adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2019 16:12
12640
ƏDƏBİYYAT

Bir cüt ayaqqabı - Allahverdi Eminov yazır

Neçə gündü Təmrazın başı əlində deyildi, canınınağrısı təpəsindən tüstülə­nib çıxırdı. Ezamiyyətdən sonra adi günlərinicilovlamağı bacarmırdı. Tənhalığı da bu yandan, gəl döz bunlara. Heyfslənirdi,niyə bu qədər ləngidi yolda, yoxsa kəndə gedib, anasına baş çəkərdi. Şənbə,bazar günü, vəssalam. Ürəyi ağrayırdı, ana qal-mışdı kənddə. Şəhərə gələndə gəlininqaş-qabağından arvad üz tuturdu doğma kən-dinə.

Müharibənin son iliydi, atasından soraq onun uşaq qəlbinədolurdu və uzun məktəb yolunda dostlarıyla sevincini bölüb sakitləşirdi. Hamıgünləri barmağıyla sayırdı. Qələbə fişənglərinin səsini ən çox uşaqlar gözləyirdi.Və bir gün Təmrazın bütün ümidi puça döndü, sovuldu. Anası sinəsinə sıxdığıüçkünc məktuba qoşulub ağlayırdı, bükülü əzik-üzük kağızda kimsə vardı,qırıq-qırıq hıçqırırdı. Və kiminsə eşidəcəyindən qorxurdu.

Anası onu görəndə özünə toxdaqlıq vermək istədi. Təmrazözünü anasının üs­­tünə salmışdı, yumşaq və ləkəsiz üzünü anasının nəmliyanağına sürtürdü. Boğa-zı tıxanmışdı, güclə udqunurdu, hıçqırıq nəfəsiniboğurdu. Anasının sinəsi titrəyir-di, bədəni uçunurdu. Və nəhayət, dilləndi:"Ana, ana! Atamdandır məktub? Atam nə yazıb?” – Bu səs ananın odlu səsinə közbasdı, içəridən qıvrıldı: "Sakit ol, Təm­raz. Atana... ” Səsi kəsildi və cümlənitamamlaya bilmədi. "Sakit ol, Təmraz. Nə yax­­şı sən varsan. İlahi!” – sözləriağzında başını tavana qaldırdı. Əlləriylə qərib torpaqda uyumuş ərinin ruhunadua oxudu.

Təmraz davanı ata qayıdışı ilə yola salmadı, taleqismətinə düşmədi bu gəliş. Atasızlıq ağrısını hiss elədi...

İşdən qayıdanda yolda ləngimədi, tanış-bilişə rastgələndə dönürdü pivnoya. Noxudla bir-iki parç pivə içirdi. Vaxt keçirdi, "Vremya”ya az qalırdı. Və sonra da kino. Doğma evi olmadığı üçün özünü yadsanırdı. Bu yaşında kirayənişin olmuş-du. Zəngi basdı. Bir də.., həttadodaqaltı deyindi:

– Başım xarab olub. Kimdi yad evdə?

Zəngin harayı götürüb aləmi. – Təmraz dəst açarı qara portfeldən çıxartdı,qa­pını açıb birbaşa divanda oturdu. Otaq sükutdan Təmraz kimi bezikmişdi. Di­var­laraçəkilmiş kağız üzü bir neçə yerdən sökülmüşdü. Gözlükdən əsən meh sallanan ka­ğızlarısim kimi səsləndirirdi. Buna heç vaxt fikir verməmişdi.

