adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2016 14:38
160928
RUBRİKA

“Bir barmağımla yazırdım” – HƏR ŞEYƏ RƏĞMƏN

-Adalet.az bu həftədən yeni rubrikasına start verdi."Hər şeyə rəğmən” adlı rubrikada Azərbaycanın istedadlı əlil insanları iləbağlı yazılar dərc olunacaq. Ölkəmizdə istər incəsənət, istər idman və digərsahələrdə yetərincə bacarıqlı və bu sahələri özünə hobbi və yaxud peşə kimigörən vətəndaşlarımız var. Həmçinin onların sırasında fiziki qüsurlu şəxslərədə rast gəlmək olar. Fərqli talelər yaşayan bu həmyerlilərimiz fizikiməhdudiyyətlərinə baxmayaraq öz sevdikləri və talantlarına əmin olduqlarısahələr üzrə kifayət qədər uğur qazana biliblər. Lakin günümüzdə onlarıtanımayanlar da az deyil.

Rubrikamızınilk qonağı ədəbiyyatla birbaşa bağlı bir insandır. Özünün dediyi kimi bir çoxhəmkarları kimi yaradıcılığın bu növünə maraq və ya həvəslə deyil sırf yeganəməqsəd ilə gəlib.

Samirİmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub. Anadangəlməiflic xəstəliyinin "Paraplegiya” növündən və "Distrofiya” xəstəliyindən əziyyətçəkir və birinci qrup əlildir. Atası sürücü, anası isə poçt işçisi kimiçalışıb. Təhsilini "Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə alan Samir məktəbi 1999-cu ildə bitirib. Əlilliyi olaninsanlardan bəhs edən "Hədəfdəki insan” və "Mənim hədəfim” adlı kitablarınmüəllifidir. Hal-hazırda üçüncü kitabını bitirmək üzrədir. Azərbaycan, rus,türk və ispan dillərini bilir. Hobbim futbola baxmaq və müxtəlif dillərdəyazılmış kitablar toplamaqdır. Bir neçə müsabiqənin qalibi olmuş və dəfələrləFəxri Fərman və diplomlarla təltif olunub. Ailəlidir, bir övladı var. "ƏlilTəşkilatları İttifaqının Sumqayıt şəhər regional şöbəsininsədri və "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin "Beynəlxalq HumanitarYardımlar” şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. "www.qartal.org”saytının rəhbəridir. Samir İmanov həyatda bir devizi üstün tutur: "Fiziki vəziyyətinnecə olursa-olsun, özünlə fəxr et”dir.


Yazdığıkitablarını və bir sıra köşə yazılarını demək olar ki, əlillər və fizikiqüsurlu insanlara həsr edən Samir İmanovun ədəbiyyata gəlişinin məqsədini dəməhz sözü gedən şəxslər ifadə edir:

"Təxminən5 il əvvəl yazmağa başladım, daha əvvəllər isə ümumiyyətlə ədəbiyyatlamaraqlanmırdım, kitab oxumağı sevsəm də, yazmaq barədə düşüncələrim yox idi.Lakin zaman keçdikcə gördüm ki, Azərbaycan ədəbiyyatında boşluqlar var,yazmalıyam. Hansı ki bu günə kimi qocaman yazıçılarımızdan gənc yazarlarımızaqədər heç kim əlillərin həyatını əksetdirən romanlar, kitablar yazmayıb. Bundan sonra qarşıma məqsəd qoydum ki,əlillər haqqında yazılar hazırlamağa başlayım”.

Yazarınhər şeydən əvvəl savadlı və məlumatlı olmasını öndə tutan gənc istedadqarşısına qoyduğu məqsədi reallaşdırmaq üçün əvvəlcə bir müddət araşdırmalarapardığını söyləyir. Samiri əlillər haqqında kitablar yazmağa vadar edən dəməhz izlədiyi mətbuatda kifayət qədər informasiyanın olmaması olub. Əlillərin ən yaxın dostlarından biri dəpsixoloqların olduğunu, lakin onların da fiziki qüsurlu insanla yetərincədanışmaq potensialının olmamasından narazıdır:

