adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyun 2019 11:41
26812
ƏDƏBİYYAT

Bir çağırış, bir haray, nəhayət bir üsyan

Məşhur teatr xadimlərindən biri teatr tənqidi və teatrşınaslıq elmihaqqındakı çıxışlarının birində üç məsələni daha çox diqqətəlayiq və əhəmiyyətlihesab edir: tənqidi yazının oxucu tərəfindən oxuna bilinməsi, tamaşanı sankiseyredən kimi oxucuya çatdıra bilməsi və nəhayət tənqidçının obyektivliyini. Əslindəmüvəffəqiyyətli teatr tənqidi sadə və yaradıcı olmalıdır. Tənqidlə mütəmadi məşğulolan qələm sahiblərinin əksəriyyətinin özünü "büruzə vermək” məqsədi ilə qələməaldıqları az qala dəb halını alan bərli–bəzəkli, süslü, saysız-hesabsız elmiifadə və priyomlarla aşıb-daşan hər hansı bir tənqidi məqaləsi, tənqidinbaşlıca kontekstinə tərs gəldiyi kimi, oxucuya da bir yararı olmaz. Bu zamanoxucu məqalədə tənqidçinin nə demək istədiyini və hansı düşüncələri aşıladığınıdərk etmək və qavramaq əvəzinə məqalədə hər addımbaşı rastlanan bu elmi ifadələrinçəmbərinə düşəcək və oradan da çətinliklə qurtulacaqdır. Çünki, bu tipli məqalələrioxuyub başa çıxmaq və teatrşünasın nə demək istədiyini anlamaq üçün "Əcnəbisözlüklər lüğəti”nə müraciət etmədən keçinmək mümkün olmayacaqdır. Düşünürəmki, bu tipli yazılar daha çox namizədlik və doktorluq dissertasiyalarında keçərlidır, tamaşalarayazılan məqalələrdə isə deyil...

Oxuna bilən tənqidi məqalə isə ən qısa yoldan yazarın təməl düşüncəsini,ideyasını çatdıra bilən bir yazıdır. Qəzetin və ya jurnalın teatr tənqdinəayırdığı sütunun hüdudları içərisində, teatrşünas-tənqidçi düşüncələrinin ən önəmlinöqtələrini müxtəsər şəkildə bəyan edə bilməli və yazıya aydınlıq gətirməlidir.Əsl teatrşünas o şəxsdir ki, dar bir hüdud içərisində oxucunun diqqətini eləbir nöqtəyə yönləndirsin ki, oxucu yazı ilə tanış olarkən tamaşa ilə bağlıkifayət qədər məlumat əldə edib öz təxəyyülündə həmin tamaşanı vizual olaraqcanlandıra bilsin.

Gördüyüm və bildiyim qədər üç növ tənqidçi var. Deməyə sözü olan vəbunu inandırıcı və təsirli bir biçimdə yazan. Deməyə sözü olmayan, amma yenə dətəsirli və oxuna bilən bir ölçüdə yazan. Deməyə sözü olmadığı kimi, yavan, bəsit,sıradan, quru və sxematik bir şəkildə yazan tənqidçi...


Düşünürəm ki, 1989-2018-ci illəri əhatə edən "Məqalələrim, resenziyalarım,oçerklərim və müsahibələrim” adlı kitabı yeni çapdançıxan görkəmli teatrşünasAnar Burcəliyev məhz sadə yazan, yazılarını oxucuların dərk edəcəyi şəkildə qələməalan və məqalələrində obyektiv prinsipləri rəhbər tutanbir tədqiqatçı kimi məhz birinci zümrəyə mənsub olanteatrşünaslarımızdan sayılmaqdadır. Kitabda mətbuatda dərc olunan məqalələr,resenziyalar, oçerklər və eləcə də müsahibələrin bir qisminin toplumu təqdimedilib.