İsmayıl ikinci oğlu idi, böyüyü yeddinci sinfəkeçmişdi, bir suyu anasına ox­şa­yırdı. Tipdi, qaradinməzdi. İsmayıl elədeyildi, sakitdi, həlimdi. Atasını istəyini anasından gizlətmirdi. Bunun əvəzində"mükafatını”alırdı. Və caydaqboy, cır səsli ar­vadı çıxırdı özündən. Aləmqarışırdı, stəkan-nəlbəkilərin döşəmədə rəqsi başla­yır­dı. İki ay olardı, bəlkədə çoxdu, arvad boş şeydən havalandı və aldı Təm­razı çə­nəsinə. O ki var, əngəzlədi,hirsindən döşəməyə çırpdı özünü. Təmraz bir söz de­mə­di, amma arvadı gözləyirdibunu. Böyük oğlunun gözləri hədəqəsindən çıxmış­dı, atasını yox, yad adamıgörürdü. İsmayıl küncə qısılmışdı, gah atasına baxırdı, gah da rəngi bozarmışanasına. Atasına yazığı gəlirdi. İşdən indicə evə ayaq bas­mış­dı ki, anasıdavaya başladı. İsmayıl hələ bu "dava” ilə əsl "davanın” mənasını an­lamırdı.

Təmraz bu dəfə qətiyyətlə pıçıldadı: – Başıma havagəlib, niyə həkimə gös­tər­mirəm?! Mən ölənnən sonra bu uşaqların taleyi necəolacaq? Nə kökə düşə­cək-lər? – Ayağa qalxdı. Otaqda var-gəl elədi, əlləri əsirdi.Və birdən bu günün dava-sını xatırladı. O dava ki, hələ İsmayıl dünyaay gəlməmişdivə onu dünyaya gə­ti­rən anası da.

Kəndin əkinsiz qalmış həndəvərində qar dizəçatmışdı. Çöl quşları havadan ası­lı qalmışdı. Yazıq-yazıq boylanıb ötürdülər.Tezdən oyanmışdı. Anasına arıq inə­­yə yem verməkdə kömək eləmək üçün nimdaş vənazik yorğandan başını eşiyə çı­­xartdı.

Otaq yorğanın altından istiydi. Yumru dəmirsağanaqlı saatın əqrəbləri sürəti ar­tırmışdı. Bu deməkdi, məktəbin vaxtıyaxınlaşır. Tələsmək lazımdı.

Yerindən atıldı, köhnə şalvarı əyninə keçirtdi. Həyətəayaqyalın düşdü. Bar­maqları gizildədi və bu soyuq ağrı dırnaqlarının ucundançıxdı. Özünü artır­ma­ya saldı. Bu oandı, anası qucağıında ot-ələf dama girirdi. Qar üzünə çırpır, yazıq ar­vadbaşını ot-ələflə gizlədirdi. Ürəyindən keçirdi: – Axşam baxdım, Təmrazın ayaq­­qabısınınbaşı qopub. Özünün xəbəri yoxdu bunnan. Ha əlləşdim, sapla tikəm­mə­dim. "Dərsdənqal” desəm, bir həşir qopacaq. Özünü öldürər. Səni görüm ağlar qa­lasan,Hitler! Necə ki, ağlara da düşdün. Balamın günahı nədi, ayağına keçir-mə­yə çəkələkdə tapammıram. – Bir ovuc qar bu vaxt onun ağzına doldu, dişləri göy­nə­di.

Tövlə istiydi, palçıq divarlara təzək yapmışdı,qar-çovğun içəri soxula bil­mir­di. Sarı inəyin bayırdan xəbəri yoxdu, hey gövşəyirdi.Yiyəsini görcək heyva­nın gözləri alaqaranlıqda kösöv kimi işıq saçdı. Başınıirəli uzatdı, burnunu dikəlt­di, yiyəsinin iyini alıb sakitləşdi: Teyyibəqucağındakı otu-ələfi inəyin qucağına at-dı. – Ye, axşamnan acsan. Ye. Halaldısənə. – Bu sözləri elə ürəklə ded kii, sarı inə­yin başa düşməsinə ehtiyacqalmadı. Yiyəsinə mehrini elə salmışdı bu sarı inək, sanki davada hər bircanlının məhv olması həqiqətini anlayırdı. Teyyibə inəyin boy­­­nunu sığalladı,iri gözlərini ovcuna aldı. Sarı inək bu qayğıdan xoşallandı və as­tadanböyürdü. Qapı açılıb örtüldü. İnək bunu görmədi. Təmraz anasının sobaya qay­namağaqoyduğu çaydanın qapağını açdı. Daş kimi pıqhapıqla qaynayırdı. Gö­tür­dü,anasının üzünə baxdı. Ananın gözü yol çəkirdi. Təmraz kətilin üstündəki dəf­­tər-kitablarısahmanladı.