"Özüməkompüter aldıqdan sonra xəstəliyim haqqında, daha sonra isə ümumiyyətlə əlilliyiyaradan səbəblər və əlil insanlar barəsində internetdə araşdırma aparmağabaşladım. Araşdırmamın əsas səbəbi fiziki vəziyyətim haqqında daha məlumatlıolmaq və əlilliyi olan insanlarla əlaqə yaratmaq olsa da, araşdırma əsnasındavacib bir nüansı kəşf etdim. Bu məsələlərdə Azərbaycan dilində çox böyükbir informasiya boşluğu var idi. Mənəlazım olan məlumatları əsasən, türk və rusdilli saytlardan götürürdüm. Aktivolaraq ictimaiyyət arasına çıxan əlil dostlarımın sağlam insanlar tərəfindənonlara göstərilən mənfi münasibətlərdən və infrastrukturun olmaması səbəbindənküçələrdə qarşılaşdıqları çoxsaylı maneələrdən bəhs etmələri məni düşündürürdü.Sosial şəbəkələr vasitəsiylə dostluq etdiyim fiziki məhdudiyyətli insanlarınarasında həyatdan küsən, özünə qapanan, əlilliyini bəhanə edərək əlini hərşeydən üzən insanlar da az deyildi. Bir müddət götür-qoy etdikdən sonra həminformasiya boşluğunu müəyyən qədər doldurmaq, həm əlilliyi olan insanlaraqarşı mövcud diskriminasiyaya "DUR!” demək, həm də fiziki məhdudiyyətliinsanlara motivasiya vermək məqsədilə kitab yazmaq qərarına gəldim. "Hədəfdəkiinsan” kitabı haqqında yazdığım məqalədə də deyildiyi kimi, bu məhz zərurətdəndoğan ehtiyac idi. Çox sevinirəm ki, kitabı yazarkən qarşıma qoyduğum hər üçməqsədə çata bildim. Əlillik mövzusu çoxşaxəli məfhumdur və təbii ki, onlarınhamısını bir kitaba sığışdırmaq mümkün deyil. Buna görə də, mən hər biri birmövzudan bəhs edən məqalələrin yer aldığı "Mənim hədəfim” adlı ikinci kitabımınəşr etdirdim və layihənin davamı olaraq oxuduğunuz "Özünlə fəxr et” adlıüçüncü kitabım işıq üzü gördü. Görmə əngəlli insanların da kitablarımdanfaydalana bilməsi üçün hər üç kitabım Respublika Gözdən Əlillər Kitabxanasınınsəsyazma studiyasında səsləndirilərək, görmə əngəlli insanların istifadəsinəverildi”.


"Fizikivəziyyətin necə olursa-olsun, özünlə fəxr et” devizini qalxan edən yazıçımızməhz bu devizlə ictimai həyatda da fəal gənclərimizdən biridir. Samir İmanovyazmağa başladığı dövrdən bəri qələmə aldığı kitabları və məqalələri iləmüxtəlif mükafatlar da alıb. Bunlardan ən yadda qalanı isə Samirin XəzərUniversitetində keçirilən Yaradıcı müəllif ("Creative Autor”-1) adlı müsabiqəolub. Qəhrəmanımız bu müsabiqədə iştirak edən 100-ə yaxın yazar arasındabirinci yerə layiq görülüb:

"Xəbərtutduğum bütün yazı müsabiqələrində iştirak edirəm və bu müsabiqələrin birçoxunda qalib olmuşam. Belə müsabiqələrdən biri haqqında xatirələrimi sizinləbölüşmək istəyirəm. Xəzər Universiteti, Psixologiya və Konsultasiya Mərkəzi və"Düşüncə” jurnalının birgə layihəsi olan "Creative Autor”-1 müsabiqəsinin finalmərhələsindəki iştirakım mənim üçün unudulmaz anlarla yadda qaldı. MüsabiqədəII və III yerin sahibləri bəlli olduqdan sonra hər kəs həyəcanla qalibin adınınelan olunmasını gözləyirdi. Qalib isə müsabiqədə iştirak edən 95 şəxsdən yalnızbiri olmalı idi. Yarışmanın təşkilatçılarından biri olan Mələk Kərimovamikrofona yaxınlaşaraq bütün diqqətlərini ona yönəldən insanlardan qalib gələnşəxsin adının çəkilməsindən öncə onun müsabiqəyə təqdim etdiyi yazının mp3versiyasını dinləməyi xahiş etdi. Məqalə ilk dəqiqədən etibarən, hər kəsindərin marağına səbəb oldu və hamının gözü məndə, qulağı isə yazdığım məqalədəidi. Səs yazısı bitən kimi zala toplaşan hər kəs ayağa qalxaraq 5 dəqiqəyəyaxın məni ayaq üstə alqışladı. Bu mənim həyatımda bir ilk idi. Bu, heç zamanbitməsini istəmədiyim möhtəşəm bir an idi. Orada əldə etdiyim mükafatlardan vədiplomdan daha üstün bir qazancım insanların mənə və yazıma verdiyi yüksəkdəyər idi. Bu hadisə gələcək işlərim üçün çox böyük motivasiya oldu.