Regional teatrlar üzrə bir mütəxəssis kimi tanınan Anar Burcəliyevinməqalələrini oxuyarkən hiss edirsən ki, onun məqsədi geniş planda toplumunteatr yaşamını inkişaf etdirmək, teatr sənətini, sənətçisini, habelə tamaşaçınıxəbərdar etmək, onları doğru istiqamətə yönləndirmək tək paytaxt Bakıda fəaliyyətgöstərən teatrlarımızın deyil həmçınin regionlarda fəaliyyət göstərənteatrların hər birinin öz missiyasi, teatr estetikası, dəsti-xətti olduğunusübuta yetirməkdir. Öz yazılarında Anar Burcəliyev obyektiv və adildir. Təbiiki, obyektivlik və adillik bir-birini tamamlayan kateqoriyalardır. Məncə idealteatrşünas savadına və zəngin məlumatına istinad edərək öz tənqidi yazılarındatamaşanı dürüstlüklə tanıdan bir şəxsiyyətdir. Tənqidçinin vəzifəsi qapılarıçırpmaq deyil, qapıların necə və haraya açıldığına işarət etməkdir. Tənqidçi əmrverməz yol göstərər. Anar Burcəliyev də öz yaradıcılığını məhz bu tendensiyalarkontekstində kökləyir.

Anar Burcəliyev məqalələrini ömrünün erkən çağında 15 yaşındanyazmağa başlayıb. İlk illərin məqalələri çox sadə, bəsit formada qələminin məhsuluolaraq təqdim olunsa da sonrakı təqdim olunan yazılar daha orijinal və mürəkkəbformada nəzərə çarpır. O, sadə məqalədən mürəkkəb məqaləyə keçən yoldayaradıcılığa başladığı elə ilk gündən teatrımızın nəzəri, elmi, estetik-fəlsəfiproblemləri ilə məşğul olur. Onun yazdığı "Məqalələrim, resenziyalarım, oçerklərimvə müşahidələrim” kitabında toplanan məqalələri oxuyarkən yalnız müəllifin nələrləmaraqlandığı ilə yox, ümumən 1989-2018-ci illər arasındakı teatral mühit vəictimai proseslə tanış olursan. Bir çox məqaləsində Anar Burcəliyev teatrımızaistiqamət verən, onun təkamül prosesini izləyən bir teatrşünas kimi çıxış edir.O, regionda hansı teatra gedirsə-getsin, hansı tamaşadan yazırsa-yazsın heç birzaman dürüstlüyünü və obyektivliyini əldənvermir.

Yaradıcılığının ilkin dönəmlərində (1989-2000) "Solğun çiçəklər”, "Bəxtsizcavan”, "40 il səhnə arxasında”, "Fosforlu Çevriyyə” "İntizar”, "Yandırılmışadam”, "Ölüm hökmü”, "Əbədi diriyəm mən”, "Səhnəmizin yetirmələri”, "Zirzəmidənbaşlanan yol” kimi qələməaldığı məqalələrində hiss olunur ki, o, tamaşalardamüasir həyat problemlərinin bədii həllinə girişən sənətkarlara xüsusi diqqətyetirməyin necə zəruri olması haqqında son dərəcə mənalı mülahizələr irəlisürür, bədii əsərin, tamaşanın həyatiliyini, inandırıcılığını, aktyor,rejissorlarımızın yaratdıqları yeni insan surətlərini, yeni həyat səhnələrinibacarıqla işıqlandırır. O, öz tənqidi ilə bir daha sübut edir ki, tənqidçinin əsasmeyarı həyatın özüdür. Həcmcə kiçik məqalələrindətənqidin tələbkar və prinspialolması, dostluq, qruppaçılıq problemlərideyil, tamaşanın mənafeyi əsas götürülməli kimi qiymətli fikirləri ilərastlaşırıq. Müəllif bu məqalələrindəqayğıkeş və diqqətli olmaqla sənətkarların yaradıcılıq yolundakıreal, qaçılmaz çətinliklərini aydın dərk edir, onların yaradıcılıq müvəffəqiyyətlərinigörür və buna sevinməyi bacarır.

