanın ilk övladı dünyaya gəldi. Yaxınları,qonum-qonşu gözaydınlığına gəldilər. El adətinə görə kənd ağsaqqalları uşağa adseçdilər, atasının adına yaraşdırıb Ataxan qoydular.

Ataxan qoyun-quzudalınca gedəndə ölkədə repressiya başlanmışdı. Tuthatut Orand elindən də yan keçməmişdi.Sovet hakimiyyətinin sərt qanunları ilə barışmayan, azacıq var-dövləti olankişilər, din xadimləri şərlənib ata-baba yurdundan didərgin salınırdı. Sonraİkinci Cahan müharibəsinin sorağı gəlib bu yerlərə çatdı. Cavan başıpapaqlılarucdantutma cəbhəyə yola salındı. Az keçmədi Ataxanın anası Tərgül xaladünyasını dəyişdi. Bacısı Mərziyə ilə yetim qaldılar.

1943-cü ildə Ataxanyeddiillik məktəbi bitirdi. Onu Lerik Rayon Komsomol Komitəsində işə götürdülər.Uçot şöbəsində cəmi bir il çalışdı. 1944-cü ilin əvvəlində Zərdəbərədən xeyliuzaqda yerləşən Xanagah kənd sovetinin katibi təyin olundu. Səkkiz aya yaxın buvəzifədə işlədi. Ağaxan kişi xeyli götür-qoydan sonra oğlunu Bakıya oxumağagöndərmək qərarına gəldi. Ata-bala məsləhətləşib birillik mühasiblər hazırlayanməktəbi seçdilər. Hazırlıq görüldü, dərslərin başlamasına bir həftə qalmış yoladüşdü.

Ataxan təhsilini başaçatdırıb evə döndü. Nuravud kəndindəki kolxozda beş il mühasib işləyib təcrübəqazandı. 1950-ci ilin baharında gənc mühasib Lerik Rayon Kənd Təsərrüfatı İdarəsindəişə dəvət edildi. On iki il təlimatçı-mühasib vəzifəsində fəaliyyət göstərdi.Ali təhsil almağın da qayğısına qaldı.1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun iqtisadiyyat fakültəsini(qiyabi) bitirdi. Elə həmin il plan şöbəsinin müdiri təyin olundu. Savadlı, səriştəliiqtisadçı kimi dağ kolxozlarının iqtisadiyyatını qaldırmaqdan ötrü dəyərli təkliflərverdi, həyata keçirilməsinə nail oldu.

1969-cu ildə rayonda ənböyük təşkilat olan İstehlak Cəmiyyətinin rəhbərliyini möhkəmləndirmək zəruriyyətiyarandı. Məsələ partiya komitəsində müzakirəyə çıxarıldı. Ataxan Şiriyevinnamizədliyi qərara alındı və payçıların yığıncağına tövsiyyə edildi. Yığıncaquzun çəkmədi. Ticarətçilər onu razılıqla sədr seçdilər. Yeni seçilmiş sədr əhaliyəxidməti yaxşılaşdırmaqçün rayon mərkəzində və kəndlərdə yeni obyektlərintikintisini ön plana çəkdi. Iki ildə şəxsi evlərdə və yarasız binalardakımağazalar yeni obyektlərə köçürüldü. Kadr məsləsi də həllini tapdı. Gənclər cəmiyyətinvəsaiti hesabına texniki-peşə məktəblərində və texnikumlarda təhsil alıbqayıtdılar, işlə təmin olundular. Kəndlərdəki ticarət obyektlərinin əhalininsayına görə ərzaqla, sənaye mallarıyla təmin edilməsi qaydasına düşdü, neqativhallar aradan qaldırıldı.