Televizoru açdı. Ekranın qara-bozumtul rəngiavazıdı və qarmaqarışıq rəqs musiqisi otağı başına götürdü. Bir neçəbaldırıaçıq qız əyri-üyrü hərəkətləri icra eləməklə musiqinin ahənginitamamlayırdı. Saydı, dörd sarışın qızdı və hamısı da aya­ğına qara dikdabanayaqqabı geyinmişdi. İşığa tutulanda par-par yanırdı. Səh­nə­­də hərdən çiçək ləçəyiboyda nəsə yağırdı və rəqqasələrin qara saçlarına toxunub yapışırdı. Diqqətyetirəndə Təmraz bu çiçək ləçəklərini qar dənələrinə oxşatdı. Bir­cə fərqi oidi ki, bunlar soyuq deyildi, o ilin qarı kimi.

– Bir gün dərsə getmə, Təmraz balam. – Anahıçqırığını boğdu və üzünü so­ba­ya çevirdi. Uzun qırmızı işıq zolağı yanaqlarısolmuş Teyyibənin üzünü aydın­laş­dırırdı. – Təmraz, bala ayaqqabılarıvın altıqopub, nə illah elədimsə... – Bu dəfə də oğluna baxmadı, utandı. Uzun qırmızıişıq zolağı çəkilmişdi sobadan. – Mustafa da­yıngilə gedəcəm, köhnə-köşküldənolmamış olmaz. Bircə bu gün dərsə getmə. – Ana yalvarırdı, bu yalvarışındanutandı. Təmraz axşamdan kitabı əlindən qoyma-mış­dı, demişdi ki, inspektor gələcək,ana. Müəllimimiz xahiş elədi hamımız bir nə-fər kimi gələk məktəbə. Onu da əlavəeləmişdi ki, Təmraz, sənnən birinci soru-şa­cam.

– Mütləq gedəcəyəm, ana. Kimdir yaxşı geyinən? Müəllimimnə deyər mə-nə? Yox, ana... – Təmraz özünü saxlaya bilmədi, anasının boynunuqucaqladı. – Qoy gedim, ana! Atam qayıtsaydı, mənim də ayaqqabım olardı. İndiki, dava qur-tar­mayıb. Ana...

Ekranda rəqqasə qızlar yerini müğənniyə verdi. Təmrazdalğanı dəyişdirdi.

İsnayıl şənbə günü atasıyla telefonda danışmışdı.Xahiş eləmişdi ikinci sinif üçün dərsliyi çatışmır, tapsın. Qardaşı barədə heçnə deməmişdi. Və onu da ata­sın­dan xahiş eləmişdi ki, söhbətini anasına deməsin.

Stolun üstünə yığdığı kitablara bir də nəzər saldı.Təptəzəydi, əlinə aldı, uşaq­lığı yadına düşdü, o vaxtlar bu sayda deyildikitablar, həm də nazikdi. İsmayıl xoşbəxtdi: o günlərdən çox uzaqdı. Atasınıngördüyü davalı günlərdən. Hər şeyi unut­­mağa çalışırdı Təmraz.

