adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Mart 2020 10:22
42010
MƏMLƏKƏT

“Bir addım inkişaf” adlı layihə həyata keçirilib

AzərbaycanRespublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə XIII qrant müsabiqəsininqalibi Teybə Xəlilovanın "Bir addım inkişaf” adlı layihəsi həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri TeybəXəlilova layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsindəgöstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

Sonra çıxış edənlər ölkəmizdə gənclərə göstəriləndiqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər Fondunun dəstəyi iləartıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. "Bir addıminkişaf” layihəsinin çox aktual mövzuya, gənclərin bilik və bacarıqlarınınartırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlıolmasını arzulayıblar.

7, 8, 14, 15 fevral 2020-ci il tarixlərindəlayihə çərçivəsində gənc psixoloqlarvə psixologiyaya marağı olan gənclər arasında psixologiya sahəsində təcrübələrininartırılması üçün təlimlərkeçirilib.

Qeyd edək ki, "Bir addım inkişaf” layihəsində gənclərnəzəri və praktik biliklər əldə ediblərvə bunu gələcəkdə öz iş fəaliyyətlərində,həyatlarında istifadə ede biləcəklər.Sonda iştirakçılara sertifikatlar təqdim olunub .