Sonüç ildə çox sayda diplom, Fəxri Fərman və müxtəlif mükafatlarla təltifolunmuşam. Müxtəlif nominasiyalar üzrə Milli Qəhrəman Mübariz İbrahimov adına"Gənc Dəmiryolçular” klubunun, "Əlil Təşkilatları İttifaqı”nın, "İstedadlıƏlillər” İctimai Birliyinin, "Əlil SahibkarlarTəşkilatı” İctimai Birliyinin Diplom və Fəxri Fərmanları bu mükafatlarsırasındadır. Mənə verilən bütün Fəxri fərman və diplomları, "BirleşenYürekler” Ədəbiyyat və Kültür Dərnəyi tərəfindən verilən medalı, müxtəlifyarışmalarda qazandığım kubokları və ayrı-ayrı şəxslər tərəfindən verilənmükafatların hamısını bura yazsaq böyük bir siyahı alınar. Təbii ki, bütünbunları mənə əbəs yerə verməyiblər. Daim öz üzərimdə işlədim. Özümü inkişafetdirdim. Bəzən gecələri belə yatmırdım. Bəzən əlimdə olan işi vaxtındabitirmək üçün yeməkdən belə imtina edərək saatlarla kompüter arxasındaişləyirdim. Qazandığım hər bir mükafat illərlə çəkdiyim zəhmətin və Tanrıyaetdiyim duaların bəhrəsidir.

Haqqında müxtəlif xəbər agentliklərində və media portallarındayazılar dərc olunam Samiri "Ədalət” qəzetində də bir sıra maraqlı yazıları dərcolunub. Oxucuları düşündürməyi sevən müəllifin mətbu orqanlarda çap olunmuşəsərləri də məhz bu yöndə ona rəğbət qazandırıb. Mətbuat nümayəndələri mənim dostumdur. – İlksözünü bu cür başladı:

Dəfələrlə yerli və xarici mətbuatın diqqətində olmuşam. "Bizim Yol”,"Zaman”, "Xalq Qazeti”, "Ədalət”, "İki Sahil” qəzetlərində, "Ans”, "Lider”,"Dtv”, "Trt-1”, "Trt Avaz”, "Meydan tv”, "Yurd tv” televiziya kanallarında, "AnadoluAjans”, "Azadlıq Radiosu” kimi media orqanlarında, "xeberle.com”,"sumqayitxeber.com”, "haberby.net” və digər çox sayda veb saytlarda mənimhaqqımda reportajlar yayımlanıb və müsahibələrim işıqlandırılıb.

Qonağımızyuxarıdakılarla kifayətlənmir. Onun bir sıra təhsil ocaqlarında şagird vətələbələr üçün təlim konfranslarında əlillərlə bağlı apardığı mülahizələrSamiri yaddaşlarda qalan nümunəyə çevirib. O bu fəaliyyətlərini də uğursandığına əlavə edərək bildirir ki, bu kimi təlimlər təkcə sağlam insanlaradeyil, həm də sosial həyatdan kənarda qalan və cəmiyyət arasına çıxmağa çəkinənəlillərə çağırış məqsədi daşıyır:

"Sonvaxtlar atdığım uğurlu addımlardan biri də orta məktəb şagirdlərinə "Əlillik vəəlilliyi olan insanlar” mövzusunda verdiyim təlimlərlə bağlıdır. Bu təlimlərarasında ən çox yaddaqalanı Bakı Türk Anadolu Liseyində verdiyim təlim oldu.BTAL rəhbərliyinin dəvəti ilə orada təhsil alan 6, 7 və 8-ci sinif şagirdləriüçün möhtəşəm təlim keçdim. Uşaqların sayı çox olduğu üçün iki qrupa bölündülərvə 20 dəqiqəlik fasilə ilə ard-arda keçirilən iki təlimdə 300-dən çox şagirdiştirak etdi. Təlim bitdikdən sonra bu cür təlimlərin mütəmadi keçirilməsihaqqında BTAL rəhbərliyi ilə mənim aramda razılaşma əldə olundu”.

-Bunları artıq həyata keçmiş planlarınadlandırmaq olarsa, bəs hal- hazırda həyata keçirmədiyin və keçirə bilmədiyinplanların hansılardır?