Teyyibə kirimişcə oturub Təmraza baxırdı. Və qarlıeşiyə çıxıb doyunca ağ­la­maqdan savayı bir yol qalmamışdı. Bayaqdan dənəbiryağan qar küləyina ağzın­da quduz səsi verirdi. Ağacların budaqları silkələnibqarını tökməyə macal tap­mırdı, təzədən qara bələnirdi.Teyyibə özünü tövləyəverdi, qapı açılcaq inək adam nəfəsini hiss elədi, boynunu irəli uzatdı. İriqırmızıya çalan gözlərinin işığı çəkil­miş­­di. Ələfin axırına çıxmışdı, dahaastadan gövşəyirdi. Heyvan ələfin qurtarma­sı­nı duyduğu üçün toxdaqlıqvermişdi çənəsinə. Teyyibə inəyin boynu həndəvərində çöm­­bəldi, donunu qarislatdığından çılpaq budlarına yapışmışdı. Qara saçlarına qon­­­­­muş qar hənirtidənsuya dönmüşdü, sağlam, allanmış üzünə süzülürdü. İnək yi­yə­­­sinin həyəcanınısövq-təbii hiss elımişdi, bir az əvvəl ona ələf gətirəndə o, bu cür tit­­rəmirdi.Bəlkə də aclıq imkan verməmişdi, yazıq heyvan hər şeyi duysun. Bu gə­lişxeyirliyə deyildi. İnək boynunu yiyəsinə sarı qanırdı, isti nəfəsi burun pərə­lə­rin­dənalovsayağı fışqırdı. Teyyibə üzündə kövrək qoxulu bir hənirtinin yaladığınıhiss elədi. Və adəti üzrə əliylə inəyin boynunu oxşadı. İnək qılıqlandı,astadan mə­lə­di, səsi divara toxunub nəmli, peyinli qoxuya qarışdı.

Heyvan gövşəyini saxlamışdı. Çənəsi ələfixırçıldatmırdı. Gözlərini solğun işıq­­lı balaca dörkünc pəncərəyə zillənmişdi.Bayırdakı tufanın vıyıltısı qulağına də­yirdi və hər dəydikcə qanrılıb yiyəsinəbaxırdı: "Məni olmaya çölə çıxaracaq­san?” – hey­vanın beynində bu sual qorxuyaqarışdı və kövşəklə uddu, yiyəsinin gözündə yaş dənələri görəndə, ilk dəfəyerindən azca tərpəndi, başını yiyəsinə sarı çevirdi. İn­di solğun pəncəninişığıyla yiyəsinin gözündən axan yaşın rəngi bir-birinə qarış­mış­­dı. Heyvanheç vədə yiyəsini ağlayan görməmişdi. Lap balaca vaxtından. Yazıq hey­vana eləgəldi, soyuqdandı bu, üşüyür. Başını azca yuxarı dikəltdi və var gü­cüy­­ləiçindəki bütün nəfəsini bayıra fınxırdı. Teyyibənin islanmış saçının ağırlaş­mıştelləri titrəyirdi, hətta bir çəncəsi üzündə yellənib durdu. Teyyibə əliylə budə­fə inəyin qaşqasını sığalladı, sonra hədəqəsindən çıxan gözlərini ovcundaörtdü. Bə­­dəni uçunurdu, heyvanın gözü ilğımlanmışdı. Əvvəlcə qorxdu, heyvan bəlkəölür, can verir. Teyyibəni qorxudan yeganə inəyini itirməsi deyildi, üçyaşından meh­­­ri­ni saldığı heyvanın yoxluğuna dözəmməməsi olacaqdı. İnək gözləriniqapadı, us­tufca burnunu yiyəsinin əlinə dirədi və azca toxdaqlıq tapdı. Butoxdaqlıq eynən Teyyibəyə də sirayət elədi.

Teyyibə qəfil qalxdı, qalın taxta qapını əliyləaralayıb bayıra çıxdı. Qar tə­pil­miş­di qapıya, axıracan örtülmədi. Barmaqqalınlıqda işıq zolağından qar içəri püs­kürürdü, amma inəyə çatmırdı. Heyvanüşüyəcəyini kəsdirmirdi, təki yiyəsindən qa­lan işıq zolağı itməsin.

– Təmraz, Təmraz. – Yavaşcadan səsləndi. – Təmraz!Təmraz! – Səsi həyə­can­la otağın divarlarında toxdadı. O biri balaca otağınqapısını araladı. Təmraz bu ota­­ğa az halda girərdi. Ana-bala sobalı otaqdaotururdular.