* * *

"Sosialist Kubası”sovxozunda direktor işlədiyi illər Ataxan Şiriyevin ömür kitabına parlaq səhifələryazıb. Bu təsərrüfat 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü iləyaradılmışdı. Sovxoz üç kolxozun bazası əsasında təşkil olunmuşdu. Bir qəsəbənivə on dörd kəndin ərazisini əhatə edirdi. Kuba Respublikasından SSRİ-yə hədiyyəverilmiş zebular burda yerli şəraitə uyğunlaşdırılıb çoxaldıldı. Damazlıq təsərrüfatındandigər respublikalara da zebular satılırdı. O dövrdə Azərbaycanda olan 5-6 milyonçutəsərrüfatlardan biri də Ataxan Şiriyevin səriştəliklə rəhbərlik etdiyi sovxozidi.

Təsərrüfatın vəsaitihesabına camaatın güzəranı yaxşılaşdı, tikinti-abadlıq geniş vüsət aldı. Cəngəmirankəndi yaxınlığında yeni yaşayış məhəlləsi salındı. Mərkəzi malikanədə mədəniyyətevi, kiçik stadion tikildi, kəndlərə yollar çəkildi, körpülər salındı, abidələrinbərpasına və mühafizəsinə qayğı artdı.

Kuba Respublikası kəndtəsərrüfatı nazirliyindən rayon partiya komitəsinin birinci katibi BabəliAğayev və Ataxan Şiriyev dəvət almışdılar. 1979-cu il yanvar ayında səfərreallaşdı. Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev onları qəbul edibtapşırıqlarını vermişdi. Yolasalmada iştirak etmək mənə də nəsib olmuşdu. Binəhava limanına Ataxanla birgə getdik, Babəli də gəlib çıxdı. Səfər 10 gün çəkdi.Qayıdanda da onları qarşıladıq. Ataxan çox məmnun idi. Keçirdikləri görüşlərdən,gəzdikləri yerlərdən fərəhlə danışırdı. Onun səfər təəssüratını qələmə alıb"Sovet kəndi” qəzeti redaksiyasına göndərdim, yazı dərc olundu.

Aradan bir il keçmişdi.Kuba Respublikasının Moskvadakı səfirliyinin katibi Karsedonun Lerikə gələcəyi,zebuçuluq sovxozu ilə tanış olacağı xəbərini eşitdik. Qonağın səfəri ərəfəsindərespublika Kənd Təsərrüfatı nazirinin müavini İmran Əbilov sovxozda hazırlıqişləri ilə tanış olmuşdu. Yola düşəndə mənə dediyi sözlər indi də yadımdadır:"Ataxanın nə köməyə, nə göstərişə, nə də məsləhətə ehtiyacı var”. Nəhayət,Karsedo Lerikə gəldi, sovxozda zebuların yetişdirilməsinə, direktorun təşkilatçılığınavə işgüzarlığına heyranlıqla qayıtdı.

Ataxan Şiriyevinsovxoza rəhbərlik etdiyi on iki ildə təsərrüfat mükafatlara, fəxri fərmanlara vədiplomlara layiq görüldü. Neçə-neçə zəhmət adamı orden və medallarla təltifolundu. Özü "Qırmızı Əmək Bayrağı” ordeni aldı. Sağıcılardan biri respublikaAli Sovetinə deputat seçildi. Heyvandarların və taxılçıların bir qrupuMoskvaya, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə göndərildi.

Ictimaiyyətdə, eldə-obadaAtaxanın nüfuzunun artmasını bəzi rayon rəhbərləri qısqanclıqla qarşılayır,işinə əngəl törətməkçün dəridən-qabıqdan çıxırdılar. Ancaq bu onun fəaliyyətinəzərrə qədər təsir göstərə bilmirdi. Əksinə, şöhrəti get-gedə respublikaya yayıldı,səsi mötəbər məclislərdən eşidildi. Nə qədər ciddi, nə qədər zəhmliydisə, bir oqədər də sadə, ürəyi yumuşaq, təvazökar idi. 1988-ci ildə respublikaya yarıtmazrəhbərlik bu sovxozdan da yan keçmədi. Direktor ərizə verib iş yerini dəyişdi,Lerik Rayon Aqrar Sənaye Birliyinə rəis müavini təyin olundu. Az keçmədi birliyərəhbərlik ona tapşırıldı. 1992-ci ilin sentyabr ayına kimi bu vəzifədə çalışdı.