Anar Burcəliyev eyni zamanda peşəkar bir yazardır. Yəni, gördüyü işiməqsədinə uyğun olaraq ən yaxşı biçimdə nəticələndirə bilən bir teatrşünasdır.Xüsusilə, bu onun yaradıcılığının ikinci mərhələsində (2000-2018) ön plana çıxır. Bu dönəmdə yazdığı "Teatr,zaman və məkan”, "Bəşəri ideyalı pyeslər ölmür”, "Tamaşaçının dalınca qaçmağa məcburuq”,"Uzun ömrün akkordları” və s. bu kimi məqalələr milli teatrımızın qarşısındaduran problemlərdən, onun estetik prinsiplərindən bəhs edir. Bu məqalələrdənhiss olunur ki, onun özünə xas olan fikri, düşüncələri, meyilləri, öz estetikprinsipləri var. Müəllif bunları biliyi və səhnə təcrübəsi ilə öz nöqteyi-nəzərindənbitərəf mövqe tutaraq ortaya qoyur. Onun səciyyəvi cəhətlərindən biri də budurki, o, teatrşünas tənqidi ilə ədəbi tənqidi bir araya gətirərək nəzəriyyəproblemlərinə də güclü meyl göstərir. Çalışır ki, teatrşünas Anarla, ədəbiyyatşünasAnar arasındakı məsafə və fərq bir o qədər də gözə çarpmasın. Belə bir tənqidüsulu hazırlanan tamaşalarda bədii yaradıcılıq haqqındakı təsəvvürləri genişləndirir, bədii zövqü,estetik anlayışı daha da zənginləşdirir.

Anar Burcəliyev yazılarında obyektivdir, səmimidir, dürüstdür. O, birteatrşünas tənqidçi kimi dərk edir ki, onun başlıca vəzifəsi haqlı bir qərarverərək tamaşaçıya və sənətçiyə doğru yol göstərmək olmalıdır. Tənqidçının ənböyük düşməni opportunizmdir. O tənqidçi üçün qorxunc bir tələdir. Anar təcrübəlibir teatrşünas kimi heç vaxt bu tələyə düşmür.


Anar Burcəliyev yazılarında yazarın ali məqsədi, rejissorun şərhi,aktyorların bu şərhə istinadən ifa tərzləri və tamaşaçı reaksiyasına xüsisidiqqətayırır, rejissorun yozumu ilə hər hansı bir aktyorun səhnədəki ifasıarasında bir uyğunsuzluq görürsə, dərhalbuna işarət edir. Ayrıca səhnə tərtibatının, geyimin, əlbəsənin, musiqi və işıqpartiturasının və digər səhnə amillərinin üslub yönündən rejissor şərhinə həmahəngolub-olmadığını da təsbit edə bilir və bütün bunları yazıya çevirərkən birteatrşünas-tənqidçı kimi oxucuya prinspiallığını da hiss etdirir.