Teyyibə eyvana çıxdı, bir də Təmrazı çağırdı. Gözüqəfil ayaqyalın izə sataş­dı. Lap təzəydi, üzüaşağı düşmüşdü, oradan da doqqazaçatmışdı. Bütün səsiylə qış­­qırdı: – Təmraz!!! Təmraz!!! Qayıt, ayaqyalın haragedirsən? Qayıt, Təmraz!!!

Təmraz hələ alışmadığı birotaqlı evin kağızdivarına ölgün baxışla nəzər sal­dı. Hər iki gözünü açdığı pəncərədən sərinlikaxmırdı, ona görə ki, avqustun möh­kəm istiləri Bakıya ayaq açmışdı. Dənizqırağındakı hənirtini göstərən dəmir qüllə­yə baxanda orada 36 dərəcəni gördü vəgüldü: – Pah atonnan, havanın istisini də yaz­mırlar. Axı 40 dərəcədir.

Amma istiliyin çoxluğu onu maraqlandırmırdı, lap şəhərədüşərdi, bulvara ge­­­­dərdi. Dəniz istisini azca olsa, udur. Ağac kölgəsindəoturub dincəlmək müm­kün­­­­dür. Alışmadığı otaqdan çıxmalıydı, ürəyiatlanırdı. Vaxtım keçsin, əsəbləri ra­hat­­lansın, sonarsına baxarıq – fikriyləağ qolsuz köynəyini stulun başından götür­dü, bəhanəsi də buydu. Deyəndəki ki,səhərə köynəyimi hazırla, boynu çirklənib. Cin atına minirdi, elə bilqayınanası onu hikkə üstündə doğmuş və dilinə ilk to­xun­durduğu təm acı bibərolmuşdu. İnsafən, arvadı boynuna alır ki, bibər çıxanda ana­dan olmuşam, xasiyyətcətündəm, zaqqunam. Əlavə eləyirdi Təmraz: – Bəs ni­yə öz-özünə deyinib,başalyırsan sürət götürməyə?

Bu sözün ikinci başını alırdı çənəsinə: – Bu acısözdən necə hirslənməyəsən? Sən ərdən çox arvadını hirsləndirən robotaoxşayırsan. Proqramını işə hazırla­yır­san.

Təmraz buna bənzər cavablardan uğunurdu. Və bu daarvadına bir dərd gə-ti­rirdi. Böyük oğlu anasının haqsızlını yaxşı başadüşürdü, təbiətən anasına məhəb-bəti bunu süpürüb aparırdı. Səsini çıxarıb desəki, ana, atama qarşı haqsızsan, nə gü­nahı, işdən gələn kimi çatışmayan hərşeyi sadalayırsan. Axı o, iş adamıdı, orda da atamı hirsləndirənlər var. Yox,heç vaxt dillənməmişdi, ağzını da açmayacaqdı. Və əlacsız qalıb yazıq atasınınqəfil qərarla evdən çıxıb getməsini görəndə də sus­ma­­ğı üstün tutdu. Vəbir-iki ayda ürəyindən haqlı etiraz işartısı yanıb söndü. İs­ma­yıl yaşnın azolduğuna baxmayaraq, atasını soruşmurdu anasından. Hər dəfə eşitdi­yi cavabbuydu: "Atan bizi bəyənmədi, atıb getdi. Başqa qadına vurulub”. İs­ma­yıl inan­mırdıanasının laqeyd-laqeyd dediyi bu sözlərə. Anası da çoxbilmişdi. Böyük oğ­­­lunabu kəlmələri demirdi, çünki yalanı bəlli olardı. Qorxusu İsmayıldı, ağıllı, as­­ta­danışan,gözləri tez-tez yol çəkən kiçik oğlu.