Azərbaycan RespublikasıAli Sovetinə növbəti seçkilər 1990-cı ilin payızına təyin olunmuşdu. Ataxan Şiriyevrayonun yüksəlişi yolunda bir ömür can qoyduğu Lerik seçki dairəsindənalternativ yolla namizədliyini irəli sürdü. Seçicilər ona etimad göstərdilər.Xalq elçisi adını xeyirxah işləri ilə doğrultdu.

* * *

Lerik-Zuvand yolununsol tərəfində əzəmətli bir buna ucalır. Bu, Ataxandan yadigar konservzavodudur. Bünövrəsi onun təşəbbüsü ilə qoyulsa da, tikintisi yarımçıqqalmışdı. O, 1992-ci ildə zavodun direktoru təyin edildi. Çətinliklərəbaxmayaraq şəxsi nüfuzu hesabına zavodu işə salmağa nail oldu, ilk məhsuluticarət şəbəkələrinə yola salındı. Ətraf kəndlərdən oğlan və qızlar üçün işyerləri açıldı.

Doxsanıncı illərin əvvəllərindərespublikadakı hərcmərclik, özbaşnalıq Lerikdən də yan keçməmişdi. Vəziyyətağır idi, ərzaq qıtlığı yaranmışdı, çörək talonla verilirdi. Ulu öndər Heydər Əliyevinhakimiyyətə ikinci dəfə qayıdışı lerikliləri ürəkdən sevindirdi, Bakıdan ümidgözləyirdilər. 1994-cü ilin aprelində rayona rəhbərlikdə kadr dəyişikliyiaparıldı. Prezidentin fərmanı ilə Ataxan Şiriyev icra hakimiyyətinin başçısı təyinedildi. O, qısa zaman kəsiyində ərzaq qıtlığını aradan qaldırdı. Qonşurayonlardan taxıl alındı, dəyirmanlar işə salındı. Kəndlərdə taxılçılığa diqqətartdı. Beləliklə, camaatın ata-baba yurdundan köçməsinin qarşısı alındı, əkincitorpağa bağlandı.

Ataxan Şiriyev 1956-cıildən 1990-cı ilə qədər bütün çağırışlarda rayon sovetinin deputatı seçilmişdi.Uzun müddət rayon partiya komitəsinin üzvü olmuşdu. Bir neçə mötəbər təşkilatınfəxri fərmanları ilə təltif edilmişdi. Dövlət qulluqçusu kimi təqaüd alırdı.Rayonun ictimai həyatında fəal iştirak edir, zəngin təcrübəsi, təşkilatçılığı gənclərüçün həyat məktəbinə çevrilmişdi.

* * *

Ataxan Şiriyev həm dəbir nəslin yolgöstərən ağsaqqalı, böyük bir ailənin başçısı idi. Şaxanım anayla9 övlad böyüdüb ərsəyə çatdırıblar. Hərə bir peşə sahibidir. Oğlu Azadın 50 yaşındaölümü ürəyinə dağ çəkmişdi. Bakıya yolu düşəndə məzarı ziyarət etməklə təskinliktapırdı, göz yaşlarını ürəyinə axıdırdı. Xəstəliyini büruzə verməsə də, dağkimi bədəni ərimişdi. Iyulun 9-da vəfatını eşitdik. Ehtiramla torpağatapşırdıq. Məzarı başında xalq şairi Vahid Əzizin bu misraları yadıma düşübgözlərimi nəmləndirdi:

Dostlar itirməyimtaleyin qəsdi,

Get-gedə çəkilirürəkdən isti,

Eləsi varidi-nəfəsi bəsdi.

Şirim, nərimgedir, aslanım gedir.

Bir-biretibarlı dostlarım gedir.

Nur içində rahat yat,elin dəyərli oğlu. Yerin behişt, ruhun şad olsun, əziz dost, gözəl insan. Həmişəminnətdarlıqla yad ediləcəksən. Ulu Tanrıdan sənə rəhmətdiləyirik!


Həmzə Vəliməmmədov,

Əməkdarjurnalist

05.09.2019