Anar Burcəliyevin ən mühüm estetik prinsiplərindən biri də budur ki,yazarın səhnədə söyləmək istədiyi ideyanın ən kiçik detallarına qədər fərqinəvarır. Elə bu səbəbdəndir ki, tamaşaya gəlmədən öncə tamaşaya hazırlanan həminpyesi diqqətlə oxuyub araşdırır, yazarın ərsəyə gətirdiyi ilə rejissorun gerçəkləşdirməkistədiyi arasında fərq varsa, onu təsbit edib üzə çıxarır, yazarın yazdığı ilərejissorun nə demək istədiyini qarşılaşdıra bilir. Belə bir üsula əl atmayacağıtəqdirdə pyes, ya da tamaşa üzərində yanlış mühakimələrə yol verəcəyiehtimalını öncədən nəzərə alır və hazırlıqlı bir tənqidçi kimi, tamaşaçınınümumən nəzərdən qaçırdığı nüansları yaxalayır və bunlar əsər nöqteyı-nəzərindənməna və əhəmiyyət kəsb edirsə dərhal yazısında həmin detallara işarə edir.Yazarın mətni ilə səhnə üzərindəki oyun arasında çatışmayan cəhətlər varsabunların üzərində durmağı vacib bilir. Ya da tam bunun əksi olaraq, zəif birpyesi rejissor cilalayıb uğurlu bir tamaşa ortaya çıxarmışsa bunu da açıq şəkildəmüəyyənləşdirir. Yazılarının birindəMingəçevir Dövlət Dram Teatrının səhnəsindəA.P.Çexovun "Ayı” vodevili əsasındahazırlanan tamaşaya yazdığı "Ehtiyatlı olun, bu Çexovdur!” adlı məqaləsi ilətanış oldum. Maraqla oxuduğum bu məqalədə onun bir teatr tənqidçısı kimi pyesivə tamaşanı təhlil prosesində ustalaşdığını gördüm. O, bir teatrşünas kimiyazar və rejissor fikri arasındakı uyğunsuzluğu, tamaşadakı hadisələrin sönükbaşlanmasını, aktyor ifalarının göstərmə xarakteri daşıdığını, ən başlıcası darol bölgüsünün düzgün aparılmamasını, bunun nəticəsində tamaşanın bütövlükdə ideya-istiqamətinə xələl gəldiyini maraqdoğuran faktlarla təsbit etmişdir.

Ümumiyyətlə Anar Burcəliyev yazılarında teatrın məhsulu olan tamaşanıbir bütün olaraq dəyərləndirərkən forma və məzmun nöqteyi-nəzərindən bütündetalları, parçaları ilə çözür, pyesin yazıldığı dönəm, yazarın yaradıcılıqxüsusiyyətləri, pyesin yazılması səbəbləri, rejissorun dünya görüşü və çalışmasistemi hər zaman onun tənqid obyektidir.

Məlumdur ki, hər bir teatr tənqidçısınin özünəməxsus dəsti-xətti vəyaradıcılıqüslubu var.Amma hamısı üçün əvvəl-axır dəyişməyən, sabit qalan bir yönəlişmövcuddur. Bir tamaşa sonrası teatr tənqidçısınin düşüncəsi nə olursa-olsun,yazısını yazmadan öncə, təhlil etməsi zəruri olan bir neçə cəhət olacaqdır. Hərşeydən əvvəl o, rejissorun yazarın məqsədinə uyğun bir çalışma həyatakeçirib-keçırmədiyini, ümumi işə nəsə bir yenilik gətirdiyini müəyyənləşdirməlidir.Ayrıca, rejissorun aktyorlarını hansı üslubla çalışdırdığı, müəllif ideyasınaonları necə istiqamətləndirdiyi üsulları təfərrüatı ilə tənqidçi tərəfindən dərkedilməli, qavranılmalıdır. Əsl teatr tənqidçisi başlıca kriteriyalarınıqarşılıqlı yaradıcılıq əhatəsində olan Yazar-Rejissor-Aktyor-Səhnə tərtibatı vətamaşaçı beşliyi münasibətini nəzərə alaraq irəli sürər. Məhz Anar Burcəliyev məhzbu kriteriyalara əsaslanaraq tədqiqatını ərsəyə gətirə bilir.

