adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2017 15:17
4948
MƏMLƏKƏT

Binəqədi-Novxanı yolu bağlanır

Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Binəqədi qəsəbəsi Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsi Corat və Masazır yollarının kəsişməsinədək olan hissəsində tətbiq olunacaq.

Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur.