adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
10 Iyul 2018 16:26
17750
ƏDƏBİYYAT

BİR ADDIM DA YAXINLAŞDIM DÜNYANA

Neçə gündü masamın üstündədi bu kitab. Daha doğrusu, Naxçıvan səfərimdənqayıdandan sonra özümlə gətirdiym kitabların hamısını iş otağıma daşımışam. Bu dasəbəbsiz deyil. Çünki ömrün daha çox hissəsi, günün daha böyük parçası tək iş yerindəkeçir. Şəxsən mən dan üzü sökülməmiş redaksiyadakı otağımın işığını yandırıram vəbaşlayıram hər gün iş başlayana kimi mütaliə etməyə, öz yazılarımın üzərində işləməyə.Bax, bu səbəbdən də oxuyacağım kitabları da redaksiyaya gətirirəm. Oxuyub bitirəndənsonra qaytarıram mənzilimə. Həmin kitabların sırasındadı "Bir ömrün nəğməsi”.Artıq üç gün idi ki, bu kitabı oxuyurdum. Hər oxuduqca da misraların arasından üzüməiki nəfərin necə diqqətlə baxdığını hiss edirdim. Onlardan biri kitabın müəllifi idi. İkincisi də müəllifinQəhrəmanı. Bu ikinci ünvan ilham pərisi formasındagörünürdü... Təbiətin bir parçası kimi də, vətən torpağının əsrarəngiz guşələrikimi də. Bax, bu səbəbdən də mən kitabı oxuduqca həmin müəllifə və digər ikincihəmsöhbətimə qoşulub Azərbaycan, Naxçıvanı gəzirdim, dolanırdım...



Düzünü deyim ki,bu gəzib dolanmanın da müəyyən nüansları var. Biri vaxt öldürmək üçündür, biri dəvaxtı ömrünə köçürmək üçün. Mən bu kitabı oxuyanda vaxtı, zamanı, duyğuları ömrüməköçürürdüm. Çünki həmsöhbətim elə məntiqli, elə təmkinli və həm də ağıllı şəkildəsöz deyirdi. Söyləyirdi ki:


Hər şeyin sonu varhəyatda, gülüm,

Əbədi deyil ki, gülüşdə, qəm də.

Belə qalmayacaq,quruyacaqdı,

Qəmli gözlərindəgörünən nəm də.


Gecəli-gündüzlü dünyamızkimi,

Qəmin, sevincin dəiki üzü var.

Ağlayan ömürlük ağlamayacaq,

Hər gülən kəs dəbir gün ağlayar.


Hə, mən bu misralarıoxuduqca ümidlərimi, öyrəndiklərimi yaddaşımdatəzələyib cavanlaşdırırdım. Çünki xalqdan gələn "hər gecənin bir sabahıvar" fikri bu şeirdə bir az başqa bir formada poetik fikir kimi oxucuya təqdimolunmuşdu. Bu da onu göstərirdi ki, şeirin müəllifi sözlə işləməyi çox mükəmməlbacarır. Bunu bir daha yəqin etmək üçün yenə şeirlərə üz tuturam. Çünki şair yazır:


"Sənzi yaşamaram"- demişdin mənə,

"Sənsiz yaşamaram"- sözə bax, Allah!

Mənsiz yaşamadın- inandım buna,

Sinəmi yandıran közəbax, Allah!


O hansı qüvvəydidodaqlarından,

İlahi bir səsi uçurtdubelə.

Sənsizəm,dediyin bir kəlmə sözün,

Odundaqovrulub yanıram hələ.


Həqiqətəndə çox sadə və həm də səmimi bir şəkildə ifadə edilmiş sevgi etirafı, sevgi düşüncəsi, sevgi yaşamıdı.Burada şairin heç bir bəlağəti, heç bir pafosu, heç bir bər-bəzəyi yoxdu. Oxucunə qədər diqqətlə baxsa da, şairin fikirlərində nə qədər real olduğunu etiraf etməkzorundadı. Bu etirafı mən dəedirəm. Çünki:


Sanki gözlərindəod gəzdirərdi,

Qəlbimə salardı közüuzaqdan.

Birvaxt salamımı almayan gözəl,

İndisalam verir özü uzaqdan.


Deməli,hər bir aşiqin, hər bir sevənən, bütövlükdə hər bir duyğusal insanın gerçək həyatınınbir detalıdı bu şeirdəki fikir. Birvaxt kimsə gözəl soraqlayırdı, gözəl axtarışındaydı. Onda göz önündə olan gözəllərbu axtarışa reaksiya vermirdilər. İndi isə axtarış müəyyən səbəblərdən dondurulur,durdurulur, həmin gözəl axtarışdadı. Onun gözləri, onun hissləri ayaqdadı və deyir:


Ölüncə eşqinlə döyünərürək,

Bir kimsə oxuyubbilməz qəlbini.

Deyə bilmədiyim birkəlmə söz tək,

Qaldın ürəyimdə ölənəkimi.


Barəsində söhbətaçdığım kitabın müəllifi Asim Yadigardı.Asim müəllim Naxçıvanda yaşayıb yazıb yaradır. Mən onun yaradıcılığındakı bir məqamıhələ sovet dönəmində tutmuşdum. Aşkar şəkildə hiss etmişdim ki, Asim Yadigar sözünqatlarını işığa çıxarır. Həmçinin o, sözü elə cilalayır ki, söz səmimiyyətini, sadələyiniitirmədən yeni söz kimi vərəqə köçür, oxucu yaddaşına yazılır. Çünki həmin söz yaşanmışduyğuların, hislərin, düşüncələrin ifadəsidi. Uydurma, əldəqayırma deyil. Onun arxasındakıməna sözün sanbalını, çəkisini heç bir təqdimatsız özü ifadə edir. Bu şeirdə olduğukimi:


Bölük-bölük, tikə-tikəürəyim,

Öz dərdini çətinçəkə ürəyim.

Bəlkə təzə sevgiəkə ürəyim?

Loğman gələ, deyənədir çarəsi,

Kəsiləcək bu zənglərinarası.


Axı, sevginin qarşılıqlıməqamında, anlayışlı anlarında, sevənlərin bir-birini zamansız bir şəkildə arayıb-axtarmasıgerçəklik olub. Bu gün də gerçəklikdi.


Hər ocaqda köz olmaram, qadası,

Hər dodaqda söz olmaram,qadası,

Atəşollam, buz olmaram, qadası,

Uçulmasınkönlümüzün dünyası,

Kəsilməsinbu zənglərin arası.


Gördünüzmü,şeirin bütöv obrazı, hətta texnoloji formada bütün hissələri yerində olmaqla skeletdeyil, canlı vücud kimi ortalığa qoyulub. Şair bunu ustalıqla bacarır. Hətta şeirinmüxtəlif formalarında, yəni janrlarında belə, o öz fikir yükü ilə səmimiyyətiniqoşalaşdıra bilir. Məsələn:


Dərindənah çəkdin, ahın dağları,

Yandırdı,kül etdi, oyan, ay gözəl.

Soyuyubbuz olmuş daş ürəyinə,

Nəedim od tuta, o yana, gözəl.


Qəlbvicdan qəmini təkcə daşıyar,

Gəlsən də bu qəmi mənlə daşı, yar...

DesəmFərhadım ol, dağı-daşı yar,

Yolsalam yüz dağdan o yana, gözəl.


Çıxmışdımovçu tək maral ovuna,

Yaratdı oxunu, bilməz ovu nə.

Sındırdıqəlbimi - çətin ovuna,

Nədeyim könlümü oyana, gözəl?


Asimiincitsən bu dağlar ağlar,

Ağaclarsaç yolar, budaqlar ağlar.

Sinəməçəkdiyin bu dağlar ağlar,

Ağlarki, zülmündən oyana, gözəl.


Şeirdəndə göründüyü kimi, fikir də, səmimiyyət də yerində olmaqla yanaşı, burda bir rəssamlıq da, bir cizgiləri çəkmək ustalığıda var. Təbii ki, bu da Asim Yadigarınbir şair kimi təkcə peşəkarlığı yox, həm də sözün ölçüsünü, çəkisini, rəsmini vəbir də səsini duyub onu şeirə çevirmək istedadıdır. Təkcə bir neçə misrada bu dediklərimoxucuya çatdırmağın məharətini siz də bir daha gördünüz və görmək imkanın da davamedir. Şair yazır ki:


Getdin...

Özünlə apara bilmədin

Ürəyimdə böyütdüyümşəklini.

Bu dünyada tək-tənhaqoydun

Şəklinlə məni

Dünya boyda ürəyim.


Bəli, "Bir ömrünnəğməsi" kitabında toplanmış şeirlər, qəzəllər, həmçinin kitabdakı "Talesizlər"poemasının özü də oxucu üçün mükəmməl bir hədiyyədi. Bu şeirləri oxuduqca özün dəhiss etmədən şairin dünyasının qonağına çevrilirsən, onunla birlikdə həmin dünyanıgəzib dolaşırsan.

Və bu məqamda bayatıformasında yazılmış misralar tər çiçəkləri kimi bir-bir sənə doğru yaxınlaşır, səniöz ətrinə bürüyür.


Sanma ötəri hisslər,

Bir atımlıq barıtmış...

O, bir bomba qəlpəsi,

Gör neçə qəlb dağıtmış...


Və yaxud:


Xəbərin varmı üçgündü,

Məni öldürüb getmisən?

Üçüm də çıxdı gəlmədin,

Harada ölüb itmisən?


Dəyərli qələm dostumAsim Yadigarın mənə təqdim etdiyi "Bir ömrün nəğməsi" kitabıyla bu təmasıonu mənə bir az da çox sevdirdi. Onun poeziya dünyasına bir az da çox bağladı. Bubağlılığın işığında sizi də "Bir ömrün nəğməsi"ni oxumağa dəvət edirəm.


Əbülfət MƏDƏTOĞLU