adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 May 2018 11:22
24664
MARAQLI

BİR AYƏ 300 FRANSIZDAN QİYMƏTLİDİ

Atatürkünbir adəti varmış, hansısa bir kəndə, bir qəsəbəyə yaxınlaşanda maşından düşüb tək girərmiş həmin yaşayış məntəqələrinə,əyanlar ondan bir kilometr arxada gələrmiş. İstəmirmiş ki, onun kim olduğunu bilsinlərvə insanlarla səmimi söhbət etsin. Qəzetyox, televiziya yox, adamlar sifətdən hardan tanıyaydı Atatürkü.

Yenə adətə uyğun bir kəndə gəlir, görür bir yaşlı adamtikdiyi evə ərəb əlifbasıyla naxışlar vurur və naxışlarda da belə yazılır: «Bir türk beş fransızəsgərinə bərabərdi». Atatürk soruşurki, bu nədir yazırsan? Yaşlı adamcavab verir ki, mən Çanaqqalada Mustafa Kamal Paşanın əsgəri olmuşam və biz alaydabeş min nəfəriydik, 25 min fransızəsgərini məhv elədik. Atatürk gülümsəyirvə deyir:

-Sən onu poz, belə yaz, bir türk bütün dünyaya bədəldi!

AtatürkünBosforda möhtəşəm bir heykəli var və elə həmin heykələ də yazılıb: «Bir türk bütün dünyayabədəldi!»

İndiFransanın keçmiş prezidenti Sarkozi başdaolmaqla, Fransanın 300 ziyalısı yığışıb birmüraciət hazırlayıblar ki, «Quran»dan, dəqiq sayı yadımda qalmadı, təxminən elə 300 ayəçıxarılmalıdır, çünki bu ayələr xoşgörülü deyil.

Müsəlmanlarınölkələrini dağıdırsız, şəhər və kəndlərini xaraba qoyursuz, başlarına min tonlarla bomba tökürsüz, məscidlərini yandırırsız və sair və ilaxır, indi də müqəddəs kitabları olan «Quran»dakı Allah kəlamlarınada dil uzadırsız.

Birayə o 300 fransızdan qiymətlidi. İstədim yazam ki, bir ayə bütün Fransaya bədəldi,dedim, xətirlərinə dəyər, məni verərlər məhkəməyə.