Təmraz saatına baxdı, gözü qırmızı rəqəmlə yazılmış"30. VIII” tarixinə sa­taş­dı. – Sabah məktəbdir. Bulvarda uşaqların bayramıolacaq. İsmayıl görən... – Qol­suz köynəyini geyindi. Qapını iki yerdənbağlayıb çıxdı. Küçələrdə sən deyən ge­diş-gəliş yoxdu. İstidən kimdi bayıraçıxan?! Təmraz ağır-ağır bulvara tərəf ge­dir­di. Köhnə univermağa çathaçatdaiki uşağın üzü şəhərə açılan qapıdan çıxdığını gör­­dü. Adamlar burda çoxdu, əksəridə məktəblilərdi. Oğlanlarını seçdi onların ara­­­­sından. Böyük oğlu irəlidəydi,arxasınca İsmayıl gəlirdi. Bir-iki dəqiqədən son­ra üzbəüz qarşılaşacaqdılar.

Təmraz ayağını çəkdi:

– Salam. Hara belə? – Səsi cingiltili çıxdı.Qardaşlar da ayaq saxladılar, ata­la­­rının üzünə baxdılar. Böyük qardaş salamıkönülsüz aldı və bir-iki addım kənara çə­kilib durdu. Bunun o, İsmayılla atasıarasındakı məsafəni yaxınlaşdırdı, onların gö­­­rü­şünə mane olmasın.

Təmraz böyükoğlunun vaxtı ötmüş saçına diqqət elədi. Boynuna, qulaq­ları­na sallanmışdı.Sifəti istidən qaralmışdı, bilirdi hava soyuyacaq, yenə ağaracaqdı. İs­­­ti­yədavamı yoxdu, çölə-bayıra çıxanda bu kökə düşür. Gözləri, kiprikləri əvvəlki ki­miydi.Uzun tüklü kiprikləri göz qapaqlarını aşağı dartanda üzü müəmmalı tə­bəs­sümalardı. Şalvarı, köynəyi dərs kəsiləndə tikdirdiyidi. Səliqəsiz geyindiyin­dənköh­­nə, nimdaş təsiri bağışlayırdı. Ayağında nazik, üstü deşik-deşik ayaqqabıvardı. Qı­­mıldanmırdı, elə bil atasından neçə vaxtdı ayrı düşməmişdi. Və eləbil bir-iki ad­dım­lığında anası onlara qəzəblə baxırdı.

İsmayıl eynən göründüyü kimiydi, saçlarını yüngüllətmişdi,bu onun arıq və sağlam üzünü işıqlandırırdı. Dama-dama köynəyi ütülənmişdi,şalvarı da həmçinin. Göz­­lərində yorğunluq qarışıq müəmma oxudu. Atasını görcəkmüəmma-filan çə­kil­­­­di və özünü atasının üstünə saldı. Təmraz oğlunun saçınısığalladı, yumşaq üzün­­­­dən öpdü.

İsmayıl axtardığı, amma əli çatmayan dünyanı tapmışkimi sevinirdi. Təmraz aydınca hiss elədi ki, bayaq bu sevincdən əsər-əlamətyoxdu, hamısı atası üçündü. Bir azdan yolları başqa-başqa istiqamətlərə ayrılanatası üçündü:

– Univermaqdan gəlirdiz, eləmi? – Təmraz astadansoruşdu. – Nə alırdız?

İsmayıl da astadan cavab verdi:

– Ayaqqabı üçün gəlmişdik. Mənim ölçümdə axtarırıq,ya böyükdü, ya ki­çik­­di. Sabah, ata, dərs başlanır, bu gün mütləq ayaqqabıtapmalıyıq. – İsmayıl bu söz­­lə­ri ümidsiz dedi. Təmraz üşüyən kimi oldu, onaelə gəldi avqustun yandırıcı istisi yoxa çəkildi, yerini davanın qurtaran ilindəkiqarlı-çovğunlu qış aldı. O gün ki... Təmraz İsamyılın əlindən tutdu, böyükoğlunu da yanına çağırdı, geriyə dön­dülər.

– Gedək evimizə, mən ayaqqabı taparam.