-Mənimhəyata keçirə bilmədiyim planın olub. Yüksək reytinqli televiziya kanallarındanbirində xüsusi veriliş yaratmaq istəyirdim. Lakin müəyyən səbəblərdən bu cəhdimuğursuz alındı. Bəzi kanallarda bu planıma oxşar həyata keçirilən layihələr vəreytinqi daha az olan internet kanallarının cəlbedici olmaması bu planımınreallaşmasını gecikdirir.

Bütünyaradıcılığını və ictimai fəaliyyətini tam və əsaslı şəkildə əlillərə həsr edənSamir İmanovun gələcəkdə həyata keçirməyi düşündüyü ən vacib planlarından biridə əlillərin həyat şəraiti ilə bağlı qurum yaratmadır: "Azərbaycanda əlillərləbağlı mindən artıq təşkilatlar var. Onları yaradan rəhbərlər buna görə QHT-lərədəstək şurasından əgər 12 min manat pul alırsa, onun 2 min manatını təşkilatüçün xərcləyir. Dəflərlə şahid olmuşam ki, bu tip qurumların hətta bəzilərimüxtəlif tədbirlərində özlərinin yaratdığı eyni qrup tamaşaçı qismində iştirakedir. Azərbaycanda isə əlillərlə bağlı keyfiyyətli iş görən qurumlar barmaqlasayılası qədərdir.

Yeri gəlmişkən, müsahibimlə əlil insanların cəmiyyətdə tutduğu mövqe iləbağlı da söhbət apardıq. Samir İmanov cəmiyyətin əlillərə münasibətində hələtam istədiyinə nail olmadığını vurğulayıb. Bır çoxları kimi onu da narahat edənməsələlərdən biri də odur ki, adi həyat şəraitində bir əlilin bayıra çıxıbarabada gəzərkən bunu rahat şəkildə ictimai ortamdan sıxılmadan edə bilirmi?

-Yaradıcılığabaşladığım dövrdən bu günə kimi bunların həllini axtarmağa çalışmışam. Cavabınıhamımız bilirik. Əgər bir məhəllə sakini oradan əlil arabasında keçən birinigörəndə maraqla ona tamaşa edirsə, deməli, o insan son 6 ay ərzində qarşısınaəlil arabasında adam çıxmayıb. Bu o demək deyil ki, Azərbaycanda əlillərin sayıçox azdır. Xeyr, sadəcə onların çoxu evdən çölə çıxmaqda ərincəklik vəpessimistlik nümayiş etdirirlər. Belə tanışlarım çoxdur. 2013-cü ildə çapolunmuş "Hədəfdəki insan” kitabında və ondan sonrakı nəşrlərimdə bu mövzuyadəfələrlə müraciət etmişəm.

-Yazdıqların roman və köşələr oxuculara nədərəcədə maraqlıdır?

-Maraqgöstərirlər. Müəyyən qədər bunu hiss etmişəm, düşünürəm ki, əlillər və onlarınhəyatı ilə bağlı ədəbiyyatda və mətbuatda çox az nəşrlər yer aldığı üçün mənimsırf bu məsələ ətrafında yazılar ərsəyə gətirməyim o deməkdir ki, nadir hallarda əlilləri yadasalmıram, mən sırf yaradıcılığımı bu sahəyə yönəltmişəm və əlillərin istərsosial, istərsə də psixoloji problemlərini müxtəlif səpkilərdə oxuculara,cəmiyyətin sağlam və fiziki qüsurlu şəxslərinə çatdırmağa çalışmışam.


Samirİmanov həm də bir oğul atasıdır. Oğlunun gözünün nuru olduğunu deyən ata hərdəfə onun gülüşünü və ya dili dolaşa-dolaşa "ata” deməyini eşidərkən dünyanın ənböyük xoşbəxtliyi hesab edir. Onun yaşayış şəraitinin heç də xoş təsirbağışlamadığını görmək əslində bu qədər səmimi xoş söhbətlərin içərisindənarahatçılıqdan doğan narazılıq yaradır. Samir İmanovun bağ evindəki birotaqlımənzili isə yaşayış üçün kifayət qədər əlverişli sayılmır. Gənc istedadlı əlilyazarımız bəzi dövlət qurumu nümayəndəlilərindən dəstək görsə də, bunların əməkveteranları və ya əlillər üçün kifayət etmədiyinivurğulayıb və yaşadığı mənzil şəraitinin yaxşılaşdırılması üçün bir daha aidiyyətidövlət orqanlarına müraciətini çatdırır.

Rüfət SOLTAN