Bəllidir ki, iki tənqid növü mövcuddur: akademik tənqid və praktik tənqid.Anar Burcəliyev isə hər iki tənqid növündə özünü təsdiqləyə bilir. Onunkitabında toplanan məqalələr həm birinciyə, həm də ikinciyə aiddir. Birincisi,daha çox jurnal və kitablarda dərc olunan təfərrüatlı təhlildən ibarət yazılardır.Pyesin mətninin struktur baxımından çözülməsini, həm də səhnələşdirməni təfsilatıilə əhatə edir. Praktik tənqid isə daha məhdud bir yerdə, məsələn, günlük bir qəzetinteatr üçün ayrılan guşəsində, tamaşaçıya yol göstərmək üçün yazılan tənqidi əhatəedər. Jurnal və qəzet tənqidi arasında həm metod, həm də üslub fərqləri var. Həcmininkiçik olmasına baxmayaraq qəzetdə dərc olunan tənqidi məqalə daha mütəhərrikdirvə elə bəri başdan ilk sətirləri ilə oxucunun marağına səbəb olmalıdır. Yerdarlığı səbəbi ilə qəzet tənqidçısı bir cümlə içində birdən-birə çox şey söyləməkvə cümlə quruluşlarını qənaətlə oxuna bilinəcək biçimdə yerləşdirmək məcburiyyətindədir.Dövrü mətbuatda fəaliyyət göstərən "Cümhuriyyət”, "Hürriyyət”, "Kaspi”, "Ədalət”və "Mədəniyyət” qəzetlərində vaxtı ilə çap etdirmiş olduğu məqalələrində onun bu baxımdan səriştəli olduğu diqqətdən yayınmır.Həmin məqalələrin bir çoxu müəllifin indi nəşr etdirdiyi qiymətli tədqiqat əsərindədə öz əksini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, o, intellektualdürüstlüyü olan bir teatrşünasdır. O, heç vaxt tənqid etdiyi sənətçiləriincitmir, çünki özünün də özünütənqid mexanizması vardır və başqalarını tənqidsüzgəcindən keçirdiyi qədər, özü-özü ilə də hesablaşmağı göz ardı etmir. Anar Burcəliyevbir teatrşünas-tənqidçi kimi çağının ruhunu əks edir və keçmişi bu günə, bugünü də gələcəyə bağlayan bir körpü kimi yeni üslubları, qaydaları, təcrübə vəsınaqlarıyayaraq genişləndirir.

Müəllifin qələmə aldığı bu kitabda teatrşünaslıq elminin başqa bir cəhəti-sənətkarlaictimai həyat, sənət əsəri ilə zaman, dövrün bədii-estetik qanunları arasındakımütəqabil əlaqə, elmi ümumiləşdirmə səviyyəsindən izah edilib. Tədqiq etdiyisahəni mükəmməl öyrənməsi ilə yanaşı müasirlik duyğusuna tam mənası ilə sahibolması, müasir estetik fikrin xüsusiyyətlərini mənimsəməsi kitab müəllifinin təhlilüsulunun əsas cəhətləri kimi özünü göstərir.


"Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” kitabıonun sayca beşinci əsəridır. Kitabda toplanan materiallar teatrşünas və teatr tədqiqatçılarının,sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər.Bu mənbə bir tərəfdən milli teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə,digər tərəfdən də aktyor rejissor və teatrlarımızın sənət yollarının öyrənilməsibaxımından da əhəmiyyətli sayılacaqdır.

Yeri gəlmişkən onu da vurğulamağı vacib bilirik ki, az qala 150 yaşıolan milli teatrımız nə yazıq ki, son illər ərzində teatr sferasına sirayət edənvə teatr sənətindən heç bir şey anlamayan bəzi təsadüfi qüvvələrin merkantilmaraqları ucbatından tənəzzülün astanasına, dibi görünməyən uçurumun kənarına qədərsürüklənibdir. Tam zamanında işıq üzü görən bu tədqiqat əsəri, həmin qüvvələrəqarşı bir başqaldırıdır, bir çağırışdır, bir haraydır, nəhayət bir üsyandır!..

Xəzər Gəncəli

sənətşünaslıqüzrə fəlsəfə doktoru,

Respublikanınəməkdar artisti.